Jüst Fonten

Jüst Fonten (ing. Just Fontaine; 18 avqust 1933[1][2][…], Mərrakeş[d], Mərakeşdəki Fransa protektoratı[d][3]28 fevral 2023[3], Tuluza, Fransa[4][3]) ― hücumçu mövqeyində oynamış Fransa futbolçusu və məşqçisi. Məhsuldarlığı ilə seçilən o, 1958 FİFA Dünya Kubokunda 6 oyuna 13 qol vurdu və bununla da bir Dünya Kuboku turnirində ən çox qol vuran oyunçu kimi tarixə düşdü.[5] 2004-cü ildə Pele, FIFA mükafatlandırma mərasimində onu 125 Ən Böyük Yaşayan Futbolçulardan biri adlandırdı.[6]

Jüst Fonten
fr. Just Fontaine
Fonten 2016-cı ilin aprel ayında
Fonten 2016-cı ilin aprel ayında
Ümumi məlumatlar
Doğum tarixi 18 avqust 1933(1933-08-18)[1][2][…]
Doğum yeri
  • Mərrakeş[d], Mərakeşdəki Fransa protektoratı[d][3]
Vəfat tarixi 28 fevral 2023(2023-02-28)[3] (89 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Boyu 174 sm
Mövqeyi hücumçu
Karyerası
Klub karyerası[* 1]
1950–1953 MİB Kasablanka 48 (62)
1953–1956 Nitsa 69 (43)
1956–1962 Reyms 131 (122)
Milli yığma[* 2]
1953–1960 Fransa 21 (30)
Məşqçisi olduğu klublar
1967 Fransa
1968–1969 Banyer-de-Lüşon
1973–1976 Paris Sen-Jermen
1978–1979 Tuluza
1979–1981 Mərakeş

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Futbolçu karyerası

[redaktə | mənbəni redaktə et]

Atası fransız, anası ispan olan[7] Jüst Fonten Mərakeş şəhərində anadan olmuşdur. Daha sonra o, Kasablankaya köçmüş və orada Lyautey liseyində təhsil almışdır. Fonten həvəskar karyerasına 1950–1953-cü illərdə oynadığı "MİB Kasablanka"da başladı. 1953-cü ildə o, "Nitsa" ilə müqavilə imzaladı və üç mövsümdə klubun heyətində 44 qol vurdu. 1956-cı ildə "Reyms"ə keçidi baş tutdu və 1959–60 mövsümündən Raymon Kopa ilə tandem qurdu. Fonten "Reyms"də keçirdiyi altı mövsüm ərzində 121 qol vurdu. Ümumilikdə, Fonten Liqa 1-də 200 matçda 165 qol vurdu və iki dəfə (1958 və 1960-cı illərdə) çempion oldu. 1958/1959 Çempionlar Kubokunun finalında "Real Madrid"lə qarşılaşan heyətin üzvü olmuşdur və 10 qolla həmin mövsümün bombardiri oldu.

Fransanın mavi formasiyla Fonten daha da görkəmli rekorda atdı. 17 dekabr 1953-cü ildəki debüt oyununda Fonten het trik etdi və Fransa Lüksemburqu 8–0 məğlub etdi. Yeddi il ərzində o, 21 oyuna 30 qol vurdu. Bununla birlikdə, o, ən çox 1958 FIFA Dünya Kubokunda çıxışı ilə yadda qaldı. O, cəmi 6 oyuna 13 qol vurmağı bacardı, onlardan dörd keçmiş çempion Qərbi Almaniyanın qapısına vurulmuşdur. Bu, eyni zamanda bir Dünya Kuboku turnirində bir oyunçunun vurduğu ən yüksək qol sayısı idi, rekord hələ də təkrar olunmayıb.[8] Turnirin sonunda o, "Qızıl Buts"a layiq görüldü.[9] 2018-ci ilə qədər olan məlumata əsasən, o, FIFA Dünya Kuboku tarixinin dördüncü bombaridir (Gerd Müller (14 qol), Ronaldo (15 qol) və Miroslav Kloze (16 qol) ondan öncə gəlirlər).

Fonten son matçını 1962-ci ilin iyul ayında oynadı və təkrarlanan bir zədə üzündən erkən yaşda (28 il və 11 ay) karyerasını bitirmək məcburiyyətində qaldı. 1967-ci ildə qısa müddətlik Fransa millisinin məşqçisi oldu, ancaq məğlubiyyətlə bitən iki yoldaşlıq oyunundan sonra istefaya göndərildi. Mərakeş məşqçisi postunda o, "Atlas Şirləri" ilə 1980 Afrika Millətlər Kubokunun bürünc medalını qazandı və Badu ez-Zəki, Mohammed TimumiƏziz Buderbala kimi oyunçuları kəşf etdi. Mərakeş 1982 Dünya Kuboku seçmə mərhələsinin son mərhələsinə gəldi, ancaq Kameruna uduzdu.

Karyerasını bitirdikdən sonra

[redaktə | mənbəni redaktə et]

Pele tərəfindən 2004-cü ilin mart ayında 125 ən böyük yaşayan futbolçulardan biri olaraq adlandırıldı. 2003-cü ilin noyabrında UEFA Yubiley Mükafatlarında Fransa Futbol Federasiyası tərəfindən son 50 ilin ən yaxşı fransız oyunçu seçildi.[10]

Ejen N`Jo Lea ilə o, 1961-ci ildə Milli Peşəkar Futbolçular Birliyini yaratdı. Fransa komandasının Cənubi Afrikada keçirilən 2010 Dünya Kubokundakı çıxışını, xüsusən hücumçuların sönük oyununu tənqid etmişdir.[11] Fransa Uruqvay ilə heç-heçə edərək və MeksikaCənubi Afrikaya məğlub olaraq, qrup mərhələsində qalmışdır.

