1981-ci il irland aclıq aksiyası


Aclıq aksiyasının 25-ci ildönümünə həsr edilmiş anım mərasimi

1981-ci il irland aclıq aksiyası (ing. 1981 Irish hunger strike) — Şimali İrlandiyadakı konflikt zamanı irland respublikaçılar tərəfindən həyata keçirilən 5 illik etirazların kulminasiya nöqtəsidir. Etirazlar 1976-cı ildə "adyal etirazları" ilə başladı. Bu zaman Britaniya hakimiyyəti Şimali İrlandiya münaqişəsi zamanı həbs olunmuş şəxslərə əvvəllər tətbiq etdiyi Xüsusi Kateqoriya Statusu (ing. Special Category Status) anlayışını ləğv etdi. Bu nəzərdə tutulmuş məhbuslara yarıhərbi və siyasi status təmin edirdi. Bu statusun məhbusların əlindən alınması 1978-ci ildə "təmizlənməmə etirazları"na səbəb oldu. Etirazçılar yuyunmağa getməyi və öz hücrələrini tərk etməyi rədd edir, öz nəcislərini divarlara sürtürdülər. 1980-ci ildə 7 məhbus ilk aclıq aksiyasına başladı və bu aksiya 53 gün davam etdi.[1]

İkinci aclıq aksiyası 1981-ci ildə başladı. Bu aksiya Böyük Britaniyanın baş naziri Marqaret Tetçer ilə məhbuslar arasında güc nümayişinə çevrilmişdi. Aksiyanın iştirakçılarından biri olan Bobbi Sends aksiyanı davam etdirdiyi müddətdə parlamentin üzvlüyünə seçildi və bu hadisə dünyanın dörd bir tərəfindən mətbuatın diqqətini onun üzərinə çəkdi.[2] Aksiya on məhbusun, o cümlədən dəfn mərasiminə 100,000 nəfərin qatıldığı Sendsın aclıqdan ölməsindən sonra dayandırıldı.[1] Aclıq aksiyası irland millətçilərinin siyasətinin radikallaşmasına və Şinn Feyn partiyasının əsas partiyaya çevrilməsinə səbəb oldu.[3]

1917-ci ildən irlandiya respublikaçısı olan məhbuslar aclıq aksiyası təşkil edirdilər. Bu aksiyalarda Tomas Aşi, Terens MakSviney, Sean MakKaughi, Maykl Qauqan və Frenk Staqq kimi şəxslər vəfat etmişdi.[4] 1971-ci ildə Böyük Britaniya qüvvələri tərəfindən həyata keçirilən Dimitrius əməliyyatı zamanı heç bir istintaq olmadan, 342 nəfərin həbs edilib Loq Keş və ya sonradan HM Meyz adlandırılan həbsxanaya salındı. Tədricən bu həbsxana "müharibə əsirləri"nin düşərgəsinə çevrildi.[5] Ümumi yataqxanalarda saxlanılan məhbuslar daxildə intizam və hərbi tabelilik sistemi formalaşdırmışdılar. Onlar taxtadan düzəldilmiş silahlarla hərbi təlimlər keçir, gerilla savaşı və siyasəti barədə mühazirələr oxuyurdular.[5]

Təqsiri sübut olunmuş məhbuslara 1972-ci ilin iyul ayına qədər bu haqlar verilməmişdi. Buna etiraz olaraq, veteran respublikaçı Billi MakKinin başçılığı ilə 40 nəfər Müvəqqəti İrland Respublikaçı Ordusu üzvü tərəfindən aclıq aksiyasi başladılmış və uğurla sonlandırılmışdı. Xüsusi kateqoriya və ya siyasi status məhbuslarla müharibə əsirləri kimi davranmağı nəzərdə tuturdu. Yəni, onlara məhbus formaları geyindirilmir və həbsxana işlərinə cəlb edilmirdilər.[5]

Növbəti aclıq aksiyasi zamanı İRO üzvü Frenk Staqq 1976-cı ilin 12 fevral tarixində vəfat etdi.[6] İrlandiya hakimiyyətinin onun sonuncu arzusu olan Dublindən Ballinaya hərbi mərasimlə gətirilməsi istəyini yerinə yetirməyərək, onun polis tərəfindən gizli formada dəfn edilməsinə dair əmr verməsi bütün dünya mətbuatının diqqətini bu məsələyə çəkdi.[7] 1 mart 1976-cı ildə Vilson hökumətində Şimali İrlandiya üzrə katib olan Merlin Riis artıq terror fəaliyyəti sübut olunmuş şəxslərə Xüsusi Kateqoriya Statusunun verilməyəcəyini bildirdi.[8] Bu qanun 1976-cı ilin 1 mart tarixindən etibarən qüvəyə minirdi və hal-hazırda həbsxanada olanlara aid edilmirdi.[9] Belə bir qərarın qəbul edilməsi hökumətin özü üçün də təhlükəli idi. Çünki həbsxanalardakı liderlər öz yanlarındakı şəxslər üçün bundan propaqanda vasitəsi kimi istifadə edə bilərdilər.[5]

Adyal və təmizlənməmə etirazları

[redaktə | mənbəni redaktə et]

