1984-cü il Monako Qran Prisi — Formula-1 Dünya Çempionatının 1984-cü il mövsümündə 16 mərhələdən altıncısı. Monte-Karloda keçirilib. Avtoyarış 3 iyun 1984-cü ildə reallaşıb.
Monako Qran-prisi üzrə 1984-cü il mövsümü | |
---|---|
fr. 1984 Grand Prix Automobile de Monaco | |
Tarix | 3 iyun 1984 |
Yer | Monte-Karlo, Monako |
Trek | Monte-Karlo (3,312 m) |
Planlaşdırılmış məsafə |
31 dövr, 102,672 km |
Hava | Soyuq, yağışlı |
Poul | |
1:22,661 |
Alen Prost McLaren |
Ən sürətli dövr | |
1:54,334 | Ayrton Senna |
24 dövr | Toulmen |
Podium | |
Qalib |
Alen Prost McLaren |
2-ci yer |
Ayrton Senna Toulmen |
3-cü yer |
Rene Arnu Ferrari |
1984-cü il Dünya Çempionatı, mərhələ № 6 |
1981-ci ildən McLaren komandası Ron Dennis nəzərdə tutduğu plan üzrə hərəkət edirdi. 1983-cü ilin sonunda Ron konstruktor şöbəsinə başçı təyin etdi – Qordon Koppakı əvəz etmiş Con Barnard komandaya gələn gündən qarşıdakı mövsüm üçün maşın hazırlamağa başladı. Ron uzun danışıqlardan sonra istefada olan Niki Laudanı çempionata qayıtmağa razı sala bildi və qeyri-stabil çıxışları ilə fərqlənən Andrea de Çezarisi ikiqat dünya çempionu ilə əvəz etdi. Ron daha çətin bir qərar qəbul etmişdi – komandanın sıfırdan yenidən qurulması zamanı komandaya böyük dəstək olmuş təcrübəli Con Uotsona qapını göstərmişdi. Bu addımın səbəbi isə 1983-cü ilin son yarışında titulu əldən verərək komandası ilə dalaşaraq komandadan qovulan Alen Prost idi. İşsiz qalan Alen növbəti gün McLaren-in 1984-cü ildə əsas sürücüsü elan olunmuşdu.
Ron Səudiyyə Ərəbistanından olan biznesmen Əkrəm Occeylə Britaniyada keçirilən sərgidə tanış olmuşdu və onu komandaya sponsorluq etməyə ruhlandırmışdı. Əkrəm gənc oğlu Mənsurun adına komandanın səhmlərini alaraq onu komandaya həmsahib etmişdi. Əkrəmin komandada rolu bununla sonlanmadı. Əkrəmin başçılıq etdiyi TAG (Techniques d’Avant Garde) şirkəti Frənk Uilyamsın yenidən qurduğu Williams komandasına sponsorluq edirdi. Ron isə Əkrəmi başqa bir sahəyə cəlb edə bildi. Porsche-nin motor mütəxəssislərinə yeni maşın üçün motor hazırlanması sifariş edildi. V-şəkilli 6 silindrli turbo motor çox yığcam və güclü olmaqla, həm də çox etibarlı alındı.
"Xəyalların komandası" həmin mövsümü çox güclü keçirdi. Mövsümün 16 yarışında qazanılmış 12 qələbə komandanı 10 il əvvəlki səviyyəyə qaytardı. Mövsümün əvvəli fransalı sürücü üçün uğurlu oldu amma mövsümün sonu avstriyalı veteran sürücü üçün məhsuldar alındı. Yekunda isə Formula1 tarixinin rekordu müəyyən oldu. Titul uğrunda mübarizədə ən minimal xal fərqi ilə cəmi yarım xal oldu. Və bu yarım xalı mövsümdə Monako Qran Prisi təyin etmişdi.
Monako Qran Prisinin digər xallarını isə Ferrari-dən Rene Arnu, Williams-dan Keke Rosberq və Lotus-dan Elio de Ancelis qazandılar. Amma bir neçə ay sonra Ken Tirrellin komandası çempionatdan qovuldu və bundan sonrada Detroytda Martin Brandl ikincilik qazandı. Stüardlar Tyrrell 012-ni təftiş etdilər və motorun yanında gizli rezervuar tapdılar. Bu səbəbdən komandanın sürücülərinin bütün yarışları və nəticələri ləğv olundu. Bununla da Monako Qran Prisində 6-cı yerə Ferrari-nin yeni sürücüsü Mikele Alboreto yüksəldi.
Yarışda qələbəyə görə Alen Prostun aktivinə cəmi 4.5 xal yazıldı. Əgər yarış davam etsəydi, Prost ikinci yerə görə 6 xal qazanardı. Həmin il Professor cəmi bir xal üstünlüklə karyerasında ilk titulunu qazanardı.
Leysan yağış səbəbindən yarışın başlaması təxirə salınmışdı. Sonradan 77 dövrə planlaşdırılan yarış 31-ci dövrədə başa çatdı. Yarışın belə erkən dayandırılması Ayrton Sennanı debüt mövsümündə ilk qələbəsini qazanmaq şansından məhrum etdi.[1] Yarış marşallarının qərarı çox söz-söhbətə səbəb oldu.