12 əsr sonra qısametrajlı sənədli televiziya filminin müəllifi Ramal Məmişovdur. Film rejissor Fərhad Zamanbəyov tərəfindən 2014-cü ildə çəkilmişdir. Film Naxçıvan televiziyasında istehsal edilmişdir. Film Babək rayonunun təşkil olunması tarixindən, onun dünənindən və bu günündən ətraflı bəhs edir.
12 əsr sonra | |
---|---|
Janr |
sənədli qısametrajlı tarixi |
Rejissor | Fərhad Zamanbəyov |
Əsərin müəllifi | Ramal Məmişov |
Ssenari müəllifi | Ramal Məmişov |
Operator | İlham Vəliyev |
İstehsalçı | Naxçıvan televiziyası |
Kanal | Naxçıvan Televiziyası |
İlk baxış tarixi | 2014 |
Filmin növü | qısametrajlı sənədli televiziya filmi |
Müddət | 35 dəq. |
Ölkələr | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2014 |
Rəng | rəngli |
Çəkiliş yeri | Babək Rayonu |
Film Babək rayonunun təşkil olunması tarixindən, onun dünənindən və bu günündən ətraflı bəhs edir. 1978-ci il oktyabrın 23-də təşkil olunmuş yeni rayona mərkəzi hakimiyyətin iradəsinin əksinə olaraq Babək adının verilməsi Heydər Əliyevin qətiyyətinin nəticəsi idi.[1]
Babək rayonunun ərazisi tarixi arxeoloji abidələrlə zəngindir. Buranın təbii coğrafi mövqeyi rayonda əkinçi-maldar tayfaların qədim dövrlərdən məskunlaşmasına və uzun müddət yaşamasına şərait yaratmışdır. I Kültəpə və II Kültəpə kimi dünya miqyaslı abidələr Babək rayonu ərazisindədir.[2]
Babək rayonunda Elektrik şəbəkəsi, Yol Təmir istismar sahəsi, Rabitə idarəsi kimi dövlət müəssisələri, sutkada 25 min kərpic (tuğla) istehsal gücünə malik Kərpic zavodu, Sirab mineral sular zavodu, Uzlük plitələr zavodu, "Şərab-2" Üzüm Emalı Səhmdar Cəmiyyəti, Qoşadizə, Hacıvar və Cəhri dəyirmanları fəaliyyət göstərir.[2]
Filmi Babək rayonuna və onun tarixinə səyahət də adlandırmaq olar.
Müəllif: Ramal Məmişov
Rejissor: Fərhad Zamanbəyov
Operator: İlham Vəliyev
Azərbaycan filmlərinin siyahısı
2014-cü ilin Azərbaycan filmləri
2010-cu illər Azərbaycan filmlərinin siyahısı