1944-cü ilin deportasiya qurbanları memorialı (çeç. 1944 шарахь дIабохийначеран хIоллам; rus. Мемориал жертвам депортации 1944 года) — 1992-ci[1] ilin yayında Çeçenistanın paytaxtı Qroznı şəhərinin mərkəzində soyqırımı qurbanlarının xatirəsinə inşa olunmuş memorial abidə kompleksi idi, 1944-cü ilin fevralında çeçen xalqına qarşı Stalin rejiminin törətdiyi zorla Mərkəzi Asiyaya deportasiya edilməsi zamanı onların soyqırımı qurbanlarının xatirəsinə.
1994-1996-ci ildə olan Rusiya-Çeçenistan müharibənin təsiri altında dağıntılar alınmış və müharibədən sonra bərpa olunmuşdu, həmçinin 1999-2000-ci illərdə, Çeçenistana qarşı Rusiyanın hərbi kampaniya zamanı qismən ziyan dəymişdi, və 2008-ci ildə hakimiyyət tərəfindən onun sökülməsinə cəhd göstərərək eybəcərləşmişdi. O zaman hüquq müdafiəçilərinin, hiddət qarşısında belə "barbarlıq"[2] və "vəhşiliklə"[3] üz-üzə olaraq "şəhərin yeganə əsl çeçen abidəsini"[4] sökülməsindən xilas etdilər, heç olmasa memorial, müstəqilliyin qaçılmaz simvolu kimi dərk edilən, və ətrafına başdan-başa hasar çəkilmişdi, tamamilə onu gözlərdən gizlədərək.
Buna baxmayaraq, çeçen xalqının deportasiyasının 70-ci ildönümü ərəfəsində, 2014-cü ilin fevralında abidə kompleksi, "yuxarıdan əmri ilə"[5][6] gizli və bu dəfə, tamamilə söküldü. Onun üzərində olan, kompozisiyaya daxil olmuş qəbir daşları, Əhməd Kadırovun meydanına köçürülmüşdü və rusiya hakimiyyəti yerli əməkdaşlarının həlak olanların şərəfinə ucaldılmış abidəsinin yanında quraşdırılmışdı[7].