Əyyam Musayev

Əyyam Hüseyn oğlu Musayev (11 yanvar 1946, Könüllü, Şamxor rayonu23 mart 2000, Bakı) Azərbaycan Respublikasının Deputatı(1990–1995)[1] , Səttərxan adına Maşınqayırma zavodunun direktoru(1988–2000), Azərbaycan Respublikası "Dinamo" futbol klubunun prezidenti(1997–2000), Professor, Elmlər doktoru, Texniki Elmlər Namizədi.

Əyyam Musayev
1991 – 1995
Şəxsi məlumatlar
Doğum tarixi 11 yanvar 1946(1946-01-11)
Doğum yeri
Vəfat tarixi 23 mart 2000(2000-03-23) (54 yaşında)
Vəfat yeri
Partiya
Fəaliyyəti siyasətçi
Elmi fəaliyyəti
Elm sahəsi Ekoenergetika
Elmi dərəcəsi Elmlər doktoru, Texniki Elmlər Namizədi
Tanınır Professor

Əyyam Hüseyn oğlu Musayev – 11 yanvar 1946-cı ildə Şəmkirin Könüllü kəndində anadan olmuşdur.

1964-cü ildə -Odessa Dəniz Gəmiçiliyi Mühəndisləri İnstitutuna daxil olmuş, həmin institutu mühəndis-mexanik ixtisası üzrə bitirmişdir.

1969-cu ildə ailə həyatı qurmuşdur. Bu evlilikdən 4 övladı dünyaya gəlmişdir.

Əyyam Musayev 2000-ci ilin mart ayının 23-də müalicə aldığı xəstəxanada dünyasını dəyişmişdir.[2]

  • 1965–1968-ci illərdə, Bakı Elektroməişət Cihazları zavodunda fəaliyyətə başlamışdır.
  • 1968–1980-ci illərdə, Bakı Elektromontaj Remontları (BREM) zavodunda çalışmış,
  • 1980–1982-ci illərdə, həmin zavodun direktor koməkçisi vəzifəsinə layiq görülmüşdür.
  • 1982–1986-cı ilərdə, Hüsü Hacıyev adına zavodun direktoru təyin olunub.
  • 1986–1987-ci illərdə, Əlibayramlıda zavod direktoru vəzifəsində çalışmışdır.
  • 1987-ci ildə, Meliorasiya Nazirliyində rəis müavini təyin olunmuşdur.
  • 1987-ci ildə, Leytenant Şmidt (Səttərxan) adına zavodun direktor müavini seçilmişdir.
  • 1988-ci ildən, Leytenant Şmidt (1992-ci ildən-Səttərxan adına maşınqayırma) zavodunun direktoru vəzifəsində çalışmışdır.
  • 1990-cı ildə, Azərbaycan Respublikasının deputatı seçilmişdir.
  • Daha sonra, Azərbaycan Respublikası "Dinamo" futbol klubu yaradılmış və Əyyam Musayev həmin klubun prezidenti seçilmişdir.

Əyyam Musayev ömrünün sonuna qədər Səttərxan adına Maşınqayırma Zavodunun direktoru və Azərbaycan Respublikası "Dinamo" futbol klubunun prezidenti vəzifəsində çalışmışdır.

İctimai Fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Azərbaycan respublikasının deputatı[3] olan Əyyam Musayev, 7 mart 1991-ci ildə SSRİ-nin saxlanması ilə bağlı referendum keçirilərkən buna qarşı çıxan, yəni faktiki olaraq SSRİ-nin dağılması və Azərbaycanın müstəqil olmasına səs verən cəmi 43 deputatdan biridir.[4].

Əyyam Musayev yaşadığı illərdə tez-tez xarici ölkələrdə səfərdə olmuş, beynəlxalq konfranslarda iştirak etmiş, Azərbaycanı xarici ölkələrdə daha da yaxşı tanıtmaq üçün əlindən gələni etmişdir. Belə ki, 20 yanvar hadisələri zamanı, Azərbaycan xalqını düşünən, Səttarxan adına Maşınqayırma zavodunun direktoru, deputat Əyyam Musayev o zaman bu sahədə təbliğat aparmaq üçün fərqli bir üsula əl atdı.

O, Samarada yerləşən "Volqa" film kinostudiyasının əməkdaşlarını şəxsi təşəbbüsü ilə Bakıya dəvət etdi. Düşmənlərimizə bu faciəni daha yaxşı çatdırmaq üçün qanlı Yanvar haqqında elə düşmənin öz dilində "Hüznlü ana" adlı film çəkməyi qərara aldı. Filmin çəkilişləri üçün 20 Yanvar şəhidlərinin evlərinə gedildi, ailələri ilə görüşüb, onlarla söhbətlər aparıldı. 20 Yanvar şahidləri həmin gecə haqqında yaddaşlarında qalanları, şəhid ailələri şəhidlərin həyatını, həmin gün yaşadığı iztirablardan danışdılar."Hüznlü ana" filmi Samarada sənədli filmlər festivalında iştirak etdi və diploma layiq görüldü.[5]

Bundan əlavə, Qarabağ hadisələri zamanı fəal iştirak edən Əyyam müəllim, Laçının işğalı zamanı isə, şəxsi vəsaiti ilə qradlar düzəltdirmişdi.[6]

Yaşadığı illərdə futbola böyük marağı olan Əyyam Musayev, Azərbaycan Respublikası "Dinamo" futbol klubunun prezidenti vəzifəsində çalışmış, Azərbaycanın idman sahəsində də, dünya arenasında tanınması üçün əlindən gələni etmişdir. [1]

Texniki elmlər namizədi olan Əyyam Musayev, 1995-ci il, aprelin 26-da Beynəlxalq Ekoenergetika Akademiyasının (İnternational Ecoenergy Academy) Professor, Elmlər doktoru (Prof. Dr. S) elmi dərəcəsinə layiq görülmüşdür.

  1. "Arxivlənmiş surət". 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-24.
  2. "Arxivlənmiş surət". 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-24.
  3. "Arxivlənmiş surət". 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-24.
  4. "Arxivlənmiş surət". 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-24.
  5. "Arxivlənmiş surət". 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-24.
  6. "Arxivlənmiş surət". 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-24.