1976-cı ilin 14 sentyabrında yeni həbs edilmiş Kieran Nugent "adyal etirazı"na başladı. Ona qoşulan İRO və İMAO-a mənsub məhbuslar həbsxana formalarını getməyi rədd etdilər. Onlar lüt formada və ya adyallara bürünərək gəzirdilər. Bu etirazlar 1978-ci ildə təmizlənməmə etirazlarına səbəb oldu. Beləki, məhbuslar çimməyi, təbii ehtiyyacı qarşılamaq üçün lazım olan qabların boşaldılmasını və həbsxana otaqlarının təmizlənilməsini rədd edir və otaqlarını tərk etmirdilər. Otaqda yığılıb qalan nəcislərin ağcaqanadların yaranmasına səbəb olmaması üçün onu həbsxana otaqlarının divarlarına sürtürdülər. Bu etirazların məqsədi siyasi statu bərpa edərək, "5 tələb" adlandırılan istəklərin yerinə yetirilməsinə nail olmaq idi.[10] 5 tələb bunlar idi:

  1. həbsxana geyimini geyinməmək hüququ;
  2. həbxsanada iş görməmək hüququ;
  3. digər məhbuslarla əlaqə azadlığı, həmçinin də təhsil və əyləncə tədbirlərinin təşkili imkanı;
  4. hər həftə bir ziyarət və bir bağlama hüququ;
  5. tam əfv hüququ.[11]

Başlanğıcda bu etiraz istənilən diqqəti cəlb etmədi. İRO belə bu etirazlara öz hərbi əməliyyatları ilə müqayisədə önəmsiz yanaşdı.[12][13] Lakin etirazlar Armağın roman katolik arxiyepiskopu Tomas O Fiaixin həbsxananı ziyarət etməsindən və buradakı şəraiti qınamasından sonra diqqətləri özünə cəlb etməyə başladı..[14] 1979-cu ildə keçmiş baş nazir Bernadette MakAliskey Avropa parlamentinə olan seçkilərdə etirazçı məhbusları dəstələyən platforma ilə qatıldı. O, Şinn Feynin seçkiləri baykot etməsinə baxmayaraq, 5.9 faiz səs toplaya bilmişdi.[15][16]

Bundan qısa müddət sonra geniş əsaslı Milli H-Blok/Armağ Komitəsi yaradıldı. Bu platforma "5 tələbi" dəstəkləyirdi. Platfomanın əsas sözçüsü isə MakAliskey oldu.[17][18] Vəziyyətin bu cür inkişafı aclıq aksiyasının hər iki tərəfi hədəfləyən sui-qəsdlərlə müşayiət olunmasına səbəb oldu. İRO bəzi həbsxana işçilərini öldürdü. Buna cavab olaraq, loyalist yaraqlıları Milli H-Blok/Armağ Komitəsinin bir neçə aktivistini öldürdü və MakAliskeylə həyat yoldaşının ağır yaralanması ilə nəticələnnə sui-qəsd hücumu təşkil etdilər.[12][19][20][21]

1980-ci il aclıq aksiyası

[redaktə | mənbəni redaktə et]

1980-ci ilin 27 oktyabrında HM Meyz həbsxanasında respublikaçı məhbuslar aclıq aksiyasına başladılar. Xeyli sayda məhbusun bu aksiyaya qoşulmaq istəmələrinə baxmayaraq, Pasxa üsyanı zamanı Respublikanı elan edən şəxslərin sayı ilə uyğun gəlsin deyə aksiyaya yalnız 7 nəfər qoşuldu. Bu 7 nəfər İRO üzvü Brendan Haghs, Tommi MakKirniy, Raymond MakKartniy, Tom MakFiliy, Siin MakKenna, Leo Qrin və İMAO üzvü Con Niksondan ibarət idi.[22]

1 dekabrda Armağdakı qadın həbsxanasında Mayrid Farrel də daxil olmaqla, 3 məhbus da aclıq aksiyasına qoşuldu. HM Meyz həbsxanasında xeyli sayda insan qısa müddətli aclıq aksiyasına başladı. Britaniya hökuməti ilə İRO rəhbərliyi arasında gedən bu əsəb müharibəsində MakKennanın ölümün bir addımlığına gəlməsi dönüş nöqtəsi oldu. Britaniya hökuməti "5 tələb"i 30 səhifəlik sənəddə şərh edərək, tələblərin əksəriyyətini qəbul etdi. Sənəd Belfasta göndərildikdən sonra Haghs MaKennanın həyatını xilas etmək qərarına gəldi və aclıq aksiyası 53 gündən sonra 18 dekabrda sonlandırıldı.[11]

1981-ci il aclıq aksiyası

[redaktə | mənbəni redaktə et]
Belfast şəhərinin kənarında yerləşən və aclıq aksiyasının baş verdiyi Meyz həbsxanası.

1981-ci ildə aydın oldu ki, hökumət məhbusların tələblərini yerinə yetimək istəmir. Həbsxana rəhbərləri məhbuslara mülki geyimlər verməyə başlamışdı, halbuki tələblərə görə məhbuslar öz paltarlarını geyinməli idilər. 4 fevralda məhbusların liderləri elan etdilər ki, Britaniya hakimiyyəti problemləri həll etmədə uğursuzluqla üzləşmişdir və məhbuslar yenidən aclıq aksiyası başladırlar.[23] İkinci aclıq aksiyası 1 mart tarixində başladı. İRO-nun keçmiş zabiti Bobbi Sends aksiyasını başladan ilk insan oldu. İlk aksiyadan fərqli olaraq, etirazçılar aksiyaya müəyyən intervalla bir-bir qatıldılar. Belə etməklə maksimum ictimai dəstəyi təmin etmək və Marqaret Tetçer üzərində maksimum təzyiq formalaşdırmaq istəyirdilər.[24] Çünki şəxslər müəyyən intervalla aksiyaya qoşulduğuna görə, ölümlər də sıra ilə olacaqdı və hakimiyyət üzərində böyük təzyiq formalaşdıracaqdı.

