Bakı bağları. Buzovna (film, 2007)

Bakı bağlarından bəhs edən filmlər silsiləsinin bu hissəsi Buzovna kəndinin tarixi və əhalisinin məşğuliyyəti haqqındadır.

Bakı bağları. Buzovna
Fayl:Bakı bağları. Buzovna (film, 2007).jpg
Rejissor Maarif Məhərrəmbəyli
Ssenari müəllifi Kəmalə Baxşəliqızı
Operator Sahib Səfərov
İstehsalçı Lider TV ("Azərbaycan" redaksiyası)
İlk baxış tarixi 3 noyabr 2007, Lider TV
Filmin növü qısametrajlı sənədli televiziya filmi
Müddət 28 dəq.
Ölkə Azərbaycan Azərbaycan
Dil azərbaycanca (diktor mətni yoxdur)
İl 2007
Rəng rəngli (ağ-qara kadrlarla)

Paytaxt Bakı şəhərindən 38 kilometr aralıda yerləşən Buzovna kəndi Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri hesab olunur. Bu ərazilərdə əhalinin məskunlaşması eramızdan əvvəl III əsrə təsadüf edilir.

Qədimdə bu ərazilərdə kənd əhalisi köçəri həyat tərzi sürmüş, taxılçılıq, maldarlıq və balıqçılıqla məşğul olmuşdur. Həmçinin Azərbaycanın digər bölgələrindən də yay aylarında bu ərazilərə gələnlər mal-qara saxlayırdılar. Məhz bu amili nəzərə alaraq Buzovna kəndinin adı maldarlıqla əlaqədar yaranması və "buzov" mənasını verməsi güman olunur. Lakin bəzi tarixi qaynaqlarda (XIII-XIV əsrlər) bu ərazi "Bozok" tayfalarının adı ilə bağlıdır. Bozok tayfaları qış aylarında bu ərazilərdə məskunlaşmış və təsərrüfat ilə məşğul olurdular. Yay aylarında isə onlar dağlara çəkilirdilər.

Buzovna özünün qədim tarixi memarlıq abidələri ilə də zəngindir. Kənddə ən qədim qəbiristanlıq "Hun qəbiristanlığı"dır. Lakin Hun qəbiristanlığında eradan əvvəl III əsrə aid olan qəbirlər, Alban kilsəsi və kəndin girəcəyində mövcud olmuş Buzovna qalası Sovet hakimiyyəti illərində dağıdılmışdır.[1]

Filmdə Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən istifadə olunmuşdur.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifi: Kəmalə Baxşəliqızı
Rejissor: Maarif Məhərrəmbəyli
Operator: Sahib Səfərov
Operator assistenti: Cəmil Çingizoğlu
Montaj: İlkin Cavanşiroğlu
Arxiv: Tamilla Məhərrəmova, Samirə Axundova, Səbinə Yusifzadə, Aytən Axundzadə
Sürücülər: Namiq Məhərrəmov, Nizam Əliyev
Koordinator: Anar Şuşalı
Baş redaktor: Akif Arifoğlu
Əsərlərindən istifadə edilən rəssamlar: Qafar Seyfullayev, Fərhad Xəlilov, Arif Ələsgərov, Həsənağa Məmmədov, Cəmil Mütizadə, Ağa Mehdiyev, Lətif Feyzullayev, Asəf Cəfərov, Rəfael Muradov, Tahir Salahov, Azər Elli, Mirismayıl Cəfərov, Hacıağa Nəzərov
Musiqilərindən istifadə edilən bəstəkarlar: Rafiq Babayev, Vaqif Mustafazadə, Eyyub Yaqubov, Eldar Mansurov, Aygün Səmədzadə ("Tut ağacı" mahnısı) (titrlərdə yoxdur)
İfasından istifadə edilən musiqiçi: Ənvər Sadıqov (titrlərdə yoxdur)
İfasından istifadə edilən müğənnilər: Oqtay Ağayev, Aygün Bəylər (titrlərdə yoxdur)

Filmdə iştirak edən

[redaktə | mənbəni redaktə et]

Maarif Məhərrəmbəyli (titrlərdə yoxdur)

Arxiv kadrlarda iştirak edənlər

[redaktə | mənbəni redaktə et]
Aleksandr Düma (şəkil) (titrlərdə yoxdur)
Mikayıl Müşfiq (şəkil) (titrlərdə yoxdur)
Seyid Hüseyn (şəkil) (titrlərdə yoxdur)
Cəfər Cabbarlı (şəkil) (titrlərdə yoxdur)
Hüseyn Cavid (şəkil) (titrlərdə yoxdur)
Bəxtiyar Vahabzadə (şəkil) (titrlərdə yoxdur)
Əbdülruh Axund (şəkil) (titrlərdə yoxdur)
Xan Şuşinski (şəkil) (titrlərdə yoxdur)
Əliağa Vahid (şəkil) (titrlərdə yoxdur)

Çəkilişə kömək edənlər

[redaktə | mənbəni redaktə et]
Nəsir Ağayev (Buzovna kənd sakini)
Mirzəağa Əliyev (Buzovna kənd sakini)
Mirzəmi Ələkbərov (Buzovna kənd sakini)
Məmmədəli Cəbioğlu (Buzovna kənd sakini)
Əsəd Zeynalov (Buzovna kənd sakini)
Rəfiqə Zeynalova (Buzovna kənd sakini)
Sara Əliyeva (Buzovna kənd sakini)
Nailə Teymurova (Buzovna kənd sakini)
Nailə Zeynallı (Buzovna kənd sakini)
Aynur Zeynalova (Buzovna kənd sakini)
Fatma Qasımova (Buzovna kənd sakini)
Elmira Ziyadqızı (Buzovna kənd sakini)
Elmira Əliyeva (Buzovna kənd sakini)
Məsumə Əliyeva (Buzovna kənd sakini)
  1. "Buzovna kəndinin tarixi və onun gələcək inkişaf istiqamətləri". Azərbaycan Regional İnkişaf Mərkəzi. 2006-05-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-11-05.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]