Eyyub Zəkəriyyə oğlu Yaqubov (26 aprel 1965, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının Xalq artisti (2018).
Eyyub Yaqubov | |
---|---|
Eyyub Zəkəriyyə oğlu Yaqubov | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Janrlar | pop musiqisi, estrada[d], muğam |
Musiqi aləti | piano |
Təhsili | Asəf Zeynallı adına Musiqi Texnikumu |
Boyu | 1.92 sm[1][2] |
Mükafatları | |
Rəsmi veb saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Eyyub Yaqubov 26 aprel 1965-ci ildə Bakının Bayıl qəsəbəsində anadan olmuşdur. İlk təhsilini 49 saylı orta məktəbdə almışdır. Musiqiyə olan böyük maraq onun eyni zamanda 3 saylı musiqi məktəbində oxumağı ilə əks olunur. 8 illik təhsilini orta məktəbdə bitirdikdə, 1980-ci ildə o Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano sinfinə daxil olur.
Texnikumda oxumaqla yanaşı o, Əlibaba Məmmədovun rəhbərlik etdiyi "Humayun" xalq instrumental ansamblında pianoçu işləyirdi. Bu ansambl ilə o, Azərbaycanın bütün regionlarında keçirilən konsertlərdə iştirak edirdi.
Hələ məktəbli olaraq 3 saylı musiqi məktəbinin 7-ci sinif şagirdi Azərbaycan pianoçuları arasında keçirilən müsabiqədə birinci yeri tutmuşdur. Əlibaba Məmmədovun ansamblında işləyərək, klassik musiqi ilə yanaşı Eyyub xalq musiqisini də öyrənirdi. Dostları və tanışları əhatəsində olaraq o hərdən mahnılar da oxuyurdu. Musiqiçi olmaq arzusunda olan pianoçu Eyyub, bu fikrindən uzaqlaşır. Musiqiçilərimizin zəhmətinin layiqincə qiymətləndirilməməsini görən gənc, müğənni olmaq qərarına gəlir.
1992-ci ildə ailə qurub, Zakir adlı bir oğlu var.