Başlanğıcda respublikaçı hərəkat aksiyaya ictimai dəstəyi təmin etməklə məşğul oldu. Sendsin aksiyaya başlamasından əvvəl Belfastda 3.500 nəfər aksiyaya həsr edilmiş yürüş keçirdi. 4 ay əvvəl, birinci aclıq aksiyası zamanı yürüş edənlərin sayı 10.000 nəfər idi.[25] 1981-ci ilin aprelində ürək tutmasından Friman və Cənubi Tiron rayonundan İrlandiya respublikaçılar partiyasından seçilmiş parlament üzvü Frenk Maquayer vəfat edir. Millətçilərlə respublikaçılar arasında namizədin müəyyən olunması ilə bağlı mübahisələr yaşanırdı. Sosial Demokrat və Leyborist Partiyasından Austin Kurrienin, Bernadette MakAliskeyin və Maquayerin qardaşı Noelin namizədlikləri təklif edildi.[1]

Keçirilən danışıqlardan və edilən təhdidlərdən sonra Noel Maquayer millətçilərin səsini bölməmək üçün namizədliyini geri götürdü. Beləliklə, Sends Anti H-Blokunun Olster Unionist Partiyasının namizədi Harri Vestə qarşı namizəd oldu.[25][26] Yüksək səviyyədə keçirilən seçki kompaniyasından sonra 9 apreldə seçkilər baş tutdu. Nəticədə, Bobbi Sends 30.492 səs toplayaraq Böyük Britaniya İcmalar Palatasına seçilən ən gənc deputat oldu. Onun rəqibi 29.046 səslə məğlub oldu.[27] Bu uğurdan sonra Britaniya hökuməti bir ildən çox azadlıqdan məhrum edilmə cəzası çəkənlərə namizədliyini irəli sürməyi qadağan etdi.

Sendsin seçkilərdə qələbə qazanması yeni bir razılaşmanın əldə edilməsinə olan ümidlərin artmasına səbəb oldu. Lakin Marqaret Tetçer öz əvvəlki barışmaz mövqeyində qalaraq, heç bir güzəştin olmayacağını bildirdi. O, bildirmişdi:

" Biz cinayət törətmiş bir qrup insana xüsusi status verilməsinə hazırlaşmırıq. Cinayət cinayətdir, bu siyasi deyildir ![28] "

Dünya mətbuatının bir çox nümayəndəsi bu bəyanatdan sonra Belfasta axışdı və bəzi vasitəçilər Sendsi ziyarət etdi və onu aksiyanı sonlandırmağa məcbur etməyə çalışdı. Onu ziyarət edənlər arasında vaxtilə İrlandiya azadlıq hərəkatının rəhbərlərindən olan Eamon de Valeranın nəvəsi Sile de Valera, Papa II İohann Pavelin xüsuusi nümayəndəsi Con Maqi, Avropa İnsan Haqları Komissiyasının nümayəndələri var idi.[29] Lakin bütün cəhdlər uğursuz oldu. Sendsin ölümünə yaxın hökumətin mövqeyi dəyişməz olaraq qalırdı. Bu ərəfədə hökumətin Şimali İrlandiya işləri üzrə məsul naziri olan Hamfrey Atkins bildirmişdi:

" Əgər Mr. Sends öz canına qıymaqda bu qədər israrlıdırsa, bu onun seçimidir. Hökumət onu tibbi yardım almağa məcbur edə bilməz.[29] "

Ölümlər və aksiyanın sonu

[redaktə | mənbəni redaktə et]

5 may tarixində, aksiyasının 66-cı günündə Sends vəfat etdi. Onun ölümü Şimali İrlandiyanın millətçi bölgələrində üsyanlara səbəb oldu.[1] Hamfrey Atkins Sendsin ölümü barədə "onun ölümünün gərəkli olmasını ona təlqin edənlərin təşkilatçılığı ilə intihar etdi" sözlərini işlətmişdir.[30] Snedsin dəfn mərasiminə 100.000 insan qatılmışdı. Mərasim İRO-nun hərbi qaydaları əsasında təşkil edilmişdi. Marqaret Tetçer Sendsin ölümünə heç bir müsbət reaksiya göstərmədi. O, İcmalar Palatasındakı çıxışında bu sözləri işlətdi:

" Mr. Sends təqsiri sübut edilmiş cinayətkar idi. Öz həyatına qəsd etmək öz seçimi idi. Bu, onun təşkilatının öz qurbanlarının çoxuna icazə vermədiyi seçim idi..[29] "

