Əziz Dövlətabadi (1922, Təbriz - 30 aprel 2009, Təbriz) — Cənubi Azərbaycan dilçisi, filoloqu.
Əziz Dövlətabadi | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Təbriz |
Vəfat tarixi | |
Vəfat yeri | Təbriz |
Vəfat səbəbi | ağciyər xərçəngi |
Əziz Dövlətabadi 1922-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Milli kitabxananın rəisi vəzifəsində çalışmışdı.
Əziz Dövlətabadi 30 aprel 2009-cu ildə vəfat edib.
XX əsr İran Azərbaycanın alimi Əziz Dövlətabadi «Süxənvərani-Azərbaycan» («Azərbaycan şairləri») təzkirəsinin I cildində 352, II cildində 499 fars dilində yazan Azər¬baycan şairləri haqqında məlumat vermişdir. Əziz Dövlətabadinin «Qafqazın farsca yazan şairləri» təzkirəsində isə «Şimali Azərbaycanın Bakı, Ordubad, Gəncə, Naxçıvan şəhərlərində, o cümlədən Ermənistan, Dağıstan, Gürcüstanda yaşa-yan 228-dək farsca yazan azərbaycanlı» [1] şairlər haqqında bilgilər vardır. Əsər Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri olan X.Şirvani, Z.Şirvani, A.Bakıxanov, S.Ə.Şirvani, X.Natəvan, S.Nigari və başqalarının həyat və fəaliyyətləri haqqında dəyərli məlumatlar əldə etməyə imkan verir.