1-ci süvari diviziyası (ing. 1st Cavalry Division) — ABŞ ordusunun 1921-ci ildən mövcud olan taktiki hərbi birləşməsi. Ləqəbi "Birinci dəstə"dir (First Team).
1-ci süvari diviziyası | |
---|---|
1st Cavalry Division | |
Ölkə | |
Qərargah | |
Döyüşlər | |
pao.hood.army.mil/1stcav… | |
Vikianbarda əlaqəli mediafayllar |
Birləşmə mövcud olduğu dövrdə süvari, piyada, aviasiya və zirehli diviziya kimi xidmət etmişdir.
1855-ci ildə 1-ci süvari alayı yaradılmış, onun əsasında 1921-ci ilin sentyabrında ABŞ ordusunun 1-ci süvari diviziyası formalaşdırılmışdır.
ABŞ Ordusu üçün Birinci və İkinci Dünya müharibələri arasındakı dövr tənəzzül dövrü idi ki, bu da yeni birləşmədə öz əksini tapmışdı. Onun hər il təlimlər keçirəcəyi güman edilirdi, lakin 1923-cü ildə ilk təlimlərdən sonra növbəti təlimlər yalnız 1927-ci ildə baş tutmuşdur. Sonradan bölmə, birləşmələrinin optimal sayını və gücünü tapmaq üçün davam edən təcrübələr çərçivəsində strukturunu bir neçə dəfə dəyişdirmişdir.
28 fevral 1943-cü ildə diviziyanın sonuncu süvari birliyi atlarını itirmişdi. Formal olaraq süvarilərin adını saxlayan diviziya indi yüngül piyada (motorlu tüfəng) olmuşdu.