Sendsin ölümündən sonrakı 2 həftə ərzində daha 3 aksiyaçı da vəfat etdi. Frankis Haghsın 12 may tarixində vəfat etməsi, xüsusilə Derri və Belfastda olmaqla, Şimali İrlandiyanın millətçi bölgələrində üsyanlara səbəb oldu. Raymond MakKreş və Patsi O'Haranın da 21 mayda vəfat etməsindən sonra, bütün irlandların yepiskopu olan Tomas Fiaix Britaniya hakimiyyətini aclıq aksiyasına görə tənqid etdi.[1] Bütün bunlara baxmayaraq, Marqaret Tetçer danışıqları rədd edirdi. O, may ayının sonlarında Belfasta etdiyi səfəri zamanı "etibarsız səbəblərinin uğursuzluqları ilə qarşılanan şiddət adamları son aylarda əllərində olan son kartlarını oynamağı seçdilər" sözlərini işlətmişdi."[30]

İyun ayında 9 etirazçı İrlandiya Respublikasındakı ümumi seçkilərdə iştirak etdi. Aclıq aksiyasında iştirak etməyən Kieran Doherti və Paddi Aqnyu Kavan-Monaqan və Lout bölgəsindən seçildilər, Coe MakDonel isə Sliqo-Letrim bölgəsindəki seçkilərdə kiçik fərqlə məğlub oldu. Həmin ərəfədə Şimali İrlandiyada məhəlli seçkilər var idi. Şinn Feynin seçkilərdə iştirak etməməsinə baxmayaraq, aclıq aksiyasını dəstəkləyən bəzi kiçik qruplar və müstəqil namizədlər qələbə qazandılar.[31][32] İrland İstiqlaliyyət Partiyası 21 oturacaq, İrland Respublikaçı Sosialist Partiyası (İMAO-nun siyasi qolu) və Xalq Demorkatiyası (Trotskist qrup) 2 oturacaq qazandı.[33][34] Britaniya hakimiyyəti 1981-ci ildə Xalq Nümayəndəliyi Aktına dəyişiklik edərək, Freman və Cənubi Tiron bölgəsindən Sendsin ölümündən sonra ikinci bir seçkidə hər hansısa məhbusun namizəd olmasını qadağan etdi.

Coe MakDonnellin və Martin Hursonun ölümündən sonra aclıq aksiyası edənlərin ailəsi 29 iyulda Katolik keşişi Denis Faulla görüş təyin etdilər. Görüşdə ailələr razılaşmanın olmamasında narahatlıqlarını bildirdilər. Görüş zamanı Cerri Adamsla görüş keçirilməsi qərara alındı. Cerri Adamsla görüşdə keşiş Faul ona təzyiq etdi və Cerri İRO rəhbərliyi ilə aclıq aksiyasına son verilməsi barədə əmr verməsi üçün görüşəcəyini bildirdi.[1][35]


Növbəti gün Adams aclıq aksiyasını davam etdirən 6 nəfərlə görüş keçirdi və onlara Britaniya hökumətinin aksiyanı sonlandırmaq üçün təklif etdiyi razılaşmanı təqdim etdi.[36] Aksiyaçılar bu razılaşma təklifini rədd etdilər. Onlar hesab edirdilər ki, "5 tələb"dən başqa, onlara nisbətən daha az haqlar verən sənədlə razılaşma Bobbi Sends və aksiyada həyatını itirən digər şəxslərə xəyanətdir..[37]

31 iyulda Paddi Quinnin anasının onun həyatını xilas etmək üçün tibbi müdaxilə edilməsi barədə israr etməsindən sonra, aksiya bir qədər səngiməyə başladı. Növbəti gün Kevin Linç, 2 avqustda Kieran Dohörti, 8 avqustda Tomas MakElvi, 20 avqustda Maykl Divayn vəfat etdi.[38] Divaynın vəfat etdiyi gün Sendsin seçki nümayəndəsi Oven Karron Freman və Cənubi Tiron rayonlarındakı təkrar seçkilərdə böyük səs fərqi ilə qalib gəldi.[39]

6 sentyabrda Maurens MakKeounun ailəsi övladının həyatını qurtarmağa görə tibbi müdaxilə üçün müraciət edən dördüncü ailə oldu. Bundan sonra Kahal Dali respublikaçı məhbuslara aclıq aksiyasına son verməyə dəvət edən müraciət ünvanladı. Bir həftə sonra Ceyms Prior Hamfrey Atkinsi Şimali İrlandiya üzrə məsul olan vəzifədə əvəz etdi.[1] O, aclıq aksiyası keçirən məhbuslarla görüşdə və onları aksiyaya son verməyə çağırdı. Liam MakKoleski 26 sentyabrda ailəsinin təzyiqindən sonra aclıq aksiyasını sonlandırdı. Onun ailəsi Liama bildirmişdi ki, əgər o, şüursuz vəziyyətə düşərsə həyatını xilas etmək üçün tibbi müdaxiləyə müraciət edəcəklər. Hadisələrin belə inkişafından sonra aydın oldu ki, digər ailələr də bu cür düşünürlər.[40]

Aclıq aksiyası 3 oktyabr günü, saat 15:15-də sonlandırıldı.[40] Prior məhbusların öz paltarlarını geyinə bilmə istəyi daxil, qismi razılaşmanın əldə edildiyini elan etdi. "5 tələb"dən yalnız həbsxana işlərində iştirak etməmə istəyi rədd edildi. Lakin sonradan Meyz həbsxanasında baş verən sabotaj və 1983-cü ildə bir qrup məhbusun qaçması iş yerləri qapadıldı. Bununla da "5 tələb"in hamısı qəbul edildi, lakin bu hökumət tərəfindən hər hansısa siyasi statusla tanınmadı.[41]

