16 noyabr hadisələri

16 noyabr hadisələri — 2021-ci 16 noyabr saat 11.00–18.00-a qədər LaçınKəlbəcər rayonu təmas xəttində baş vermiş AzərbaycanErmənistan arasında anti-terror əməliyyatı. Əks-həmlə əməliyyatı nəticəsində Ermənistan Respublikasının 2 postu Azərbaycan Respublikasının nəzarəti altında keçmişdir.

16 noyabr hadisələri
Dağlıq Qarabağ münaqişəsi
Hücum yeri Kəlbəcər rayonu, Laçın rayonu, Azərbaycan
Vaxt 16 noyabr 2021
11.00–18.00
Həlak olanlar Azərbaycan:7
Ermənistan:20
Yaralılar Azərbaycan:10
Ermənistan:40+

Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 7 hərbi qulluqçusu şəhid, 10 hərbi qulluqçusu isə yaralanmışdır.

Rusiyanın təşəbbüsü ilə AzərbaycanErmənistan arasında 16 noyabr saat 18.00-dan etibarən atəşkəs elan edilib.

Ermənistanın demarkasiya və delimitasiya prosesinə başlamağa hazır olduğunu bildirdi.

Ermənistanda etirazlar başladı. Əhali Nikol Paşinyanı istefaya çağırır.

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizinin açılması barədə sənədi imzalayıb.

Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi arasında telefon danışığı olub. Onlar Azərbaycan–Ermənistan təmas xəttində baş verən gərginlikdən danışıblar.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sərhəddə baş verənlərə münasibət bildirib.

Türkiyə müdafiə naziri Hulusi Akar Türkiyənin Azərbaycanın yanında olduğunu bildirdi.

ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan sərhədindəki gərginliklə bağlı tərəflərə çağırış edib.