Karyera statistikası

[redaktə | mənbəni redaktə et]
Mənbə: "Jüst Fonten – Beynəxalq oyunlarda qolları". Rsssf.com. İstifadə tarixi: 28 April 2011.
Fransa
İl Oyun sayısı Qol sayısı
1953 1 3
1954 - -
1955 - -
1956 1 0
1957 1 0
1958 12 18
1959 4 7
1960 2 2
Cəmi 21 30

Milli komanda qolları

[redaktə | mənbəni redaktə et]
Fransa millisinin vurduğu qol sayısı birinci göstərilib, "hesab" sütunu Fonten hər qol vurduqdan sonraki hesabı göstərir .[12]
International goals by date, venue, cap, opponent, score, result and competition
Nö. Tarix Məkan Oyun sayı Rəqib Hesab Nəticə Yarış
1 27 dekabr 1953 Park de Prens, Paris, Fransa 1  Lüksemburq
4–0
8–0
1954 FİFA Dünya Kuboku seçmə mərhələsi
2
6–0
3
7–0
4 13 mart 1958 Park de Prens, Paris, Fransa 4  İspaniya 1–1 2–2 Yoldaşlıq oyunu
5 8 iyun 1958 İdrottsparken, Norrçöpinq, İsveç 6  Paraqvay
1–1
7–3
1958 FİFA Dünya Kuboku
6
2–1
7
5–3
8 11 iyun 1958 Arosvallen, Vesteros, İsveç 7  Yuqoslaviya
1–0
2–3
9
2–2
10 15 iyun 1958 Eyravallen, Örebro, İsveç 8  Şotlandiya 2–0 2–1
11 19 iyun 1958 İdrottsparken, Norrçöpinq, İsveç 9  Şimali İrlandiya
2–0
4–0
12
3–0
13 24 iyun 1958 Rosunda, Solna, İsveç 10  Braziliya 1–1 2–5
14 28 iyun 1958 Ullevi, Göteborq, İsveç 11 Almaniya Qərbi Almaniya
1–0
6–3
15
3–1
16
5–2
17
6–3
18 1 oktyabr 1958 Park de Prens, Paris, Fransa 12  Yunanıstan
2–0
7–1
1960 UEFA Avro seçmə mərhələsi
19
6–1
20 5 oktyabr 1958 Praterştadion, Vienna, Avstriya 13  Avstriya 2–1 2–1 Yoldaşlıq oyunu
21 9 noyabr 1958 Stad Olimpik de Kolomb, Kolomb, Fransa 15  İtaliya 2–2 2–2 Yoldaşlıq oyunu
22 11 noyabr 1959 Stad Olimpik de Kolomb, Kolomb, Fransa 17  Portuqaliya
1–0
5–3
Yoldaşlıq oyunu
23
4–2
24
5–2
25 13 dekabr 1959 Stad Olimpik de Kolomb, Kolomb, Fransa 18  Avstriya
1–0
5–2
1960 UEFA Avro seçmə mərhələsi
26
2–0
27
4–2
28 17 dekabr 1959 Park de Prens, Paris, Fransa 19  İspaniya 2–1 4–3 Yoldaşlıq oyunu
29 16 mart 1960 Park de Prens, Paris, Fransa 20  Çili
4–0
6–0
Yoldaşlıq oyunu
30
5–0

Nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

Reyms[13]

  • Qızıl Ayaq: 2003, futbol əfsanəsi kimi[14]
  • FİFA Dünya Kuboku Qızıl Butsu: 1958
  • Fransa Divizyonu 1 ən yaxşı bombardiri (2): 1957–58, 1959–60
  • Çempionlar Kuboku ən yaxşı bombardiri: 1958–59
  • FİFA 100: 2004
  1. 1 2 Just Fontaine // Transfermarkt (çd.). 2000.
  2. 1 2 Just Fontaine // GeneaStar.
  3. 1 2 3 4 5 6 Fichier des personnes décédées mirror.
  4. 1 2 https://www.lemonde.fr/sport/article/2023/03/01/just-fontaine-legende-du-football-francais-est-mort_6163719_3242.html.
  5. Kaufman, Michelle. "Countdown to the World Cup – Total Soccer, Fútbol Total". MiamiHerald.com. İstifadə tarixi: 28 April 2011.
  6. "Pele's list of the greatest". BBC Sport. 4 March 2004. 3 March 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 November 2013.
  7. "1958 FIFA World Cup star: Just Fontaine". 23 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 December 2016.
  8. "1958 FIFA World Cup Sweden ™". FIFA.com. 16 October 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 April 2011.
  9. "1958 World Cup: Wales' Finest Hour". thefootballhistoryboys.blogspot.co.uk. 2014-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-04.
  10. "Golden Players take centre stage". 12 March 2004 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-06-11.
  11. "France legend Fontaine blasts forwards". ESPN. 11 July 2010. 27 April 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 April 2011.
  12. "Just Fontaine - national football team player". EU-Football.info. 14 July 2016. 21 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 July 2016.
  13. "The forgotten story of … Just Fontaine's 13-goal World Cup". The Guardian. 12 January 2012. 9 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 August 2019.
  14. "Legends". Golden Foot. 25 September 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 September 2015.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]