Həlak olmuşlar

[redaktə | mənbəni redaktə et]

1981-ci ilin yayı boyunca 10 aclıq aksiyası iştirakçısı həyatını itirdi. Onların adları, yarı hərbi təşkilat mənsubiyyətləri, ölüm tarixləri və aclıq aksiyalarının davam etmə müddəti belədir:

Adı Təşkilat Aclığa başlama Həlak olması Aclıq müddəti
Bobbi Sends İRO 1 mart 5 may 66 gün
Frensis Hyuz İRO 15 mart 12 may 59 gün
Reymond Makriş İRO 22 mart 21 may 61 gün
Petsi O’Hara İMAO 22 mart 21 may 61 gün
Co Makdonnell İRO 8 may 8 iyul 61 gün
Martin Hörson İRO 28 may 13 iyul 46 gün
Kevin Linç İMAO 23 may 1 avqust 71 gün
Kiran Doherti İRO 22 may 2 avqust 73 gün
Tomas Makeilvi İRO 8 iyun 8 avqust 62 gün
Maykl Devayn İMAO 22 iyun 20 avqust 60 gün

Patoloqların hesabatlarında ölüm səbəbi kimi "özü-özünü ac saxlama" göstərilmişdi. Ölmüş aksiya iştirakçılarının etirazlarından sonra ölüm səbəbi dəyişdirilərək sadəcə "aclıq" olaraq göstərildi. Ədliyyə həkimi isə "ac qalma, özünə qəsd" hökmlərini qeyd etdi.[42]

Digər iştirakçılar

[redaktə | mənbəni redaktə et]

Aclıq aksiyası zamanı həyatını itirən 10 nəfərdən əlavə aksiyada 13 nəfər də iştirak edirdi. Lakin bu 13 nəfər ya tibbi səbəblərə görə, ya da ailələrinin müdaxiləsi ilə aclıq aksiyasını dayandırmışdılar. Onların çoxu hələ də aclıq aksiyasının əziyyətini çəkirlər. Aclıq aksiyası onlar görmə qabiliyyətinin zəifləməsi, həzm etmə prosesinin pozulması, fiziki və nevroloji narahatlıqlara səbəb olmuşdur.[43][44]

Adı Təşkilat Aclığa başlama Aclığın sonlanması Aclıq müddəti Aclığı sonlandırma səbəbi
Brendan MakLauqlin cLaughlin İRO 14 may 26 may 13 gün Xoradan və daxili qanaxmadan əziyyət çəkdiyinə görə
Peddi Quinn İRO 15 iyun 31 iyul 47 gün Ailəsi tərəfindən sonlandırılmışdır
Laurens MakKeovn İRO 29 iyun 6 sentyabr 70 gün Ailəsi tərəfindən sonlandırılmışdır
Pat MakCeovn İRO 9 iyul 20 avqust 42 gün Ailəsi tərəfindən sonlandırılmışdır
Mətt Devlin İRO 14 iyul 4 sentyabr 52 gün Ailəsi tərəfindən sonlandırılmışdır
Liam MakKloski İMAO 3 avqust 26 sentyabr 55 gün Ailəsi onun şüurunu itirəcəyi halda müdaxilə edəcəklərini demişdi.
Patrik Şihan İRO 10 avqust 3 oktyabr 55 gün Aclıq aksiyasının sonu
Cekie MakMullan İRO 17 avqust 3 oktyabr 48 gün Aclıq aksiyasının sonu
Bernard Foks İRO 24 avqust 24 sentyabr 32 gün Böyrək problemindən əziyyət çəkdiyinə görə
Hiyu Karvill İRO 31 avqust 3 oktyabr 34 gün Aclıq aksiyasının sonu
Con Pikerinq İRO 7 sentyabr 3 oktyabr 27 gün Aclıq aksiyasının sonu
Cerard Hodqins İRO 14 sentyabr 3 oktyabr 20 gün Aclıq aksiyasının sonu
Ceyms Devayn İRO 21 sentyabr 3 oktyabr 13 gün Aclıq aksiyasının sonu

Aclıq aksiyasının təsiri

[redaktə | mənbəni redaktə et]
Meyz həbsxanasının bloklarını simvolizə edən H hərfi formasında hazırlanmış və Boqsaydda yerləşdirilmiş memorial

Britaniya mətbuatı aclıq aksiyasını Tetçer üçün triumf kimi işıqlandırmışdılar. The Guardian qəzeti yazırdı:

" Hökumət aclıq aksiyasının öhtəsindən zorbalıq yox, qərarlılıq göstərək gəlmişdir.[45] "

Eyni zamanda bir çox fikirlərə görə, aclıq aksiyası respublikaçılar üçün məğlubiyyətlə nəticələnmişdi. Bu fikirlə İROŞinn Feyn daxilində də razılaşanlar var idi. Lakin Sendsin seçildiyi ərazidən yenidən qalib gəlmək propaqandanın qələbəsi kimi qiymətləndirilirdi.[2] Bəzilərinə görə, bu Britaniya hakimiyyəti və Tetçer üçün Pirr qələbəsi kimi qiymətləndirilirdi.[46] Bundan sonra Tetçer Kromvelian proparsiyasına görə respublikaçıların əsas nifrət nöqtəsi oldu. İrland yazıçı, könüllü və aktivist Danni Morrison onu "bizim tanıdığımız ən böyük alçaq" deyə təsvir etmişdi.[46]

