Pyotr Kotlyarevski

Pyotor Stepanoviç Kotlyarevski (12 (23) iyun 1782, Olxovatka[d], Voronej canişinliyi[d]21 oktyabr (2 noyabr) 1851, Feodosiya, Tavriya quberniyası[d]) — İnfanteriya generalı.

Pyotr Kotlyarevski
Şəxsi məlumatlar
Doğum tarixi 12 (23) iyun 1782
Doğum yeri
Vəfat tarixi 21 oktyabr (2 noyabr) 1851 (69 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rusiya imperiyası
Qoşun növü piyada
Rütbəsi infanteriya generalı[d]
Komandanlıq edib
Döyüşlər
Təltifləri II dərəcəli Müqəddəs Georgi ordeni III dərəcəli Müqəddəs Georgi ordeni 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni 1-ci dərəcəli "Müqəddəs Anna" ordeni 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni "İgidliyə görə" qızıl qılıncı Order of Saint John of Jerusalem

Pyotr Stepaneviç 1782-ci ildə Xarkov quberniyasının Olxovatki kəndində anadan olmuşdu. Atasının yolu ilə getmək istəyirdi. Ona görə də ruhani məktəbə daxil olmuşdu. Bir hadisə onun həyatını dəyişdirdi. Kəndlərinindən keçən polkovnik İ. Lazarev onu özü ilə Mozdoka apardı. P. Kotlyarevski hərbi yolu belə başlandı.

Maraqlıdır ki, xalqımızın başına min cür münasibətlər açan, minlərlə insanı qanına qəltan edən bu qəddar generalın adını küçə və məktəblərimizə də qoymuşuq, necə deyərlər, müvəqqəti də olsa bir növ əbədiləşdirmişik.

P. Kotlyarevski zabit kimi ilk dərsini erməniləpərəst general V. Zubovdan almış, onun başçılıq etdiyi hissədə xidmət etmişdi. Dərbəndin, Gəncənin işğalında fəallığı ilə seçilən zabit V. Zubovun təqdimatı ilə mayor rütbəsi almış, 3-cü dərəcəli Anna Ordeni ilə təltif olunmuşdur. Gəncənin işğalı zamanı o yaralanmışdı. O bu yara ilə fəxr edirdi, onu "çara xidmət" kimi qiymətləndirirdi.

Mayor P. S. Kotlyarevski Azərbaycanda qalmağı çox arzulayırdı. Burada xidmət etmək istəyən P. Kotlyarevski fikrini V. Zubova belə bildirmişdi: "Arzum burada (Azərbaycanda) qalmaq, çara olan böyük sədaqətimi nümayiş etdirməkdir, xahiş edirəm nəzərə alasanız".

Baş komandan V. Zubov mayor Kotlyarevskinin arzusuna biganə qalmadı, Qraf Valerian Zubov mayor P. Kotlyarevskini Qarabağdakı hərbi hissələrin birinə başçı təyin etdi. O, Şuşaya gəlib, orada məskən saldı.

Beləliklə, Qafqazda çirkin niyyətləri üçün imkan tapan P. Kotlyarevski 1805-ci ilin iyun ayının 25-də polkovnik Pavel Karyaginin Şahbulaq və Mehrabda apardığı vuruşmada iştirak etdi və elə ilk döyüşdə yaralandı.

P. S. Kotlyarevski də öz sələflərini kimi soyğunçuluq planlarını həyata keçirmək üçün ermənilərdən məsləhətçilər seçirdi. Bu iş artıq işğalçı generallar üçün vərdiş halına keçmişdi. Məsləhətçilər rus generalları ilə yaxın olduqlarına görə Azərbaycanda istədikləri cinayətləri həyata keçirə bilirdilər.

Hətta iş o yerə çatmışdı ki, P. Kotlyarevski Şahbulaq və Mehrabdakı qələbədən sonra, polkovnik Karyaginə məsləhət verir ki, Azərbaycanda hökmran olmaq üçün ermənilərdən istifadə etmək lazımdır. Polkovnik Karyagin bu təklifi bəyənir, işğal etdiyi yerə Stefanı naib təyin edir.

Mayor P. S. Kotlyarevski qarətçilikdə ad çıxarmışdı. O, çar I Aleksandrın şəxsi imzası ilə təltif olunmuşdu, 1807-ci ildə podpolkovnik, bir il sonra isə polkovnik rütbəsi almışdı.

