Sultan İbrahim

Sultan İbrahim (5 noyabr 1615, İstanbul – 18 avqust 1648, İstanbul) — 18-ci Osmanlı padşahı və 97-ci İslam xəlifəsidir. Sultan olduğunu bildirən paşalara: "Allahu təala sultan qardaşımızın ömrünü uzun etsin. Bizə sultanlıq lazım deyil. Sultan qardaşımızın ömrünə duaçıyıq" dedi. Ancaq anası və dövlət adamlarının təkidi ilə böyük qardaşı Sultan IV Muradın cəsədini gördükdən sonra taxt otağına keçdi. "Əlhəmdülillah. Ya Rəbbim! Mənim kimi zəif bir qulunu bu məqamə layiq gördün. Səltənət günlərimdə millətimi xoş hal et və bir-birimizdən məmnun et. Mən Sultan İbrahim xan! Mərhəmətli, comərd və lütifkar olub, əhaliyə ihsanlar edəcəyimə, bu dövləti ədalətlə idarə edəcəyimə və zülmə əsla əl atmayacağıma uca Rəbbim önündə and içirəm!" deyə dua edərək 9 fevral 1640 tarixində taxta oturdu. Şahzadəlik dövründə sərt bir saray həyatı yaşamış, qardaşlarının ölüm səhnələrinə şahid olmuşdur.

İbrahim
osman. ابراهيم اول
9 fevral 1640 – 8 avqust 1648
ƏvvəlkiIV Murad
SonrakıIV Mehmed
Şəxsi məlumatlar
Doğum tarixi 5 noyabr 1615(1615-11-05)[1]
Doğum yeri
Vəfat tarixi 18 avqust 1648(1648-08-18)[2][1] (32 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti suveren[d]
Atası I Əhməd
Anası Kösəm sultan
Həyat yoldaşı
Uşaqları
Ailəsi Osmanlı xanədanı
Dini islam

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şahzadəlik illəri

[redaktə | mənbəni redaktə et]

I Əhmədin taxta çıxan 3 oğlundan sonuncusu olaraq 4 noyabr 1615 tarixində dünyaya gəlmişdir. Anası Mahpeykər Kösəm Sultandır. Taxta çıxanda 25 yaşında olan Şahzadə İbrahimin şahzadəlik illəri Osmanlı sarayının ən qarışıq dönəmi idi. Atasının gənc yaşda vəfatından sonra padşah olan əmisi I Mustafanın əqlən zəif olması ilə yaranan hakimiyyət boşluğu, böyük qardaşı II Osmanın taxtdan endirilərək faciəvi şəkildə qətli, digər qardaşı IV Muradın sərt və qanlı hakimiyyəti hələ uşaq yaşlarında olan Şahzadə İbrahimin əqli inkişafına pis təsir etmişdir. Xüsusilə IV Muradın səltənəti dönəmində ögey qardaşları Şahzadə BəyazidSüleymanın boğularaq edamı (avqust 1632), ardından isə doğma qardaşı Şahzadə Qasımın edam olunması (1637) səbəbilə ölüm qorxusu ilə yaşamışdır. Ancaq IV Muradın şahzadələrinin uşaq yaşlarında vəfatı və padşahın ölümcül xəstəliyə tutulması səbəbilə Şahzadə İbrahim sülalənin və dövlətin aqibəti üçün yeganə ümidə çevrilmişdi.[3]

IV Murad isə ölüm döşəyində ikən sülalənin həyatda qalan yeganə üzvü olan Şahzadə İbrahimin edamı ilə bağlı Şeyxülislam Zəkəriyazadə Yəhya Əfəndidən fətva almış, ancaq saray ağaları və validə Kösəm Sultanın müdaxiləsi ilə bu edamın qarşısı alınmışdır. Hətta bəzi rəvayətlərə görə, IV Murad özündən sonra taxta yaxın adamı olan Mustafa Paşanı[4], bəzilərinə görə isə Krım xanını gətirmək istəyirdi.[5] IV Muradın vəfatı və Şahzadə İbrahimin cülusu məsələlərini dəqiq olaraq əks etdirən Osmanlı tarixçiləri, ölüm xəbərini sədrəzəm Kəmankeş Qara Mustafa Paşanın verdiyini deyir. Ancaq anası və dövlət adamlarının təkidi ilə böyük qardaşı Sultan IV Muradın cəsədini gördükdən sonra taxta cülus etmiş, rəsmi cülus mərasimi isə 9 fevral 1640 tarixində cümə axşamı günü baş tutmuşdur.

Səltənət illəri

[redaktə | mənbəni redaktə et]

Sultan İbrahimin 8 il davam edən səltənəti böyük qardaşı IV Muradın hakimiyyəti ilə müqayisə də daha sakit keçmişdir. Xüsusilə səltənətinin ilk 4 ilində Sədrəzəm Kəmankeş Qara Mustafa Paşanın olduqca sərt və tutumlu siyasətilə sülh və bolluq içində keçmişdir.

Sultan İbrahimin taxta çıxdığı il Anadoluda Mirgünoğlu hadisəsi baş verdi. IV Muradın İrəvan səfəri dövründə İrəvan qalasının sahibi Əmirgünoğlu qala fəth edildikdən sonra bağışlanmış və Əmirganda yaşamağına icazə verilmişdi. Əmirgünoğlu IV Muradın ölümündən istifadə edərək Anadoluda təxribatlara başladı və nəticədə I İbrahim tərəfindən edam etdirildi. Bu səbəbdən Sultan İbrahim bəzi təbəqələrdə özünə düşmən qazandı.

