Osmanov Əyyub Azər oğlu (15 oktyabr 1995, Şıxlı (Ağdaş), Ağdaş rayonu – 3 noyabr 2020, Laçın rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi.
Əyyub Osmanov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şıxlı, Ağdaş rayonu, Azərbaycan |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | Laçın rayonu, Azərbaycan |
Dəfn yeri | Şıxlı, Ağdaş rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2017-2018, 2020 |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri |
Osmanov Əyyub Azər oğlu 15 oktyabr 1995-ci ildə Ağdaş rayonunun Şıxlı kəndində anadan olmuşdur.[1] 2002-ci ildə Ağdaş rayon Şıxlı kəndində Mehman Həmidov adına tam orta məktəbin 1-ci sinifinə getmişdir. 2013-cü ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2017-ci il yanvarın 26-da hərbi xidmətə yollanmışdır. 2018-ci il iyul ayında ordudan tərxis olmuşdur. Ordudan tərxis olduqdan sonra Ağdaş rayonunda Azər İşıq Açıq Səhmdar Cəmiyyətində (ASC) sürücü kimi işə başlayıb.
2020-ci il iyulda könüllü olaraq orduda xidmət etmək üçün müraciət edib. Döyüşlər zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əyyub Osmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əyyub Osmanov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.[3]