1905 Rusiya inqilabı

Rusiyada 1905-1907-ci illər inqilabı[1] və ya Birinci rus inqilabı - XX əsrdə, eyni zamanda Rusiyada ilk inqilab. Bu inqilabın qarşısında mütləqiyyətin devrilməsi, təhkimçiliyin qalıqlarının ləğv edilməsi dururdu.

Rusiyada 1905-1907-ci illər inqilabı
Tarix 22 yanvar 1905 – 16 iyun 1907
Yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İnqilabın ilkin şərtləri

[redaktə | mənbəni redaktə et]

Mülkədar torpaq sahibkarlığı təhkimçiliyin qalıqlarının əsası idi. Buna görə aqrar məsələ rus burjua-demokratik inqilabının mərkəzi məsələsi idi və onun milli xüsusiyətini müəyyən edirdi. Öz obyektiv mahiyətinə görə bu inqilab burjua inqilabı idi. Ancaq hərəkətverici qüvvələri baxımından o əvvəlki burjua inqilablarından fərqlənirdi. Bu inqilabın xüsusiyəti daxilində iki sosial ziddiyətin çulğaşmasında idi:

  • 1) Ümumdemokratik hərəkat, çar mütləqiyyətinə qarşı, demokratik təsisatlar, təmsilçilik və başqa siyasi hüquqlar uğrunda mübarizə.
  • 2) Proletariatla burjuaziya arasında yaranmaqda olan kəskin ziddiyətlər.

Rusiyanın əhalisinin əksəriyyəti, təhkimçilik qalıqlarından əziyyət çəkən kəndlilər idi. Yaranmaqda olan kənd burjuaziyası, tamamilə mülkədarların əlində olan hakimiyətdə təmsil olunmurdular. Siyasi hakimiyətlərindən istifadə edən mülkədarlar kənddə burjua münasibətlərin yaranmasına ciddi əngəllər törədirdilər. Rus inqilabının xüsusiyəti həm də ondan ibarət idi ki, onun əsas, aparıcı və istiqamətverici qüvvəsi sənaye proletariatı idi. Rus fəhləsinin aparıcılığı ilk növbədə hakimiyətə təzyiq vasitəsi kimi kütləvi tətillərin keçirilməsində idi.

İnqilabın başlaması. Qanlı bazar

[redaktə | mənbəni redaktə et]

Rus-Yapon müharibəsi ilə əlaqədar, fəhlələrin vəziyyəti olduqca ağırlaşmışdı. 3 yanvar 1905-ci ildə Sankt-Peterburqun Putilov zavodunun fəhlələri tətil keçirdilər. Fəhlələr 8- saatlıq iş vaxtı, minimum əməkhaqqı və əlavə iş saatlarının ləğv edilməsini tələb edirdilər. Putilov zavodunun tətilini başqa zavod və fabriklar da dəstəklədi. Yanvarın 8-də Peterburqda artıq 150 min fəhlə tətil edirdi. "Sankt-Peterburqun fabrik-zavod fəhlələrinin yığıncağı" təşkilatının başçısı, gizli polisinin casusu Qapon, fəhlələrin çara müsbət münasibətindən istifadə edərək, Qış sarayına doğru dinc yürüş planını ortaya atdı. Qapon deyirdi ki, fəhlələrin tələbləri qanunidir və çar onları məmnuniyətlə dinləyəcək. Hakimiyətin əsl niyyətini anlayan Qorki və ədəbiyyatçıların nümayəndələri daxili işlər nazirinin qəbulunda getdilər, lakin nazir onları dinləməkdən imtina etdi. Peterburq 8 döyüş sahəsinə bölünmüşdü. Paytaxt qarnizonu PskovReveldən çağırılan qoşunlarla gücləndirilmişdi. Yanvarın 9-da fəhlələr öz ailələri ilə birlikdə, əllərində İsa Məsihin sürətləri və çarın portretləri ilə, Peterburqun kənarlarından Qış sarayına doğru yürüşə başladılar. Lakin Qış sarayının ətrafında polisin və qoşunların sıx səfləri ilə qarşılaşdılar. Peterburqski tərəfdə, Narva darvazaları qarşısında və Qış sarayı meydanında qoşunlar fəhlə kütlələrinə tüfənglərdə yaylım atəşi açdılar. Bundan sonra fəhlələrə süvarilər hucum etdi, və onları tapdalamağa və doğramağa başladı. Müxtəlif mənbələrə görə 200 nəfərdən - 1200 nəfər qədər(rəsmi 88 nəfər) adam öldürüldü, 800-5000 nəfər yaralandı. II Nikolay yanvarın 19-da fəhlə nümayəndələrini qəbul etməyə razı oldu. Lakin artıq ölkəni tətil dalğası bürümüşdü. Ancaq yanvarda fabrika inspeksiyasının məruzəsinə əsasən 440 min fəhlə tətil edirdi. Tətildə ən fəal metallurqlar iştirak edirdi.