Tezliklə P. Kotlyarevski Azərbaycanın işğalında xüsusi rolu olan 17-ci Yeger polkuna komandir təyin olundu. O çox vaxt idarə etdiyi ərazilərdən kənarda yerləşən torpaqlara da basqınlar edir, əhalini talayırdı. Belə soyğunçuluq yerli əhalini çətin vəziyyətə salırdı. Bu işğalçılar qarət edilmiş sərvətlərin bir qismini Peterburqa göndərməyi də yaddan çıxarmışdılar.

Pyotr Stepanoviç 1810-cu ilin iyul ayında 450 nəfərlik piyada dəstə ilə Mehriyə hücum etdi. Burada olan qüvvələr nə qədər müqavimət göstərsələr də, ruslar onlara qalib gəldi. Mehri və qala təslim oldu. Qalanın alınmasında insan qanı sel kimi axıdılırdı. Bununla kifayətlənməyən P. S. Kotlyarevski Ahalqanı işğal etdi. Mehri və Ahılqalanın alınmasına görə çar onun fəaliyyətini yüksək qiymətləndirdi və ona general-mayor rütbəsi verdi.

General-mayor P. S. Kotlyarevski Qarabağda, onun tacı olan Şuşada da bir çox cinayətlər törətmişdir. Onun bu özbaşınalığına dözməyən Qarabağ xanı İbrahim xanın nəvəsi Cəfərqulu ağa məcburiyyət qarşısında qalıb İrana qaçmışdı. Amma xanın ailəsi girov tutulub saxlanmışdı. Bu barədə P. Stepanoviç, Qafqaz qoşunları ali baş komandanı N. Ptişşevə 1812-ci il may ayının 26-da məlumat vermişdir.

Bu məlumatda Cəfərqulu xan Nəvanın anası Xeyrənisə bəyim barədə də söhbət gedir. Məlim olur ki, bu qeyrətsiz quldur qadın zinətinə də göz dikmiş və Xeyrənnisə bəyimdən ev əmlakının çox hissəsini, o cümlədən iki yeşikdən ibarət zinət şeylərini alıb Tiflisə göndərmişdir. Bundan başqa Xeyrənisə bəyimdən 20 min manat gümüş pul da almışdır.

1811-ci ilin dekabrında general Qafqaz qoşunları ali baş komandanı N. Ptişşevdən yeni sərəncam aldı. Sərəncamda Qarabağda çarizmin nüfuzunu artırmaq və burada baş verəcək hər hansı təhlükəni aradan qaldırmaq barədə konkret göstərişlər verilirdi. Sərəncamda belə bir məsələyə diqqət yönəldilirdi ki, İrandan təhlükə gözlənilir, sayıq olmaq lazımdır. Həqiqətən bu vaxt İran ordusunun baş komandanı Abbas Mirzə hazırlıq işi gördü. O, Qarabağa, xüsusən Aslandüzə tərəf irəliləyirdi. Abbas Mirzə buraya qarabağlıların arzusu ilə gəlirdi.

1812-ci il oktyabrın 10-da Aslandüz döyüşü oldu. Rus generalı qoşuna döyüşqabağı müraciət etdi. "İlanı başından əzmək Süvorovun məsləhətidir. Başdan endirilən zərbələrdən düşmən dərhal məhv olur. Bilin, irəliyə hücumda güllə ürəyə də alına da dəyər. Geri qaldıqda isə onlarla güllə kürəyə dəyir".

General rus əsgərlərindən qətiyyətlə döyüşdə qələbə çalmağı tələb edirdi. İran əsgərlərinin cəsarətlə vuruşmasına baxmayaraq Abbas Mirzə Aslandüzdə məğlub olur… Beləliklə də rus qoşunları Arazın o tayına keçib, orada da rus komandanlığı yaratdı.

Peterburq Aslandüz döyüşündə rus qoşunlarının qələbəsinə dərhal öz münasibətini bildirdi. P. S. Kotlyarevskinin rütbəsi artırıldı. Ən çətin istiqamətlərə hücum etmək səlahiyyəti ona tapşırıldı.

Ali baş komandan Azərbaycanın Talış xanlığından çox narahat idi. Burada da çarın mənafeyinə zidd qüvvələr baş qaldırmışdı. Talış hakimi həmişə olduğu kimi yenə də ikitərəfli siyasət yeridir, bir çox məsələlərin həllində tərəddüdlə iştirak edirdi.

