1,4 — Butandiol (butilenqlikol) C₄H₁₀O₂ — üzvü birləşmə, İki atomlu spirt, rəngsiz qatı mayedir.
1,4-Butandiol | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | C₄H₁₀O₂ |
Molyar kütlə | 90,121 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 1,0171 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 20 °S |
Qaynama nöqtəsi | 235 °S |
Alışma temperaturu | 121 °S |
Öz-özünə yanma temperaturu | 350 °C |
Kimyəvi xassələri | |
Turşunun dissosasiya sabiti | 14,5 |
Optik xüsusiyyətlər | |
Sındırma əmsalı | 1,446 |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 110-63-4 |
PubChem | 8064 |
RTECS | EK0525000 |
ChEBI | 41189 |
ChemSpider | 13835209 |
1,4-Butandiol, katalizatorun iştirakı ilə 110–130 0 C temperaturda və 200–300 atmosfer təzyiqində sulu məhlulda 1,4-butindiolun hidrogenləşdirilməsi yolu ilə əldə edilir. 1,4-Butandiol, həmçinin, katalizator kimi ağır metal asetilenidlərdən istifadə edərək formaldehidin asetilenlə yüksək təzyiqdə aparılan reaksiya zamanı alınır.
1,4-Butandiol malein anhedridindən alınma üsuluda var. Malein anhedridi metil efirinə çevrilir və sonra hidrogenləşir.
Kimyəvi xassələrinə görə 1.4 – Butandiol tipik qlikoldur.
1.4 – Butandiol etanola bənzəyir, insanlara narkotik təsir göstərir. Doza həddi artıq olarsa başgicəllənmə, qusma, zəiflik, yuxululuq, ağır zəhərlənmə və hətta ölümə səbəb ola bilər. Dəri ilə təmasda, qıcıqlanma və allergik reaksiyalara səbəb ola bilər, buna görə də onunla işləyərkən qoruyucu geyim və əlcəklərdən istifadə etməlisiniz.
1.4 – Butandiolun tətbiqi çox genişdir. Hər il bir million ton 1.4 butandiol istifadəyə verilir. Tibdə dərman preparatların və ekstratların alınmasında istifadə olunur. Toxuculuq, parfümeriya və qida sənayesində geniş istifadə edilir. Kimya sənayesində polimerlərin, sintetik liflərin istehsalı üçün xammal olaraq və həlledici kimi istifadə olunur.