Naibə Səyavuş qızı Allahverdiyeva (28 may 1963, Tbilisi) — Azərbaycan aktrisası, Azərbaycanın xalq artisti (2018).
Naibə Allahverdiyeva | |
---|---|
Naibə Səyavuş qızı Allahverdiyeva | |
Doğum adı | Naibə Səyavuş qızı Allahverdiyeva |
Doğum tarixi | 28 may 1963 (61 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | |
Həyat yoldaşı | Yusif İsmayılov[1] |
Atası | Səyavuş Allahverdiyev |
Anası | Bilqeyis Məhərrəmqızı |
Fəaliyyəti | aktrisa |
Təhsili | |
Mükafatları |
Naibə Allahverdiyeva 28 may 1963-cü ildə Tbilisi şəhərində doğulub. Atası Səyavuş Allahverdiyev ilə anası Bilqeyis Məhərrəmqızı ayrılıblar. Dörd qardaşı, iki bacısı var. Rejissor Cahid Hilaloğlu Naibə Allahverdiyevanın ögey atasıdır.
Naibə Allahverdiyeva M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirmişdir. Orada ona aktyor sənətindən və səhnə danışığında dörd il müddətində Fuad və Zəminə Hacıyevlər, Ələmdər Quluzadə, Mikayıl Mirzə kimi tanınmış teatr xadimləri dərs deyib. Ali təhsilli aktrisa təyinatla Naxçıvan Dövlət Musiqili-Dram Teatrına işləməyə göndərilib. Elə ilk gündən cavan aktrisaya etibar edib, Dudarevin "Astana" tamaşasında baş rol olan Alina rolunu veriblər. Sonra "Apardı sellər Saranı" tamaşasında Saranı, "Gülən adam"da Hersoginanı oynayıb. Qısa vaxtda teatrın əsas repertuarına daxil olan aktrisa üç il bu teatrın səhnəsində çoxlu rollar oynayıb.
1994-cü ildən Gənc Tamaşaçılar teatrında aktrisa kimi fəaliyyət göstərir. Teatrda ilk rolu D. Mehdinin "O da mənəm, bu da" (rejissor Ağaxan Salmanlı) tamaşasında Nazlı rolu olmuşdur.
N. Allahverdiyeva maraqlı obrazları ilə teatrsevərlərin rəğbətini qazanmışdır.
Ə. Əmirlinin "Bala bəla sözündəndir" tamaşasında Bibi, T. Kazımovun "Səsin sehri" tamaşasında Səfurə, A. Həsənzadənin "Mağara" tamaşasında Xatun, Ə. Dəmirçizadənin "Dədəm Qorqud" tamaşasında Burla Xatun, T. Vəliyevanın "Mənim ağ göyərçinim" tamaşasında Münəvvər, S. Rüstəmin "Çimnaz xanım yuxudadır" tamaşasında Çimnaz rolları yaddaqalan, maraqlı obrazlardandır.
N. Allahverdiyeva bir kino aktrisası kimi də bir sıra filmlərdə çəkilmişdir. "Qara Volqa" filmində Rita, "Məhəbbətin hökmü" filmində Cevriyyə rolları aktrisaya tamaşaçı rəğbəti qazandırmışdır. Rusiyada rejissor Mixail Xleborodovun quruluşunda "Cənnətin kuryeri" filmində çəkilmişdir.
İstedadlı aktrisanın yaradıcılığı yüksək qiymətləndirilmiş və o, 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 2018-ci ildə isə Azərbaycan Respublikasının xalq artisti fəxri adı ilə təltif olunmuşdur.[2]
9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə,[3] 6 may 2015-ci ildə[4], 6 may 2016-cı ildə[5], 1 may 2017-ci ildə[6], 9 may 2018-ci ildə[7], 10 may 2019-cu ildə[8], 7 may 2020-ci ildə[9], 7 may 2021-ci ildə[10], 10 may 2022-ci ildə[11], 6 may 2023-cü ildə[12] və 9 may 2024-cü ildə[13] Prezident Mükafatına layiq görülmüşdür.
2023-cü ilin yanvar ayında səhhəti ilə bağlı sinəsindən əməliyyat olunub.[14][15]
Tamaşanın adı | Rol | Tarix | Rejissor | Müəllif |
---|---|---|---|---|
O da mənəm, bu da | Nazlı | Ağaxan Salmanlı | D. Mehdi | |
Bala bəla sözündəndir | Bibi | Əli Əmirli | ||
Səsin sehri | Səfurə | 19 dekabr 1993 | Ağakişi Kazımov | Tahir Kazımov |
Mağara | Xatun | 1994 | Vaqif Əsədov | Aygün Həsənzadə |
Dədəm Qorqud | Burla Xatun | Loğman Kərimov | Əbdüləzəl Dəmirçizadə | |
Mənim ağ göyərçinim | Münəvvər | 2000 | Loğman Kərimov | Tamara Vəliyeva |
Çimnaz xanım yuxudadır | Çimnaz | Rafiq Əliyev | Süleyman Rüstəm | |
Pəri Cadu | Şamama Cadu | Nicat Kazımov | Əbdürrəhim bəy Haqverdiyev | |
Romeo və Cülyetta | dayə | 2011 | Cənnət Səlimova | Uilyam Şekspir |
Dörd əkizin nağılı | Yelena xala | 2013 | Ağalar İdrisoğlu | Panço Pançev |
Konnemarada bir kəllə | Mericonni Kafferti | 2014 | Yan Vilem van den Boş Sərvər Əliyev |
Martin Makdonah |
Sarıköynəklə Valehin nağılı | Simuzər | 2014 | Bəhram Osmanov | İlyas Əfəndiyev |
Qohumlar | Amulanqa | 11 iyun 2016 | Boris Manciyev | Vera Şuqrayeva Əli Əmirli |
Leyli və Məcnun | Leylinin anası | 3 dekabr 2016 | Nicat Kazımov | Məhəmməd Füzuli |