Biz qayıdacağıq — Rejissor Elxan Qasımov tərəfindən 2007-ci ildə ekranlaşdırılmış tammetrajlı bədii film. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir.
Biz qayıdacağıq | |
---|---|
Janr |
dram uşaq |
Rejissor | Elxan Qasımov |
Prodüser | Xamis Muradov |
Ssenari müəllifi | Natiq Rəsulzadə[1] |
Baş rollarda |
Ayan Mirqasımova Pərvaz İbrahimli |
Operator | Rafiq Əliyev |
Bəstəkar | Rauf Əliyev |
Rəssamlar |
Rafiz İsmayılov Rafiq Nəsirov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi |
21 noyabr 2007, Bakı, "Azərbaycanfilm" Kinostudiyası 23 noyabr 2007, Bakı, "Azərbaycan" kinoteatrı |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 82 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2007 |
Rəng | rəngli |
IMDb | ID1314720 |
16 dekabr 2007-ci ildə Azərbaycan Televiziyasında yenicə ekranlara çıxmış "Biz qayıdacağıq" filmindən bəhs edən rejissoru Sənan Sultanov, ssenari müəllifi Sevda Ağazadə, operatoru Hüseynəli Bayramov olan 26 dəqiqəlik veriliş yayımlanıb. Verilişdə "Azərbaycanfilm" kinostudiyasında filmin ilk baxışının keçirilməsi əks etdirilir.
Filmdə Qarabağ müharibəsi bir uşağın dili ilə canlandırılır. Müharibənin bütün dəhşətləri bu balaca oğlanın gözü qarşısında baş verib. Onu öz torpağına qayıtmaq arzusundan heç bir güc döndərə bilməz.[2]
Azərbaycan torpaqlarının işğalı, Xocalı faciəsi, ermənilərin törətdiyi qətliamlar, Qarabağ müharibəsinin faciəvi nəticələri, qaçqın-köçkün taleyinin çətin məqamları filmin süjet xəttinin əsasında dayanıb. Erkən yaşlarında doğmalarını itirən Zakir Qasımovun (Pərvaz İbrahimli) payına isə bu müharibədən həyatın boz üzü və xatirələrin acısı düşüb.[3]
Filmin qəhrəmanının atası Xocalı soyqırımı zamanı həlak olmuşdur. Gözəl səsi olan bu gənc Musiqi Akademiyasına getməyə hazırlaşsa da, fikrini dəyişir və Hərbi Akademiyaya oxumağa gedir.[4]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |