Əyyub Əyyubov

Əyyub Avdın oğlu Əyyubov (20 mart 1956, İlxıçılar, Ağdam rayonu) — İqtisad elmləri doktoru, professor.

Əyyub Əyyubov
Əyyub Abdin oğlu Əyyubov
Doğum tarixi 20 mart 1956(1956-03-20) (68 yaş)
Doğum yeri
Elmi dərəcəsi
Elmi adı
İş yeri
Mükafatları Birləşmiş Millətlər Təşkilatı-nın Şərəf ordeni

Əyyub Əyyubov 1956-cı ildə, Ağdam rayonunun İlxıcı kəndində anadan olub.

Əmək fəaliyyətinə doğma İlxıcı kəndində, H. Hacıyev adına sovxozda fəhləlikdən başlayıb.

Ukraynada Yol Avtomobil Institutunda "Nəqliyyatın İqtisadiyyatı və İdarəedilməsi " ixtisası üzrə ali təhsil alıb.

Aspirantura və Doktoranturanı Ukraynada bitirib. İqtisad elmlər doktoru elmi dərəcəsi və professor elmi adı alıb.

Ukraynada Ümumittifaq İdarəetmə İnstitutunda müəllim, Beynəlxalq İdarəetmə Biznes və Hüquq İnstitutunda prorektor vəzifəsində işləyib.

1993-cü ildən 2001-ci ilədək San-Marino Beynəlxalq Elmlər Akademiyası Elmlər Mərkəzinin Azərbaycan filialının rektoru vəzifəsində çalışıb. Mingəçevir şəhər Ziyalılar Cəmiyyətinin sədri, Azərbaycan Müəllimləri Assambleyasının prezidentidir .

Respublika "Bilik"cəmiyyətinin təsis etdiyi Y. Məmmədəliyev adına mükafata layiq görülüb.

1998-ci ildən Rusiya Federasiyası Sahibkarlıq Akademiyası, Beynəlxalq enerji, İnformasiya Elmlər və Beynəlxalq Müstəqil Ekspertlər Akademiyalarının həqiqi üzvü seçilib.

H. Z. Tağıyev adına mükafata layiq görülüb. Azərbaycan Respublikası "Nizami adına Qayğı Cəmiyyəti " tərəfindən xeyriyyə işlərində geniş fəaliyyətinə görə diplomla təltif olunub.

Yap- Mingəçevir şəhər təşkilatının 38 saylı ərazi təşkilatının sədridir.

2003-cü il aprel ayının 13-də Nazirlər Kabinetinin qərarı ilə "Bakı Bədən Tərbiyəsi və Turizm Kollecinin " Mingəçevir şöbəsi yaradılmış və şöbənin müdiri vəzifəsinə təyin edilmişdir. 2006-cı ilə qədər şöbənin fəaliyyəti davam etdirilmiş, 2006-cı ildə "Bakı Bədən Tərbiyəsi və Turizm Kolleci Nazirlər Kabinetinin qərarı ilə fəaliyyətini dayandıraraq ləğv edilmiş və müstəqil Mingəçevir Turizm Kolleci yardılmış və professor Əyyubov Əyyub Kollecin direktoru vəzifəsinə təyin edilmişdir.

2008-ci ildən başlayaraq hal-hazıra kimi Brithi Council layihəsi əsasında Şotlandiyanın Edinburq şəhərində yerləşən Stevenson Kolleci ilə əməkdaşlıq edir.

2009-cu ildə Avropa Təbiəti Elmləri Akademiyasının həqiqi üzvü seçilib. Birləşmiş Millətlər Təşkilatının "Avropa" Şərəf ordeninə layiq görülüb. Türk Dünyası araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib, həmin Akademiyanın təsis etdiyi "qızıl ulduz" medalına layiq görülüb.

20 kitabın, 200-dən çox elmi məqalənin müəllifidir. Professorun axırıncı kitabı "Müqəddəs Məşhəd Yollarında" kitabıdır. Bu kitab professor Əyyub Əyyubovun sayca iyirminci, məzmun və mahiyyətcə isə "Əxlaq söhbətləri" ndən sonra birinci kitabıdır. Müəllifin qələmə aldığı bu mövzu ədəbi-bədii tarixi publisistik bir əsər olmaqla həm ensklopedik, həm də dini əxlaqi xarakter daşıyır.

Aliləlidir. 4 övladı var.