Facebook kəsintisi — 4 oktyabr 2021-ci il UTC saatıyla 15:39-da Facebook sosial şəbəkəsi və onun törəmə şirkətləri Messenger, Instagram, WhatsApp, Mapillary və Oculus yeddi saatdan çox müddət ərzində bütün dünyada əlçatmaz oldu.[1][2][3] Kəsinti həmçinin "Facebook ilə giriş et" özəlliyini istifadə etməyə çalışan şəxslərin də 3-cü tərəf saytlara girişini əngəllədi.[4]
Kəsinti əsnasında bir çox istifadəçi Twitter, Discord ve Telegram-a axın etdi və bu platformaların serverlərində fasilələrə yol açdı.[5][6][7][8] Problemin DNS və IP adresləri arasındakı əlaqədən qaynaqlandığı bildirildi.[5][9] Təxminən saat 20:50-də Sərhəd Keçid Protokolu (BGP) yönləndirməsi bərpa olundu və 21:05-də DNS xidmətlərinə giriş mümkün oldu. 1 saatdan artıq müddətdən sonra Facebook, Instagram və WhatsApp-a giriş tədricən mümkün oldu. 22:50-də isə problem tamamilə aradan qaldırıldı.[10]
Təhlükəsizlik mütəxəssisləri kəsintinin Sərhəd Keçid Protokolu tərəfindən Facebookun DNS serverlərinin yerləşdiyi IP ünvanı prefikslərinini gerilətməsi səbəbi ilə yarandığını və bununla da istifadəçilərin əlaqəli domenlərə əlçatanlığını və xidmətlərdən istifadəsini mümkünsüz etdiyini açıqladılar.[3][11] Təsirlər qlobal hal aldı; Məsələn, İsveçrə İnternet xidmət təminatçısı Init7, Sərhəd Keçid Protokolunda dəyişiklik edildikdən sonra Facebook serverlərinə yönələn internet trafikində böyük bir azalma qeyd etdi.[12]
Cloudflare, saat 15:39 -da (UTC) Facebook-un bütün məsul ad servlerlərinin tutunduğu IP prefiksləri də daxil olmaqla xeyli BGP yeniləmələri etdiyini və həmin əsnada bunun Facebook-un DNS serverlərini İnternetdən əlçatmaz vəziyyətə salmağına səbəb olduğunu açıqladı. 15:50-də yeniləmələrin artması ilə birlikdə DNS analizatoru ilə əlaqə itdi, 21:00-dan az sonra isə Facebook BGP yeniləmələrinə davam etdiyini açıqladı və Facebook-un domeni ilə 21:05-da yenidən əlaqə yaratmaq mümkün oldu.[13]
Oktyabrın 5-də Facebook-un mühəndis qrupu kəsilmənin səbəbini izah edən bir bloq yazısı yayımladı. Texniki xidmət zamanı qlobal internet onurğa sistemi qabiliyyətini dəyərləndirmək üçün bir əmr istifadə olundu və bu əmr yanlışlıqla Facebook-un bütün data mərkəzlərinin əlaqəsini kəsdi. Facebook-un DNS serverləri ayrı bir şəbəkədə işləyərkən, Facebook-un data mərkəzlərinə qoşula bilmədikləri təqdirdə BGP marşrutlarının geri çəkilmək üçün tərtib olunmuşdur ki, bu da internetin qalan hissəsinin Facebook-a qoşulmasını qeyri -mümkün etdi.[14]
Facebook, bir qrupun Santa Klara, Kaliforniya data mərkəzindəki server kompüterləri vasitəsilə sıfırlamasından sonra tədricən geri döndü.[5] Təxminən saat 22:45 UTC-də Facebook və əlaqəli xidmətlər yenidən istifadəyə açıq vəziyyətə gətirildi.[15] Şəbəkə kəsilmələrini izləyən Downdetector saytı bu günə qədər bir hadisə üçün ən böyük nəticə olan 10 milyondan artıq problem hesabatı dərc etdi.[16][17]
Kəsinti Facebook-un daxili kommunikasiyalarına, işçələrin xarici e-poçt göndərmə və almasında, şirkət rəhbərliyi ilə əlaqədə və Google Sənədlər və Zoom xidmətlərində identifikasiya baxımından əngəllər yaratdı.[2][3] New York Times, işçilərin təhlükəsizlik nişanları ilə binalara və konfrans salonlarına girə bilmədiklərini bildirdi.[2] Məşhur təhlükəsizlik tədqiqatçısı Stiv Gibson "gündəlik BGP yeniləmələri yanlış oldu və bu istifadəçilərə uzaqdan girişi əngəllədi" deyə açıqlama etdi və problemi həll etmək üçün serverlərə fiziki giriş icazəsi olan şəxslərin kəsintidən yaranmış problemdən dolayı giriş üçün icazə idenfikasiyasından keçə bilmədiyini bildirdi.[18]
Google Public DNS xidməti də kəsinti nəticəsində yavaşladı.[19] Gmail, TikTok və Snapchat istifadəçiləri də yavaşlamalar yaşadı.[20] CNBC, kəsintinin 2008-dən bu yana Facebook-un yaşadığı ən bərbad vəziyyət kimi qiymətləndirdi.[21] Kəsintinin yaşandığı gün şirkətin səhmləri %5-ə yaxın düşdü ve Facebook-un CEO-su Mark Zukerberqin sərvəti 6 milyard dollardan çox azaldı.[21][22][23] Fortune və Snopes tərəfindən hazırlanan bir hesabata görə, Facebook reklam gəlirlərindən ən az 60 milyon dollar itirdi.[24]
Kəsintinin əsas təsir gücü inkişaf etməkdə olan ölkələrdə ünsiyyət, işgüzar və humanitar fəaliyyətlərdə hiss olundu.[25]
Facebookun Texnologiya üzrə Baş Direktoru Mike Schroepfer kəsinti bir neçə saata qədər uzandıqdan sonra üzr mesajı paylaşdı və "komandalar mümkün qədər çevik bir şəkildə problemi həll və bərpa etmək üçün çalışırlar" deyə açıqladı.[26]
ABŞ Nümayəndələr Palatasında çalışan konqres üzvü Aleksandriya Okasio-Kortez kəsinti ilə bağlı tvit atdı və insanlardan Twitter-də dəlil əsaslı paylaşımlar etməyi xahiş etdi və Facebook-un nüfuzu ilə saxta xəbərlərlə bağlı lağ etdi.[27] Twitter, Reddit və alt-texnologiya platformaları Parler və Gettr-də rəsmi Twitter hesablarında kəsintini lağa qoyan tvitlər yerləşdirdi.[17][28]
Həm Twitter, həm də Telegram-dakı istifadəçilər normal olaraq Facebook xidmətlərindən istifadə edən insanların bu xidmətlərə yönəlməsindən dolayı bu proqramların fəaliyyətində müəyyən gecikmələr yaşandığını bildirdilər.[26]
Bəzi media orqanları Frances Haugenin dediklərinin kəsilmə ilə üst-üstə düşdüyünə bu iki hadisənin bir-biri ilə əlaqəsi olmasa da diqqət çəkdilər.[29]