Əyyub Paşa (ö. 1647) — IV Murad və Sultan İbrahim səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi.
Əyyub Paşa | |
---|---|
Əvvəlki | Maqsud Paşa |
Sonrakı | Heydərzadə Mehmed Paşa |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | İstanbul, Osmanlı imperiyası |
Doğum tarixi haqqında məlumat yoxdur. Əndərunda təlim-tərbiyə edildikdən sonra sarayda müxtəlif vəzifələrdə xidmət etdi. Ardından Sultan Muradın dayəsiylə nigahlanaraq divan nişançısı təyin olundu. 1631-ci ildə vəzir rütbəsi alaraq Sultan Muradın ölümünədək divanda xidmət göstərdi. Ancaq Sultan Muradın vəfatından sonra gözdən düşdü. 22 aprel 1644-cü ildə Misir bəylərbəyi təyin olundu və 5 aprel 1646-cı ilədək bu vəzifədə qaldı. Ancaq daha sonra bütün mal-mülkündən imtina edərək dərviş həyatı yaşamağa başladı. Çox keçmədən 1647-ci ildə İstanbulda vəfat etdi.