Əyyam əl-ərəb (ərəb. أيام العرب; mənası – ərəblərin günləri) — ilkin ərəb eposu janrlarından biri. Qəbilədaxili və qəbilələrarası müharibələrdən, qəhrəmanların sərgüzəştlərindən bəhs edir. V–VII əsrlərdə bədəvi ərəblər arasında formalaşmışdır. Sonralar ayrı-ayrı əyyam əl-ərəblər silsilə halına salınmışdır ("Bəsusun müharibəsi", "Əbs və Zubyan müharibəsi" və s.). Çoxu VIII–X əsr ərəb filoloqlarının, xüsusilə Əbu Übeydənin əsərlərində qorunub saxlanılmış, əyyam əl-ərəblər ərəb ədəbiyyatında tarixi əsərlərin yaranmasına təsir göstərmişdir.[1]