Tarix-e Qarabağ — Mirzə Camal Cavanşir tərəfindn Qarabağ bölgəsinin tarixi haqqında yazılmış kitab.[1] Kitabın 1847-ci ildən sonra yazıldığı güman edilir. O zaman Qafqazdakı bütün müsəlmanların yazı dili olan fars dilində yazılmış əsər 1844-cu ildən 1854-cü ilə qədər Qafqazın canişini olmuş Mixail Smeyonoviç Vorontsovun əmri ilə tərtib edilmişdir.[1] Kitab ərəblər tərəfindən Qafqaz bölgəsinin ələ keçirildiyi dövrdən, yəni VII əsrdən başlayaraq bölgənin tarixini əhatə edir. Kitabın əhatə etdiyi xronoloji hadisələrin son hissəsi Qafqazda hakim olmaq üçün ruslarla Qacar imperiyası arasında gedən ilk müharibədən (1804-1813) bəhs edir.[1][2]
Kitabın əsas hissəsi Nadir şahın (1736-1747) hakimiyyəti dövründən etibarən 1806-cı ildə Qarabağ xanı İbrahimxəlil xanın ölümünə qədərki Qarabağ xanlığının tarixinin əks etdirilməsindən ibarətdir.[1] Əsərdə xanlıq daxili məsələlərdən də geniş şəkildə bəhs edilmişdir.[1]
Fars dilində yazılmasına baxmayaraq, Mirzə Camal Cavanşirin bu əsəri Azərbaycan tarixşünaslığının nümunəsi hesab edilir.[3] "Although written in Persian, the work of Mirza Jamal Javanshir (1773/4-1853) is actually a product of Azeri historiography: its author being an Azeri noble of the Javanshir tribe, who began his lengthy career as a scribe in the service of Ebrahim, the Azeri khan of Karabakh."}} Əsərin orijinal əlyazması Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnistitutunda saxlanılmaqdadır.[4]
Əsərin sadələşdirilmiş formada rus dilinə tərcümə edilmiş versiyası Adolf Berje tərəfindən 1855-ci ildə Kafkaz qəzetində dərc edilmişdir.[5] Əsərin rusca və azərbaycanca mükəmməl tərcümə edilmiş versiyaları AMEA tərəfindən 1959-cu ildə nəşr edilmişdir.[6] Əsər 1989-cu ildə Nazim Axundovun rəhbərliyi altında yenidən nəşr edilmişdir.[7] Erməni əsilli tarixçi Corc Burnutyan əsərin ingilis dilinə tərcümə edilmiş versiyasını ilk dəfə 1994-cü ildə, ikinci dəfə isə 2004-cü ildə yayımlamışdır.[8]