17-ci yeger alayı – Rusiya İmperator Ordusunun ən köhnə alaylarından biri. Alay 19-cu piyada diviziyasının tərkibinə daxil idi və İranla 1804–1813 və 1826–1828-ci illərdəki, Türkiyə ilə 1806–1812 və 1828–1829-cu illərdəki müharibələrdə, həmçinin, Qafqazda bir çox hərbi əməliyyatlarda iştirak etmişdir. Sonradan 17-ci yeger və 7-ci tüfəncçi adlandırılan alay fərqlənmə nişanı qəbul etməyib.
17-ci yeger alayı | |
---|---|
17-й егерский полк | |
Növü | piyada |
Yaranma tarixi | 5 avqust 1642-ci il - 1918-ci il. |
Ölkə | Rusiya |
Daxildir | 19-cu piyada diviziyası (Əlahiddə Qafqaz korpusu) |
Müharibələr | Rusiya-İran müharibəsi (1804-1813), Rusiya-Osmanlı müharibəsi (1806-1812), Rusiya-İran müharibəsi (1826-1828), Rusiya-Osmanlı müharibəsi (1828-1829), Qafqaz müharibəsi |
5 avqust 1642-ci il tarixində Moskva Butır alayının seçilmiş atıcı əsgərlərindən təşkil olunmuşdur. Butır alayı Selenqinsk alayının 3-cü və 4-cü batalyonları ilə birləşdirilərək Kuban eger korpusunun tərkibinə daxil edilmiş və bu korpus 10 dekabr 1796-cı il tarixdə 18-ci yeger batalyonu olaraq yenidən təşkil edilmiş, 28 may 1797-ci il tarixdə isə "17-ci yeger alayı" adlandırılmışdır. 1798-ci ildə 1801-ci ilə qədər alay şefinin adını daşımış, 10 aprel 1801-ci ildə "17-ci yeger" adlanmışdır. 24 fevral 1816-cı il tarixdə alayın adı "7-ci tüfəngçi (karabinernıy)", 8 mart 1827-ci il tarixdə "Erivan tüfəngçi" olaraq dəyişdirilmişdir. 3 mart 1855-ci il tarixdə isə alay Qrenader (qumbaraçı) korpusu hesab edilmiş və "Erivan 13-cü leyb-qrenader" alayı adlandırılmışdır.