Bu məqalə Ağdaş rayonundakı Şıxlı kəndi haqqındadır. Digər mənalar üçün Şıxlı səhifəsinə baxın. |
Şıxlı — Azərbaycan Respublikasının Ağdaş rayonunun Şıxlı kənd inzibati ərazi dairəsində kənd.[2]
Şıxlı | |
---|---|
40°39′45″ şm. e. 47°23′35″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ağdaş rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0329[1] |
XVI əsrin sonundan başlayaraq kəndlilərin bir qismi yaşadığı kəndlərdən daha münasib yer axtarmağa gedirdilər. Həmin kəndlilərdən bir qrupu Ağdaşın qərbində olan bu torpaqlara gəlib çıxdılar. Burada bol su, geniş torpaq sahəsi, mal-qara otarmaq və saxlamaq üçün örüş, nohur onların diqqətini cəlb etmişdir. XVII əsrin əvvəllərində Göyçayın Mallı Şıxlı kəndindən gələn ailələrin başçıları bu yerləri müəyyənləşdirdikdən sonra köçüb bu əraziyə - boş sahəyə gəlib məskunlaşmağa başlamışlar. Mallı Şıxlı kəndindən 3-4 ailə, əsasən qohum olanlar köçüb gəlib. Yeni gəlmiş ailələr bir-birindən 300-400 metr aralı yaşamağa başlayıblar. XVIII əsrin birinci yarısından başlayaraq bu əraziyə köçüb gələnlərin sayı çoxalır. Kəndə əvəllər gəlmiş babalarının Mallı-Şıxlı kəndində olan qohumlarından bir neçəsi köçüb gəliblər. Kənddə ailələrin sayı çoxalmağa başlamışdır.
Ağdaşdan 10 km qərbdə yerləşir.
Məmmədov Ərziman :ŞIXLI KƏNDİNİN TARİXİ HAQQINDA
Ağdaş rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |