100 kağız komediya filmi rejissor Şahin Zəkizadə tərəfindən 2015-ci ildə ekranlaşdırılmışdır.[1] Filmin əsas süjet xətti yüz manatlıq əsginas üzərində qurulub. Filmdə əsas rolları Valeh Kərimov, Cəfər Namiq Kamal, Naibə Allahverdiyeva, Dilarə Əliyeva, Nicat Kazımov və Pərviz Məmmədrzayev ifa edirlər.
100 Kağız | |
---|---|
Janr | komediya |
Rejissor | Şahin Zəkizadə |
Prodüserlər |
Tahir Tahiri Seymur Səfərov |
Ssenari müəllifləri |
Şahin Zəkizadə Fərid Rzayev |
Baş rollarda |
Valeh Kərimov Cəfər Namiq Kamal Naibə Allahverdiyeva Dilarə Əliyeva Nicat Kazımov Pərviz Məmmədrzayev |
Operator | Rövşən Namazov |
Bəstəkar | Natiq Qəzənfəroğlu |
Rəssamlar |
Aygün Mahmudova Natalya Netrunenko |
İlk baxış tarixi | 7 aprel 2015 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 100 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2015 |
Rəng | rəngli |
Çəkiliş yeri |
Bakı Şamaxı |
Baş rolda elə "100 kağız"ın özüdür. O, filmin baş qəhrəmanı və aparıcı obrazıdır. Filmin əsas süjet xətti yüz manatlıq əsginas üzərində qurulub. Əsginas əldən-ələ keçərək sahibini dəyişir və sonda gözlənilməz anda heç kimə qismət olmur. Əsginasa sahib olan insanlar müxtəlif təbəqə və peşənin nümayəndələridir. Onların arasında yol polisi, müğənni, falçı, molla və başqaları var. Beləliklə 100 kağız müxtəlif yollarla əl dəyişir… bütün bu əl dəyişmələr komik hadisələrlə müşayət olunur.[2]
Rejissor: Şahin Zəkizadə
Ssenari müəllifi: Şahin Zəkizadə, Fərid Rzayev
Operator: Rövşən Namazov
Bəstəkar: Natiq Qəzənfəroğlu
Prodüser: Tahir Tahiri, Seymur Səfərov
Rəssam: Aygün Mahmudova, Natalya Netrunenko
Valeh Kərimov
Cəfər Namiq Kamal
Naibə Allahverdiyeva
Dilarə Əliyeva
Nicat Kazımov
Pərviz Məmmədrzayev
Təvəkkül Əliyev
Roza Zərgərli
Bəhram Bağırzadə
Azər Axşam
Qurban İsmayılov
Əjdər Zeynalov