Оpаtiya (xorv. Opatija, alm. Sankt Jakobi, it. Abbazia) — Xorvatiyanın Adriatik dənizi sahilində, Riyekanın cənub-qərbindəki bir şəhərdir. 2011-ci ildən etibarən şəhərin 11,659 əhalisi var, mərkəzdə isə 6,657 nəfər yaşayır.[3] Məşhur yay və qış tətil yeridir, qışda orta istilik 10 °C və yayda 25 °C olur. Opatiya dəfnə meşələri ilə əhatə olunmuşdur. Şimalda və cənubda bütün dəniz sahili qayalıq və mənzərəlidir.
Оpаtiya | |
---|---|
Opatija | |
45°20′05″ şm. e. 14°18′25″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi | |
Mərkəzin hündürlüyü | 0 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +385 051 |
Poçt indeksi | 51410 |
opatija.hr | |
Vikianbarda əlaqəli mediafayllar |
1872-ci ildə Matulyiyə dəmir yolları çəkildi və bununlada Opatiyada və Lovranda turizmin inkişafına səbəb oldu.
Avstriya imperatoru I Frans İosif bir neçə ay qış aylarında burada qalmış və 19-cu əsrin sonlarından qalma lüks otel və villada dəfələrlə məskunlaşmışdır.
1920-ci ildə Opatiya İtaliyaya bağlandı. İki il sonra, faşistlər hakimiyyətə gəldikdə, İtaliya hökuməti əhalinin məcburi italyanlaşma proqramına başladı və ictimai ərazilərin əksəriyyəti italyan dilli vətəndaşlar üçün ayrıldı.
1947-ci ildə Opatiya Yuqoslaviyaya verildi, əvvəlki illərdə xeyli artan italyan dilli əhalinin əksəriyyəti İtaliyaya köç etdi. 1963-cü ildə memar Andria Cicin-Sain və komandası tərəfindən "Adriatik" otelin inşası tamamlandı. "Adriatik" oteli Avstriya-Macarıstan İmperiyası dövründən sonra Opatiyada tikilən ilk otel oldu.
1991-ci ildə Yuqoslaviyanın dağılmasından sonra şəhər Xorvatiyaya bağlandı.
2010-cu ildə Zalsburq yaxınlığındakı Bad Isçl şəhəri, Opatiyanın ilk Avstriya qardaş şəhəri oldu.
Qız qağayı ilə
Müqəddəs Yaqub kilsəsi
Villa Anqiolina
Kvarner otel
Opatiya otel
Fiat Mokarabia şokolad festivalında
Muzey
Miroslav Krleza heykəli
Opatiyada gecə
"Ambasador" otel
Çimərliklər
Anton Çexovun bürünc büstü