Kərpic imarətlər (ing. Brick Mansions) — 2014-cü ildə Kanadada ingilis dilində çəkilmiş filmdir. Filmin aktyor heyətinə Pol Volker, David Belle və RZA daxildir. Filmin rejissoru Camille Delamarre, ssenari müəllifləri isə Luc Besson, Robert Mark Kamen və Bibi Naceri olmuşdur. Film 2004-cü ildə çəkilmiş Banlieue 13 filminin remeykidir. Daha əvvəl Banlieue 13 filmində rol alan David Belle də bu filmdə rol almışdır[14][15].
13-cü rayon: Kərpic imarətlər | |
---|---|
ing. Brick Mansions | |
Janr | cinayət filmi[4][5], triller filmi, döyüş filmi[4][6][…], antiutopiya filmi[d], dram filmi |
Prodüserlər | |
Ssenari müəllifi | |
Baş rollarda | |
Distribütor | Warner Bros., Netflix |
İlk baxış tarixi | 23 aprel 2014[10], 5 iyun 2014[11], 24 aprel 2014[12][13] |
Müddət | 90 dəq. |
Büdcə | $28 million[1][2] |
Gəlir | $73.4 million[3] |
Ölkələr | |
Dil | ingilis dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Monreal |
IMDb | ID1430612 |
Kərpic imarətlər Paul Walkerin (ö. 30 noyabr 2013) ölümündən əvvəl çəkilmiş son filmidir.[16] Film Pol Uolkerin ölümündən 5 ay sonra ekranlara çıxmışdır.
2018-ci ildə Detroitdə kərpicdən tikilmiş evlər nəzarətdən çıxan cinayətkarlarla dolu bir yerə çevrilmişdir. Buna görə də polis şəhərin qalan hissəsini mühafizə etmək üçün şəhərin ətrafında nəhəng divarlar çəkir. Gizli polis məmuru olan Damien Collier hər gün korrupsiyaner və müxtəlif cinayətlərə bulaşmış cinayətkarlar ilə mübarizə aparır, keçmiş məhkum olan Lino isə vicdanlı həyat uğrunda mübarizə aparır. Bir gün Lino və onun keçmiş sevgilisi Lola kərpic imarətlərə nəzarət edən dəstə başçısı Tremaine Aleksandrı öz məkanında ələ keçirirlər və onu silah gücü ilə polisə təhvil verirlər. Bununla belə, korrupsioner polislər Tremeyn həbs etmək əvəzinə Linonu həbs edirlər və Tremeynə Lolanı özü ilə aparmağa icazə verirlər.
Bir gün Tremeyn 24 saat ərzində partlayacaq bir bomba əldə edir. Damien Collierə öz rəisləri tərəfindən bombanı tapmaq və məhv etmək tapşırılır. Çünki Demiyana görə atasının qatili Tremeyndir və o, atasının ölümünün qisasını almaq üçün bu missiyanı qəbul etməlidir. Amma Demiyanın bombanın yerini müəyyənləşdirməsi üçün ərazini yaxşı tanıyan bir adama ehtiyac vardır. Bunun üçün o, Linonu həbsdən çıxarmalıdır. Bunu etmək üçün Demiyan məhbus kimi geyinir və polis maşınında başqa bir həbsxanaya köçürülən Linonu xilas edir. İndi artıq həbsxanadan qaçdığına görə, Linonun məqsədi Lolanı Tremeynin əlindən xilas etmək, Demiyanın məqsədi isə bombanı tapıb zərərsizləşdirmək və atasının qisasını Tremeyndən almaqdır.
Çəkilişlər 30 aprel 2013-cü ildə başlamış[14] və film EuropaCorp tərəfindən[15][17] 2014-cü ildə bazara buraxılmışdır[18].
Filmin ilk rəsmi treyleri 13 fevral 2014-cü ildə yayımlanmışdır. Treylerin soundtracki DJ Snake və Lil Jon tərəfindən oxunan “Turn Down for What” mahnısıdır.[19] İkinci treyler isə 20 mart 2014-cü ildə yayımlanmışdır.[20]