1971-ci ildə həyata keçirilmiş Dimitrius əməliyyatında və 1972-ci ildə baş vermiş "Qanlı bazar günü" hadisəsindən sonra olduğu kimi, aclıq aksiyasından sonra da İRO-nUn yaraqlı toplama göstəriciləri yüksəldi.[46] Bunun təbii nəticəsi olaraq, növbəti illərdə paramilitar aktivlik yüksəldi. Müqayisədə nisbətən sakit keçən 1970-ci illərlə müqayisədə Şimali İrlandiyadakı narahatlıq daha da yüksəldi.[1] 1981-ci ildə təhlükəsizlik qüvvələri 29.695 plastik güllədən istifadə etmiş, nəticədə 7 nəfər ölmüşdü. Bundan əvvəlki 8 il ərzində isə istifadə olunmuş güllə sayı 16.000, ölüm sayı isə 4 idi.[47]

İRO aclıq aksiyasının davam etdiyi 7 ay boyunca öz hərbi kompaniyasını davam etdirmiş, nəticədə 13 polis, 13 hərbi qulluqçu, 5 Olster Müdafiə Alayının üzvü və 5 mülki şəxs öldürülmüşdü. Bu 7 aylıq dövr Şimali İrlandiya konfliktinin ən qanlı dövrlərindən biri kimi tarixə düşmüşdür. Ümumilikdə, 34-ü mülki şəxs olmaqla, 61 nəfər həyatını itirmişdi. Aksiyadan 3 il sonra İRO Tetçerdən qisas almağa çalışdı. Onlar Brayton otelində Mühafizəkarlar partiyasının konfransı keçirilən zaman otelə bombalı hücum təşkil etdilər. Hadisə nəticəsində 5 nəfər həyatını itirdi, Tetçer isə canını çox çətinliklə qurtara bildi.[2]

Aclıq aksiyası Şinn Feyni seçki siyasətinə də keçməyə məcbur etdi. Sendsin seçkidəki qələbəsi Şimali İrlandiyada və İrlandiya Respublikasında aclıq aksiyasi tərəfdarlarının birləşməsinə və "Armalayt və bülleten qutusu" strategiyasının meydana çıxmasına şərait yaratdı. Cerri Adams Sendsin qələbəsinin İRO və bütün respublikaçı hərəkatın uzantısı olan aclıq aksiyası üzvlərinin xalq arasında populyar olmadığı barədə deyilən yalanı ortaya çıxartdığını bildirmişdir.[48] Bu aksiyanın İrlandiya Respublikasına da təsir etdi. Dohörti və Aqnyunun seçkilərdə qalib gəlməsindən sonra onlar Çarlz Haugheyin Fianna Failin təklifini rədd etdilər.[31]

1982-ci ildə Şinn Feyn Şimali İrlandiya Məclisinə olan seçkilərdə 5 yer qazandı. 1983-cü ildə Cerri Adams Birləşmiş Krallıq ümumi seçkilərində qələbə qazandı.[49] Aclıq aksiyası zamanı formalaşdırılan seçici kütləsi sayəsində Şinn Feyn növbəti 2 onillik ərzində də böyüməyə davam etdi. 2001-ci il Birləşmiş Krallıq ümumi seçkilərindən sonra Şinn Feyn Şimali İrlandiyanın ən böyük millətçi partiyasına çevrildi. Partiya 2014-cü il məhəlli və sərhədin hər iki tərəfindən keçirilən Avropa seçkilərindən sonra İrlandiyanın ən güclü partiyası olduğunu elan etmişdir.[50]

2005-ci ildə Cerri Adams keçmiş məhbus Riçard O'Reyv tərəfindən bəzi ittihamlarla üzləşməli oldu. Riçard həbsdə olduğu müddətdə aksiyanın ictimaiyyətlə münasibətlər üzrə məsul şəxsi idi. O, özünün Blanketmen kitabında Adamsın Şinn Feynə siyasi mənfəət qazandırmaq, Oven Karrona Sendsin seçildiyi bölgədən yenidən seçilmək üçün aksiyanın davam etmə müddətini uzatdığını bildirmişdir.[51][52] Onun bu iddiaları bir çox aksiya iştirakçısı tərəfindən rədd edilmişdir.[53] Brendan MakFarlan aksiya barədə bildirmişdi:

" Biz həll yolu barədə ümidsiz idik. “5 tələb” barədə hər hansısa görüş keçirilsəydi və o yazılı formada təklif edilsəydi, biz onu qəbul ediləcəkdik. Heç bir zaman razılaşma olmadı, heç bir zaman “götür ya da tərk et” seçimi olmadı.[54] "
Krossmaqlendə aclıq aksiyasına həsr edilmiş memorial

