1957 UEFA Çempionlar Kuboku finalı

1957 UEFA Çempionlar Kuboku finalı ― 30 may 1957-ci ildə Çempionlar Kuboku 1956/1957 mövsümünün qalibini müəyyən etmək üçün İspaniyanın paytaxtı Madrid şəhərinin Santyaqo Bernabeu stadionunda keçirilən futbol oyunu. Matçda İspaniyanın "Real Madrid" və İtaliyanın "Fiorentina" klubları qarşılaşmışdılar. "Real Madrid" 2-ci hissədə Alfredo Di StefanoFransisko Xentonun vurduğu qolları sayəsində oyunda 2–0 hesabı ilə qalib gəldi.[1] Komandalardan birinin ev stadionunda oynadığı dörd finaldan (Çempionlar Liqası dövrünü nəzərə almaqla, 1965, 1984 və 2012 finalları) birincisi idi və həmçinin qalib gələn komandanın ev stadionunda oynadığı ilk final idi.

1957 UEFA Çempionlar Kuboku finalı
Turnir Çempionlar Kuboku 1956/1957
Tarix 30 may 1957
Yer Santyaqo Bernabeu, Madrid
Hakim Leo Horn (Niderland)
Tamaşaçı 124,000
1956
1958

"Real Madrid"in ilk qolu mübahisələrə səbəb oldu ki, Niderlandlı hakim Leo Horn yan xətt hakimin penalti təyin olunmazdan öncə işarə etdiyi ofsayd siqnalına əhəmiyyət vermədi və bundan başqa Mateosa qarşı edilən qayda pozuntusu cərimə meydançasından kənarda edilmişdir.[2]

Finala gedən yol

[redaktə | mənbəni redaktə et]
İspaniya Real Madrid Mərhələ İtaliya Fiorentina
Rəqib Ümumi hesab 1-ci oyun 2-ci oyun Rəqib Ümumi hesab 1-ci oyun 2-ci oyun
Avstriya Rapid Vyana 5–5

(Təkrar: 2–0)

4–2 (Ev) 1–3 (Səfər) Birinci raynd İsveç Norrçöpinq 2–1 1–1 (Ev) 1–0 (Səfər)
Fransa Nitsa 6–2 3–0 (Ev) 3–2 (Səfər) 1/4 final İsveçrə Qrasshopper 5–3 3–1 (Ev) 2–2 (Səfər)
İngiltərə Mançester Yunayted 5–3 3–1 (Ev) 2–2 (Səfər) Yarımfinal Yuqoslaviya Srvena Zvezda 1–0 1–0 (Səfər) 0–0 (Ev)

"Real Madrid" turnirə son qalib kimi qatıldı, klub son mövsümün final oyununda Paris şəhərinin Park de Prens stadionunda 4–3 heabı ilə "Reyms" klubuna qalib gəldi.[3] O, son çempion olduğu üçün onlar birbaşa birinci raunda keçdilər ki, bu mərhələdə Avstriya çempionu "Rapid Vyana" ilə heç-heçə etdilər. Santyaqo Bernabeu stadionunda keçirilən ilk oyunda Alfredo Di StefanoRamon Marsal iki qol vuraraq, klublarına 4–2 hesablı qalibiyyət gətirdilər.[4] İkinci oyunda Ernst Happel het-trik edərək "Rapid"i 3 qol qabağa saldı, lakin Di Stefanonun qolu hesabı 3–1 etdi.[5] Oyunun ümumi hesabı 5–5 oldu. Səfərdə vurulan qol qaydası 1965-ci ilə qədər tətbiq olunmadığı üçün Bernabeuda təkrar oyun keçirildi, hansında ki XoseitoRaymon Kopanın qolları sayəsində "Real Madrid" 2–0 hesablı qələbə qazandı.[6]

1/4 finalda madridlilər Fransa çempionu "Nitsa" ilə qarşılaşdılar. Xoseito və Enrike Mateosun iki qolu Madrid klubuna 3–0 hesablı qələbə bəxş etdi. Səfərdə keçirilən oyunda Jak Fua Fransa təmsilçisinə ümid versə də, Xoseitonun daha bir qolu və Di Stefanonun iki qolu cütlüyn taleyini həll etdi; oyunun sonunda "Nitsa" oyunçusu Ferents Koçurun penalti zərbəsindən vurduğu qol yekun 6–2 hesabını təyin etdi.[7]

Yarımfinal mərhələsində "Real Madrid"in növbəti rəqibi "Mançester Yunayted" oldu. Ektor Rial və Di Stefanonun səyləri nəticəsində oyunun başlamasından bir saat sonra hesab artıq 2–0 idi; cavabında Tommi Teylor bir qolun əvəzini çıxsa da, bir dəqiqədən sonra Mateos fərqləndi. Old Traffordun qəbul etdiyi cavab oyunda Kopa və Rial fərqlənərək "Real Madrid"ə finala vəsiqə qazandıracaq önəmli qolların müəllifləri oldular; Teylor və Bobbi Çarltonun qolları yekun 5–3 hesabını təyin etdilər. Bu nəticə "Real Madrid"i ard-arda ikinci Avropa kuboku finalına çıxartdı.[8]

"Fiorentina" turnirə Seria A-nın 1955/1956 mövsümünün son qalib kimi qatıldı. Klub ilkin mərhələ püşkatmasında Cənubi Mərkəzi Avropa qrupuna düşdü, lakin püşkatmadan çıxan ilk dörd komanda sırasına daxil edilmədi və birinci raunda vəsiqə qazandı. Onun rəqibi, birinci raunda avtomatik vəsiqə qazanan digər klub İsveçin "Norrçöpinq" komandası oldu. Artemio Françi stadionunda keçirilən ilk oyunda qonaq komanda Hari Bildin sayəsində hesabı açdı, lakin çox keçməmiş Klaudio Bizzarinin qolu oyunun yekun 1–1 hesabını təyin etdi. İkinci oyunda Cuzepe Vircilinin yeganə qolu ümumi 2–1 hesabı ilə İtaliya təmsilçisini növbətə mərhələyə keçirtdi.[9]

