Əziz Kərimov ( azərb. Əziz Elxan oğlu Kərimov ) azərbaycanlı fotoqrafdır. O, Free Media Awards 2020 The Fritt Ord (təşkilat) mükafatına layiq görülüb.
Əziz Kərimov | |
---|---|
Kərimov Əziz Elxan oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
Atası | Elxan Kərimov |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti |
Fəaliyyəti | fotoqraf |
Fəaliyyət illəri | 2005-indiyə kimi |
Mükafatları | Free Media Award - 2020 "İlin Press Fotoqrafı - 2013 |
azizkarimov.com |
1987-ci ildə Bakı şəhərində anadan olub, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bitirib. 2013-cü ildə çəkdiyi fotolar Associated Press agentliyində dərc olunub çalışıb, sonradan karyerasına müstəqil fotoqraf kimi başlayıb.
2019-cu ildə, dünya nəhəndi olan Getty Images agentliyinə qoşulur.
2013 Freedom House təşkilatının keçirdiyi müsabiqədə Azərbaycan, Bəhreyn, Belarus, Çin, Rusiya, Cənubi Sudan və Suriya da daxil olmaqla 20-dən çox ölkədən fotoşəkillərdən ibarət sərgi hazırlanır.
2014-cü ildə YARAT-ın təşkil etdiyi ."BEYNƏLXALQ YAY FOTO MƏKTƏBİ"ində MAGNUM PHOTOS peşəkar təlimçilərinin təlimində iştirak edir.
" 2017-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi, idman fotojurnalistikası. 2019 Azərbaycan Dillər Universitetinin müəllimi – Fotojurnalistika fənnini tədris edib.
2020-ci ildə "İkinci Qarabağ Müharibəsi"ndə çəkdiyi foto fAssociated Press Agentliyinin hazırladığı "2020-ci ilin Ən Maraqlı Fotoları" hesabatında yer alır."
2021-ci ilin noyabrın 8-də həmkarları ilə birlikdə İkinci Qarabağ Müharibəsindən bəhs edən ilk foto jurnal - JPEG (foto jurnal) nəşr edirlər
2022-ci ildə Rusiya-Ukrayna mübahibəsini işıqlandırmaq üçün Azərbaycandan Ukraynaya ezam olunan ilk foto Jurnalist olur.
2013 Azərbaycan Fotoqraflar Birliyinin keçirdiyi "İlin Press Fotoqrafı [1]
2015 Azərbaycanlı jurnalistlər Aİ tərəfindən maliyyələşdirilən Media layihəsinin qalibləri arasında [2]
2020 Azərbaycan fotoqrafları qızıl medal qazandılar
2020 Əziz Kərimov Free Media Awards 2020 mükafatına layiq görülüb
Archived 19 August 2013 at the Wayback Machine