Potyomkin zirehli gəmisində üsyan

[redaktə | mənbəni redaktə et]

Mayın 1-də İvanovo-Voznesenskdə, 12-də İvanovo-Frankovskda tətilllər başladı. Həmin vaxt Baltikyanını, Belarusu, Ukraynanı, Volqaboyunu, Mərkəzi bürüyən, kənd üsyanları başladı. 1905-ci il yayda Ümumrusiya kəndli ittifaqı yaranır. İttifaqın qurultayında torpağın xalqın istifadəsinə verilməsi tələbi irəli sürüldü. Orduda və donanmada üsyan halları çoxaldı. "Knyaz Potömkin Tavriçeski" zirehdaşıyan gəmisində üsyan baş verdi. 14 iyun 1905-ci ildə, zirehdaşıyan gəmini ələ keçirən matroslar, onu həmin vaxt üsyan baş verən Odessaya gətirdilər. Lakin matroslar yerə enib fəhlələrə dəstək olmaqdan çəkindilər. Gəmi Rumıniyaya yollandı və orada hökumətə təslim oldu.

17 oktyabr Manifesti

[redaktə | mənbəni redaktə et]

İnqilabın genişlənməsi, və müxalifətin fəallaşması çar hökumətini bəzi güzəştlərə getməyə məcbur etdi. Nikolayın sərəncamı ilə daxili işlər naziri Bulıqina Dövlət dumasının çağırılması layihəsini hazırlamaq tapşırıldı. 6 avqust 1905-ci ildə Dumanın çağırılması barədə fərman imzalandı. Lakin bu Dumanın səlahiyətlərinin məhdudluğu, nə onun seçki qaydası inqilabi qüvvələri razı salmadı. Seçkilər üç kuriyaya(mülkədarlar, şəhərlilər, kəndlilər) görə keçirilməli idi, fəhlələr, ziyalılar və xırda burjuaziya seçki hüququ almadı. "Bulıqin dumasına", boykot olunması səbəbi ilə, seçkilər baş tutmadı. 1905-ci ilin oktyabr-noyabr aylarında, Xarkov, Kiyev, Varşava, Kronştad və bəzi başqa yerlərdə əskərlərin çıxışları baş verdi. 11 noyabr 1905-ci ildə Sevastopolda leytenant P. Şmitin başçılığı ilə qiyam baş verdi. Matroslar zabitləri tərksilah etdilər. Qiyamın əsas bazası "Oçakov" kreyseri oldu. Noyabrın 16-da qiyam yatırıldı, iştirakçıları isə güllələndi. Oktyabrın ortalarında hökumət vəziyətə nəzarəti itirməyə başladı. Hər yerdə məşrutə tələbi ilə nümayiş və yürüşlər baş verirdi. Böhranı dəf etmək üçün çar hökuməti müəyyən güzəştlərə getməyə başladı. 17 oktyabr 1905-ci ildə çar, Rusiya vətəndaşlarına siyasi hüquqlar: şəxsiyətin toxunulmazlığı, vicdan, söz, mətbuat, yığıncaq və ittifaq azadlıqları verən Manifest imzaladı. Dövlət dumasına qanunverici səlahiyətlər verildi. Birləşmiş hökumətin - Nazirlər şurasının - yaradılması bəyan edildi. Manifest hadisələrin sonrakı gedişinə müəyyən təsir etdi, liberalların inqilabi coşqunluğunu səngitdi və sağçı leqal partiyaların(kadetləroktyabristlər) yaranmasına təkan verdi.

Moskva üsyanı

[redaktə | mənbəni redaktə et]
  • Е.Д. Черменский. История СССР Период Империализма. Москва "Просвещение" 1974 səh. 111-150
  1. ASE, VIII cild, səh. 226