İsveçrənin "Qrasshopper" klubuna qarşı keçirilən yarımfinal oyununda "Fiorentina" Armando SeqatoRomano Takkola (2) səyləri nəticəsində tez bir vaxt ərzində hesabı 3–0 etdi, lakin Rober Ballaman səfərdə oynayan komandanın xeyrinə bir qol vurmağı bacardı. İkinci oyunda Julinyo fərqi bir qədər də artırsa da, Ballaman yenidən İsveçrə klubu üçün fərqi azaltdı; buna baxmayaraq Migel Montuori "Fiorentina"nın ümumlikdə beşinci qolun müəllifi oldu və beləcə hesabı 5–3 edən Branislav Vukosavleviçin qolu daha çox təsəlli rolu aldı.[10]

Fiorentinaın yarımfinalda rəqibi Yuqoslaviyanın "Srvena Zvezda" klubu oldu. Belqradda keçirilən oyunda yeganə qol oyunun başa çatmasına 2 dəqiqə qalmış italiyalıların xeyrinə Maurilio Prini tərəfindən vuruldu.[11] Cavab oyunu qolsuz keçdi və cütlüyün qalibi Fiorentina olaraq Çempionlar Kuboku finalına çıxan ilk İtaliya təmsilçisi oldu.

Final 30 may 1957-ci ildə Santyaqo Bernabeu stadionunda keçirildi. Oyunun baş hakimi Niderlandlı Leo Horn oldu. Di Stefanonun penaltisi və Xentonun bir qolu Madrid klubuna 2-0 hesablı qələbə yaşatdı və çempion titulunu qorudu. Bu klubun Çempionlar Kubokunda ikinci çempionluğu oldu.[12]

 Real Madrid İspaniya2–0 İtaliya Fiorentina
Di Stefano Qol 69' (pen.)
Xento Qol 75'
Hesabat
Real Madrid
Fiorentina
GK 1 İspaniya Xuan Alonso
RB 2 İspaniya Manuel Torres
LB 3 İspaniya Rafael Lesmes
RH 4 İspaniya Migel Munyos (k)
CH 5 İspaniya Markitos
LH 6 İspaniya Xose Mariya Sarraqa
OR 7 Fransa Raymon Kopa
IR 8 İspaniya Enrike Mateos
CF 9 İspaniya[b] Alfredo Di Stefano
IL 10 İspaniya Ektor Rial
OL 11 İspaniya Fransisko Xento
Məşqçi:
İspaniya Xose Vilyalonqa
GK 1 İtaliya Culiano Sarti
RB 2 İtaliya Ardiko Manyini
LB 3 İtaliya Alberto Orzan
RH 4 İtaliya Serco Çervato (k)
CH 5 İtaliya Aldo Skaramuççi
LH 6 İtaliya Armando Seqato
OR 7 Braziliya Julinyo
IR 8 İtaliya Qvido Qratton
CF 9 İtaliya Cuzeppe Virсili
IL 10 İtaliya Migel Montuori
OL 11 İtaliya Klaudio Bitsarri
Məşqçi:
İtaliya Fulvio Bernardini


  1. Oyun əvvəlcə saat 20:00-də planlaşdırılsa da, Fiorentina süni işıqlar altında oynamağa vərdiş etmədikləri üçün başlanğıc saatının irəli çəkilməsini istədi.
  2. Argentina mənşəli Di Stefano milli karyerası ərzində həm Argentinanı, həm də Kolumbiyanı təmsil etmişdir; lakin 1956-cı ildə vətəndaşlıq almış İspaniya vətəndaşı oldu və 1957-ci ildə İspaniya milli komandasında oynamağa başladı..[13][14]
  1. "European Cup 1956/57 from UEFA". 2013-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-31.
  2. Simpson, Paul; Hesse-Lichtenberger, Uli. Sleight, Hugh (redaktor). "50 Things You Never Knew About... The European Cup". FourFourTwo. Teddington: Haymarket Consumer (134). October 2005: 101. ISSN 1355-0276.
  3. "1955/56: Madrid claim first crown". UEFA.com. Union of European Football Associations. 20 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 April 2020.
  4. "1956/57, First round, 1st leg". UEFA.com. Union of European Football Associations. 4 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 April 2020.
  5. "1956/57, First round, 2nd leg". UEFA.com. Union of European Football Associations. 3 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 April 2020.
  6. "1956/57, First round". UEFA.com. Union of European Football Associations. 5 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 April 2020.
  7. "1956/57, Quarter-finals, 2nd leg". UEFA.com. Union of European Football Associations. 10 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 April 2020.
  8. "1956/57, Semi-finals, 2nd leg". UEFA.com. Union of European Football Associations. 25 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 April 2020.
  9. "1956/57, First round, 2nd leg". UEFA.com. Union of European Football Associations. 2 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 April 2020.
  10. "1956/57, Quarter-finals, 2nd leg". UEFA.com. Union of European Football Associations. 10 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 April 2020.
  11. "1956/57, Semi-finals, 1st leg". UEFA.com. Union of European Football Associations. 20 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 April 2020.
  12. "Home comforts bring second title for Madrid". UEFA.com. Union of European Football Associations. 2 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 April 2020.
  13. "Arxivlənmiş surət". 2018-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-31.
  14. "Arxivlənmiş surət". 2022-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-31.