İrlandiyanın Belfast, Derri, Krossmaqlen və s. kimi böyük şəhərlərində və digər yaşayış məskənlərində aclıq aksiyasında həyatını itirənlərə həsr edilmiş memoriallar və xatirə lövhələri mövcuddur.[55] Aclıq aksiyasında həyatını itirən hər bir şəxs üçün bütün İrlandiya boyunca hər il anım mərasimləri və Belfastda onların xatilərinə həsr edilmiş anım yürüşləri təşkil edilir. Bu yürüşlərdə bir qayda olaraq Bobbi Sendsin memorial mühazirəsi oxunur.[56][57] ParisLe Mans kimi şəhərlər də daxil olmaqla, Fransada xeyli sayda şəhərdə və bölgədə Bobbi Sendsin şərəfinə adlandırılmış küçələr vardır.[2][58] İran hökuməti Britaniya səfirliyi binasının yerləşdiyi küçəyə Bobbi Sendsin adı vermişdir. Bu küçə əvvəllər Vinston Çörçillin adını daşımışdır.[59]

Avstraliyanın Sidney şəhərinin Veyverli məzarlığında 1798-ci ildə baş vermiş irland üsyanında, Pasxa bayramı üsyanında və aclıq aksiyasında həyatını itirənlərə həsr olunmuş memorial abidə vardır. Həmçinin, Birləşmiş İrlandlar Cəmiyyətinin aktiv üzvü olmuş Maykl Davyerin də məzarı bu məzarlıqda yerləşir.[60][61] 1997-ci ildə ABŞ irlandlarının cəmiyyəti olan NORAID –in Hartford birliyi ABŞ-da Bobbi Sendsə və digər aclıq aksiyası iştirakçılarına həsr edilmiş abidə düzəltmək qərarına gəlmiş və abidə Qudvin parkının yaxınlığında ucaldılmışdır.[62] Abidə maşın dairəvi yolunun ortasında yerləşir və hal-hazırda bura "Bobbi Sends dairəsi" deyilir.[63]

2001-ci ildə Şinn Feynin milli sədri Mitçel MakLauqlin Milli Aclıq Aksiyası Anma Komitəsini yaratmış və Belfastın Avropa otelində aksiya barədə sərgi təşkil etmişdir.[64] Bu sərgidə belfastlı rəssamların 3 orijinal incəsənət əsəri də nümayiş etdirilmişdir.[65] Bundan əlavə, Derri şəhərində də sərgi təşkil edilmişdi.

Aclıq aksiyasından bəhs edən xeyli sayda film çəkilmişdir. Bunlara misal olaraq Helen Mirren tərəfindən çəkilən "Bir neçə ananın övladları", aclıq aksiyası üzvü olan Laurens MakKeounun müəlliflərindən biri olduğu "H3" və Stiv MakQuvinin "Aclıq" filmlərini göstərmək olar.[66]

