1956 UEFA Çempionlar Kuboku finalı pan-Avropa futbol turniri Çempionlar Kubokunun ilk finalı olmuşdur. 13 iyun 1956-cı ildə Parisdəki Park de Prens stadionunda baş tutan oyunda İspaniyanın Real Madrid və Fransanın Reyms klubları qarşılamışdılar. Oyunu 38.000 nəfər izləmişdir. Real Madrid yarımfinalda İtaliya klubu Milanı ümümlikdə 5–4 hesabı ilə üstələyərək finala yüksəlmişdir, Reyms isə ümümlikdə 3–0 hesabı ilə Şotlandiyanın Hibernian klubunu məğlub etmişdir. Qarşılaşma 4–3 hesabı ilə Real Madridin xeyrinə bitmişdir. Sonradan Real Madrid rekord edərək, ard-arda Çempionlar Kubokunun növbəti beş mövsümünü də qazana bilmişdir. Oyun, 10 dəqiqə ərzində Mişel Leblon və Jan Templin tərəfindən vurulan 2 qol sayəsində Reyms üçün uğurlu başlasa da, birinci hissə bitməmiş Alfredo Di Stefano və Ektor Rialın səyləri ilə Real Madrid hesabı bərabərləşdirdi. Reyms Mişel İdalqonun qolu ilə 62-ci dəqiqədə önə keçsə də, Markitos və Rial müvafiq olaraq 67-ci və 79-cu dəqiqələrdə qol vuraraq Reala qələbə gətizdirdilər.
1956 UEFA Çempionlar Kuboku finalı | |||||||
---|---|---|---|---|---|---|---|
Turnir | UEFA Çempionlar Kuboku 1955/1956 | ||||||
|
|||||||
Tarix | 13 iyun 1956 | ||||||
Yer | Park de Prens, Paris | ||||||
Hakim | Artur Edvard Ellis (İngiltərə) | ||||||
Tamaşaçı | 38,239 | ||||||
1957 → |
Real Madrid | Raund | Reyms | ||||||
---|---|---|---|---|---|---|---|---|
Rəqib | Ümumi | İlk oyun | 2-ci oyun | Rəqib | Ümumi | İlk oyun | 2-ci oyun | |
Servett | 7–0 | 2–0 (Q) | 5–0 (Ev) | Birinci raund | Orxus | 4–2 | 2–0 (Q) | 2–2 (Ev) |
Partizan | 4–3 | 4–0 (Ev) | 0–3 (Q) | 1/4 final | Vörös Lobogó | 8–6 | 4–2 (Ev) | 4–4 (Q) |
Milan | 5–4 | 4–2 (Ev) | 1–2 (Q) | Yarımfinal | Hibernian | 3–0 | 2–0 (Ev) | 1–0 (Q) |
Real Madrid turnirə La Liqanın 1954–55 mövsümünün qalibi kimi qatılmışdır. O, ilk oyunu İsveçrə çempionu Servett ilə keçirdi. 2-0 hesabı ilə bitən səfər oyununun ardından ev stadionu Santyaqo Bernabeuda Alfredo Di Stefanonun dublü ilə 5-0-lıq qalibiyyət gəldi.[1] 1/4 finalda onların rəqibi son Yuqoslaviya çempionatında beşinci yeri tutan Partizan klubu oldu. Evdə keçirilən ilk oyunun taleyini Eliodoro Kastanyo Pedrosanın dublü və Fransisko Xento və Alfredo Di Stefanonun qolları təyin etdilər.[2]
Real Madrid | 4–3 | Reyms |
---|---|---|
Di Stefano 14' Rial 30', 79' Markitos 67' |
Hesabat | Leblon 6' Templin 10' İdalqo 62' |
Real Madrid
|
Reyms
|
|
|
Köməkçi hakimlər:
|