Könüllü — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd.
Könüllü | |
---|---|
40°47′03″ şm. e. 46°14′29″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 279 m |
Saat qurşağı | |
Yerli əhalinin məlumatına görə, 1920-ci illərdə yeni yaşayış məntəqəsi salmaq üçün dövlət Qarayir adlı ərazidə torpaq sahəsi ayırsa da, ora heç kim köçmürdü. 30-cu illərin əvvəllərində şair Əhməd Cavad burada ilk dəfə özünə ev tikdirmiş, bir qədər sonra isə onun təşəbbüsünə könüllü qoşulan Seyfəli camaatının Abbaslı kəndinin Kələntərli məhəlləsi buraya köçmüş və kənd Körpüqıran adlandırılmışdır. Könüllü eyni zamanda bir tayfanın adıdır.[1]
1890-cı illərdə Seyfəli və İrmaşlı kəndlərindən gəlmə əhali tərəfindən salınıb. Əvvəllər insanlar burada köçəri həyat yaşayıblar, buradan qışlaq olaraq istifadə ediblər. Sonradan buraya bir çox ailələr köçərək böyük bir kənd salınıb.
Kənd Gəncə-Qazax düzənliyində yerləşir.
Kənd əhalisi 5073 nəfərdir ki, onunda 51% kişi, 49% isə qadınlar təşkil edir.
Kənddə 1093 təsərrüfat var. Kənd əhalisinin əsas məşğulliyəti taxılçılıq və heyvandarlıqdır. SSRİ vaxtında burada şərab zavodu tikilmişdir. Bununla əlaqədar olaraq bu kəndə Gədəbəy və Daşkəsən rayonlarından işləmək üçün gələnlər olmuşdur. Hazırda zavod fəalliyətini tam dayandırmışdır. Bu kənd üzüm bağları ilə çox məşhur olmuşdur. 1999-cu ilədək üzüm bağları olmuşdur. Hazırda vaxtilə üzüm bağları olan ərazilər fərdi təsərrüfatla məşğul olan insanlar tərəfindən taxıl və otlaq sahələri olaraq istifadə olunur.
Kənddə 1 poçt, 2 rabitə qovşağı və 1 mədəniyyət evi var.
Kənddə 2 orta məktəb və 4 uşaq bağçası fəaliyyət göstərir.
Kənddə 2 tibb məntəqəsi mövcuddur.
Şəmkir rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |