1959 UEFA Çempionlar Kuboku finalı ―3 iyun 1959-cu ildə Çempionlar Kuboku 1958/1959 mövsümünün qalibini müəyyən etmək üçün Almaniyanın Ştutqart şəhərinin Nekkarştadion stadionunda keçirilən futbol oyunu. Matç İspaniyanın "Real Madrid" və Fransanın "Reyms" klubları arasında baş tutmuşdur. Oyun 2–0 "Real Madrid"in xeyrinə başa çatdı və beləliklə ispan təmsilçisi ard-arda dördüncü Çempionlar Kubokunu qazandı və 1956-cı ildən sonra son dörd il ərzində ikinci dəfə finalda "Reyms" klubuna qalib gəldi. "Real Madrid" oyunda dominantlıq edərək, Enrike Mateos və Alfredo Di Stefanonun qolları sayəsində qələbə çaldı.
- ↑ Santamariya 1952-ci ildən 1957-ci ilə qədər doğma Uruqvay millisinin forması ilə 20 oyun keçirmişdir və 1958-ci ildən başlayaraq İspaniya milli komandasını təmsil etməyə başlamışdır.[1]
- ↑ Argentina əsilli Di Stefano milli komanda karyerası boyunca Argentina və Kolumbiya millilərində çıxış etmişdir; bununla belə 1956-cı ildə o, İspaniya vətəndaşlığını aldı və 1957-ci ildə ölkənin milli komandasına qoşuldu.[1][2]