100 illik şərəfli ömür — Hacı Zeynalabdin Tağıyev haqqında ekranlaşdırılan bədii-sənədli film[1].
100 illik şərəfli ömür | |
---|---|
azərb. 100 illik şərəfli ömür | |
Rejissor | Cəlaləddin Qasımov |
Ssenari müəllifi | Cəlaləddin Qasımov |
İstehsalçı | “SPP Production” |
Filmin növü | bədii-sənədli film |
Müddət | 36 dəqiqə |
Ölkələr | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2019 |
Azərbaycan xalqının böyük oğlu, türk dünyasını iftixarı, nəcib əməlləri ilə zəngin bir insanlıq məktəbi yaradan Hacı Zeynalabdin Tağıyevin dərin və mənalı ömür yolunu əks etdirən "100 illik şərəfli ömür" bədii-sənədli filmdir. Filmdə əsas kadrların 30 faizini XX əsrin əvvəllərindəki köhnə kadrlar təşkil edir. Bu kadrlar Almaniyadan əldə olunub və Rusiyanın Sankt-Peterburq şəhərində yenidən canlandırılıb.
Filmin çəkilmə səbəbləri ilə bağlı fikirlərini bölüşən C. Qasımov deyir:
Hacı Zeynalabdin Tağıyev harada yaşamasından asılı olmayaraq soydaşlarının imdadına çatıb, Azərbaycan xalqının maariflənməsi, istedadlı insanların yüksək təhsil alması, kütləvi savadsızlığın aradan qaldırılması, ölkədə iqtisadiyyatın hərtərəfli inkişafının təmin olunması, habelə milli kadrların hazırlanması üçün zəruri tarixi missiya həyata keçirib. Hələ Bakı Dövlət Universitetində oxuduğum illərdən başlayaraq, bu görkəmli sahibkar və xeyriyyəçi haqqında çoxlu məlumatlar əldə etmişdim, bir sözlə, onunla bağlı çap olunan bütün materialları yığmışdım. Amma ağlıma da gəlməzdi ki, nə vaxtsa bu sənədlər, kitablar, fotoşəkillər mənim sənədli filmimin “qəhrəmanına” çevriləcək”. |
İl | Mükafatın adı | Ölkə | Nəticə |
---|---|---|---|
3 iyun 2019 | The Lift-Off Sessions | Birləşmiş Krallıq | Seçilmiş |
23 sentyabr 2019 | Green Mountain Christian Film Festival | ABŞ | Yarı Finalçı |
5 avqust 2019 | First-Time Filmmaker Sessions | Birləşmiş Krallıq | Seçilmiş |
21 yanvar 2019 | FIORENZO SERRA FILM FESTIVAL | İtaliya | Seçilmiş |
1 iyun 2020 | The BeBop Channel Content Festival | ABŞ | Seçilmiş |