  1. 1 2 3 4 5 6 7 8 "The Hunger Strike of 1981 – A Chronology of Main Events". CAIN. 31 May 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 May 2007.
  2. 1 2 3 4 David McKittrick. "Remembering Bobby Sands". The Independent. UK. 5 May 2006. 12 April 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 May 2016.
  3. Taylor, Peter. Provos The IRA & Sínn Féin. Bloomsbury Publishing. 1997. 251–252. ISBN 0-7475-3818-2.
  4. Meehan, Mairtin Óg. Finely Tempered Steel: Sean McCaughey and the IRA. Republican Publications. 2006. səh. 78. ISBN 0-9542946-3-7.
  5. 1 2 3 4 Beresford, David. Ten Men Dead. Atlantic Monthly Press. 1987. 13–16. ISBN 0-87113-702-X.
  6. The IRA 12th impression, Tim Pat Coogan, page 518, William Collins, Sons & Co., Glasgow, 1987
  7. The IRA 12th impression, Tim Pat Coogan, page 520, William Collins, Sons & Co., Glasgow, 1987
  8. http://cain.ulst.ac.uk/events/hstrike/chronology.htm Arxivləşdirilib 2007-05-31 at the Wayback Machine The Hunger Strike of 1981 – A Chronology of Main Events, Dr. Martin Melaugh, University of Ulster: Conflict Archive on the Internet
  9. "A Chronology of the Conflict – 1976". CAIN. 5 February 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 April 2007.
  10. Provos The IRA & Sinn Féin, p. 220.
  11. 1 2 Provos The IRA & Sinn Féin, pp. 229–234.
  12. 1 2 Provos The IRA & Sinn Féin, p. 217.
  13. Holland, Jack; McDonald, Henry. INLA Deadly Divisions. Poolbeg. 1996. səh. 261. ISBN 1-85371-263-9.
  14. David Beresford. "The deaths that gave new life to an IRA legend". The Guardian. UK. 5 October 1981. 6 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 May 2007.
  15. Nicholas Whyte. "The 1979 European elections". CAIN. 18 April 2004. 7 June 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 May 2007.
  16. Jack Holland. "A View North Anniversaries recall the rise of Sinn Féin". The Irish Echo. 7 March 2001. 28 September 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 May 2007.
  17. Ten Men Dead, pp. 21–22.
  18. "Abstracts on Organisations – 'N'". CAIN. 14 May 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 May 2007.
  19. Ten Men Dead, p. 20.
  20. Taylor, Peter. Loyalists. Bloomsbury Publishing. 1999. səh. 168. ISBN 0-7475-4519-7.
  21. McDonald, Henry; Cusack, Jim. UDA Inside the Heart of Loyalist Terror. Penguin Books. 2004. 116–118. ISBN 1-84488-020-6.
  22. O'Rawe, Richard. Blanketmen. New Island. 2005. 103–104. ISBN 1-904301-67-3.
  23. English, Richard. Armed Struggle: The History of the IRA. Pan Books. 2003. 195–196. ISBN 0-330-49388-4.
  24. Provos The IRA & Sinn Féin, p. 237.
  25. 1 2 Provos The IRA & Sinn Féin, pp. 239–240.
  26. Moloney, Ed. A Secret History of the IRA. Penguin Books. 2002. 211–212. ISBN 0-14-101041-X.
  27. "Westminster By-election (NI) – Thursday 9 April 1981". CAIN. 29 May 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 May 2007.
  28. "What happened in the hunger strike?". BBC. 5 May 2006. 13 May 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 May 2007.
  29. 1 2 3 Provos The IRA & Sinn Féin, pp. 242–243.
  30. 1 2 Ellison, Graham; Smyth, Jim. The Crowned Harp: policing Northern Ireland. Pluto Press. 2000. səh. 102. ISBN 0-7453-1393-0.
  31. 1 2 O'Brien, Brendan. The Long War: The IRA and Sinn Féin. Syracuse Univ Pr. 1995. səh. 123. ISBN 0-8156-0319-3.
  32. "Sligo hunger striker's death to be remembered". Sligo Weekender. 4 July 2006. 29 September 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 May 2007.
  33. Berresford Ellis, Peter. A History of the Irish Working Class. Pluto Press. 1985. səh. 336. ISBN 0-7453-0009-X.
  34. Berresford Ellis states 12 independent councillors were elected. Sydney Elliott in his book Northern Ireland : the District Council elections of 1981 (ISBN 0-85389-203-2) states 11 independent councillors were elected.
  35. Provos The IRA & Sinn Féin, p. 248.
  36. Armed Struggle: The History of the IRA, p. 202.
  37. Taylor, Peter. Brits. Bloomsbury Publishing. 2002. səh. 239. ISBN 0-7475-5806-X.
  38. Provos The IRA & Sinn Féin, pp. 249–251.
  39. Nicholas Whyte. "Fermanagh and South Tyrone 1973–1982". Northern Ireland Social and Political Archive. 25 March 2003. 7 June 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 May 2007.
  40. 1 2 Walker, R. K. The Hunger Strikes. Lagan Books. 2006. səh. 138. ISBN 1-904684-18-1.
  41. Ten Men Dead, p. 332.
  42. O'Keeffe, Terence. "Suicide and Self-Starvation". Philosophy. 59 (229). 1984: 349–363. doi:10.1017/S0031819100069941. JSTOR 3750951.
  43. Allison Morris. "Hunger striker in fight for sight". The Irish News. 6 October 2006. 21 April 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 May 2007.
  44. Tom Peterkin. "Ex-IRA hunger striker criticises 'celebrations'". The Daily Telegraph. UK. 7 October 2006. 17 March 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 May 2007.
  45. Ten Men Dead, p. 331.
  46. 1 2 3 Armed Struggle: The History of the IRA, pp. 207–208.
  47. The Long War: The IRA and Sinn Féin, p. 44.
  48. Armed Struggle: The History of the IRA, p. 200.
  49. "Abstentionism: Sinn Féin Ard Fheis, 1–2 November 1986". CAIN. 31 May 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 May 2007.
  50. "Arxivlənmiş surət". 2018-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-19.
  51. Melanie McFadyean. "The legacy of the hunger strikes". The Guardian. UK. 4 March 2006. 17 April 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 May 2007.
  52. Anthony McIntyre. "'The Blanket' meets 'Blanketmen'". The Blanket. 16 May 2006. 2 February 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 May 2007.
  53. Steven McCaffrey. "Former comrades' war of words over hunger strike". The Irish News. 12 March 2005. 22 March 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 May 2007.
  54. The Hunger Strikes, pp. 185–186.
  55. "Hunger Strike Commemoration kicks off in Dublin". An Phoblacht. 8 March 2001. 23 October 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 June 2007.
  56. "Remembering 1981: Hurson Anniversary marked across the country". An Phoblacht. 20 July 2006. 26 September 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 June 2007.
  57. "Collusion highlighted during Hunger Strike weekend". An Phoblacht. 6 May 2004. 26 September 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 June 2007.
  58. Colin Randall. "French intelligentsia ponders what should be done with killer". The Daily Telegraph. London. 13 August 2004. 15 January 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 May 2007.
  59. Pedram Moallemian. "Naming Bobby Sands Street". The Blanket. 24 February 2004. 3 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 May 2007.
  60. "Easter 2001". An Phoblacht. 19 April 2001. 15 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 June 2008.
  61. Ruán O'Donnell. "Irish in the land of Oz". Irish Demoract. 30 July 2002. 13 May 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 June 2008.
  62. "Irish struggle long backed in Hartford". The Hartford Courant. 5 August 2005.
  63. "Hunger Strikers remembered in US". An Phoblacht. 8 May 1997. 31 August 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 May 2007.
  64. Peadar Whelan. "Hunger strike exhibition launched". An Phoblacht. 21 March 2001. 23 October 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 June 2007.
  65. "Hunger strike exhibition launched". An Phoblacht. 19 April 2001. 23 October 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 June 2007.
  66. "Festival de Cannes: Some Mother's Son". festival-cannes.com. 2012-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-09-20.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]