1747–1805-ci illərdə Qarabağ xanlığının siyasi vəziyyətinə dair — şuşalı tarixçi Əhməd bəy Cavanşir tərəfindən yazılmış və Qarabağ bölgəsinin tarixindən bəhs edən əsər nəzərdə tutulur.
1747-1805-ci illərdə Qarabağ xanlığının siyasi vəziyyətinə dair | |
---|---|
Müəllif | Əhməd bəy Cavanşir |
Əhməd bəy Cavanşir "1747–1805-ci illərdə Qarabağ xanlığının siyasi vəziyyətinə dair" əsərini yazıb bitirdikdən sonra onun əlyazmasını qızı Həmidə xanım Cavanşir Tiflisə aparmış və orada Qeyrət nəşriyyatında çap edilməsini təmin etmişdir.[1]
Əsər 1747-ci ildən 1805-ci ilə qədərki dövrdən bəhs edir. Bu dövr ərzində Qarabağ xanlığında baş vermiş sosial-siyasi dəyişikliklərdən, Ağa Məhəmməd xan Qacarın Şuşaya yürüşlərindən, Qarabağ xanlığının digər xanlıqlarla əlaqələrindən əsərdə bəhs edilmişdir. Əsər rusca yayımlanmasından keçən 50 ildən sonra AMEA Tarix İnistitutu tərəfindən 1961-ci ildə azərbaycanca yayımlanmışdır.[2]
İlk iki nəşr rusca olmuş, 1961-ci ildəki yayım isə azərbaycanca olmuşdur. Sonuncu yayımı və tərcüməni AMEA Tarix İnstitutu həyata keçirmişdir.