Digər tərəfdən Malta gəmilərinin türk ticarət gəmilərinə hücum etməsindən qəzəblənən sultan, quldurların ən böyük sığınacağı olan Krit adasını fəth etmək üçün səfər elan etdi. 20 iyun 1645 tarixində Saqqız adasından dənizə açılan Osmanlı donanması 17 iyun tarixində Krit adasının Hanya limanını fəth etdi. Bu işğal Avropada böyük əks-səda doğurdu. Almaniya və İtaliya sərhəddinə bütün Avropa ölkələrindən dəstək göndərildi. Bu vaxt Hanya qalasına təyin olunan Dəli Hüseyn Paşa irəliləyərək Resmo qalasını ələ keçirdi.

1647-ci ildə Qara Musa Paşanın ölümü ilə sədrəzəm olan Həzərparə Əhməd Paşanın diqqətsiz və ədalətsiz davranışları əleyhində böyük üsyanı özü ilə gətirdi. Bu vaxt hürufilərin Sultan İbrahim əleyhinə yaydıqları böhtanlar da hədəfinə çatmışdı. Sonunda Həzərparə Əhməd Paşa əleyhinə olaraq başlayan üsyan, Sultan İbrahimin də taxtdan endirilməsiylə nəticələndi. Dönəmin güclü siyasi faktorlarından biri olan Kösəm Validə Sultanın da məsləhəti ilə üsyançılar I. İbrahimin böyük oğlu IV. Mehmedi taxta çıxardı. Üsyançılar və onların rəhbərləri olan Sofu Mehmed Paşa I. İbrahimi edam etdirdilər (18 avqust 1648). Devrilən sultan vaxtilə əmisi I Mustafanın dəfn edildiyi türbədə dəfn olundu. Sultan İbrahim dövründə dövlətin daxili suverenliyi qorunub saxlanmış, iqtisadi problemlər öz həllini tapmış, hətta xəzinə dolub daşmışdır.

Sultan İbrahim dövründə tikilən memarlıq işləri : Topqapı sarayının içərisində tikilən Sünnət Otağı, Qəməriyə (İftar) yeri və sarayın arxa tərəfində dəniz sahilində tikilən Səbətçilər Köşküdür. Bu dönəmdə tikilən ən önəmli memari iş Ədirnədə Tunca çayı üzərində tikilən Səfərşah körpüsüdür.

  1. Turhan Xədicə Sultan
  2. Saliha Dilaşub Sultan
  3. Xədicə Müəzzəz Sultan
  4. Hüma Şah Sultan
  5. Ayşə Sultan — əslən Krım tatarlarındandır.
  6. Mahi-ənvər Sultan — əslən albandır. Şahzadə Osman və Qaya Sultanın anasıdır.
  7. Şivəkar Sultan — İslamı qəbul etmiş ermənilərdəndir.
  8. Leyla Saçbağlı Sultan — əslən Şimali Qafqazdandır.

Oğlan uşaqları

[redaktə | mənbəni redaktə et]
  1. IV. Mehmed
  2. II. Süleyman
  3. II. Əhməd
  4. Şahzadə Murad (22 mart 1643 – 16 yanvar 1644) — Ayşə Sultandan doğulma.
  5. Şahzadə Səlim (19 mart 1644 – oktyabr 1669) — Leyla Saçbağlı Sultandan doğulma. Məzarı Sultan İbrahim türbəsindədir.
  6. Şahzadə Osman (Avqust 1644–1646) — Mahi-ənvər Sultandan doğulma.
  7. Şahzadə Bəyazid (1 may 1646 – avqust 1647) — Şivəkar Sultandan doğulma.
  8. Şahzadə Cahangir (14 dekabr 1646 – 1 dekabr 1648) — Şivəkar Sultandan doğulma.
  9. Şahzadə Orxan (oktyabr 1648 – yanvar 1650) — Hüma Şah Sultandan doğulma.

Qız uşaqları

[redaktə | mənbəni redaktə et]
  1. Ümmügülsüm Sultan
  2. Atikə Sultan
  3. Aişə Sultan
  4. Gövhərxan Sultan
  5. Fatma Sultan
  6. Qaya Sultan (d. 1642 — ö. ?) — Mahi-ənvər Sultandan doğulma.
  7. Beyhan Sultan
  1. 1 2 Ibrahim // Brockhauz Ensiklopediyası (alm.).
  2. Ibrahim // Encyclopædia Britannica (ing.).
  3. http://www.islamansiklopedisi.info/dia/ayrmetin.php?idno=210274
  4. Voyages, s. 110; ondan naklen Zinkeisen, IV, 526
  5. Vanel, III, 545

Həmçinin baxın

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
İbrahim (Osmanlı imperiyası)
Doğum: 5 noyabr 1615 Vəfat: 18 avqust 1648
Hakimiyyət titulları
Sələfləri 
IV Murad

Osmanlı İmperiyası (دولت عالیه عثمانی) Sultanı

9 fevral 1640-8 avqust 1648
Xələfləri 
IV Mehmed
Sünni İslam titulları
Sələfləri 
IV Murad

İslam Xəlifəsi (خلافة إسلامية)
Xələfləri 
IV Mehmed