Mir Mustafa xan Lənkəranı tərk etmişdi. O, nicat yolunu yalnız Rusiyada görürdü. Qafqaz ali baş komandanı general-leytenant P. S. Kotlyarevskiyə həmin istiqamətinə hərəkət etdi. Lakin o, Arazı keçəndən sonra Muğanda şahsevənlərin müqavimətinə rast gəldi, bu müqaviməti aradan qaldırıb Talış xanlığının ərazisinə daxil oldu.

Rus qoşunları 1812-ci il dekabrın 25-də Qamışavana (Lənkəranın girəcəyi) daxil olub, Sarı adasında yerləşən digər rus hərbi qüvvəsi ilə birləşdi. Bu dəstəyə 1-ci dərəcəli kapitan Veselaqo başçılıq edirdi. Beləliklə, rus qoşunları iki istiqamətdə hərəkət etməyə imkan tapdı. Həm quru yolla, həm də dənizdən Lənkərana zərbə endirmək olardı. Kapitan Veselaqo generalın gəlişinə qədər işğal planını hazırlamışdı. O, 1812-ci il noyabrın 11-də kapitan Yakovlevdən rota, Tronskiy piyada polkunda 2 pulemyot almış, Qamışavanda istehkam qurmuşdu. Bu barədı o, general P. Kotlyarevskiyə məlumat da göndərmişdi.

Bu vaxt Lənkəran qalasında İran qoşunu istehkam qururdu. Həmin qoşuna Sadıq xan başçılıq edirdi. Sadıq xan da həddən artıq inadkar şəxs idi. Rus generalı ona dəfələrlə danışıqsız təslim olmaq barədə məktub göndərsə də Sadıq xan bu tələblərə əhəmiyyət vermir, rus generalını "Şimal tülküsü" adlandırırdı.

Sadıq xan Qacar generala göndərdiyi cavab məktubunda yazırdı: "Şimal tülküsü, heç vaxt qürrələnmə. Qələbənin cahillikdir. Qələbəyə inam Allah işidir. Döyüşmək istəyirsən irəli gəl, halına bax!" Belə sərt cavab Kotlyarevskini hövsələdən çıxarmaya bilməzdi.

İşğalçı general Mir Mustafa xana Lənkəran qalasına daxil olmaq üçün təcili olaraq nərdivanlar hazırlmağı tağşırdı. Mir Mustafa xan rus generslına demişdi: "Allah qoysa qala düşmən qüvvələrindən təmizlənəcəkdir".

General ona bildirmişdi: "Allah qoysa da alacağam, qoymasa da".

1812-ci il dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Lənkəran qalasında qanlı döyüşlər başladı. Bu ağır vuruşmada təxminən 6.000 döyüşcü həlak oldu. Sadıq xan da öldürüldü.

Bu döyüşlə bağlı sənədlərdə bildirilir ki, "Lənkəran qalasında qan su yerinə axırdı".

Lənkəran vuruşunda general-leytenant P. Kotlyarevski üç yerdən yaralandı. Yarasının ağır olmasına baxmayaraq o, qalada qələbə qazanmasına, minlərlə insan qanı axıtmağına sevinirdi. Bu işğalçı Lənkəran qalasında qazandığı qələbəyə görə 2-ci dərəcəli müqəddəs Georgi Ordeni ilə təltif olundu.

Abbas Mirzənin yanında xidmət edən fransız zabiti Q. Druvil bu haqda belə yazıb: "Xüsusən Aslandüz və Lənkəranın alınması onların (İranın) bütün hərbi vəsaitinin sarsıtmışdı. Demək olar ki, onların ingilis zabitinin komandası altında olan bütün topları ilə bərabər hərbi sursat və şahzadənin düşərgəsi rusların əlinə keçdi".

P. Kotlyarevski Lənkəranda çox qalmadı. Orada kapitan Veselaqonu saxladı, özü isə 1813-cü ilin mart ayında Qarabağa gəldi. O burada da çox qalmadı. Aldığı yaralar hələ sağalmamışdı, onu işləməyə qoymurdu. Tezliklə general istefaya çıxdı. Rusiyanın Baxmut qəzasının Aleksandrovka kəndində yaşadı və elə orada da vəfat etdi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]