25-ci piyada diviziyası (ABŞ)

25-ci piyada diviziyası (ing. 25th Infantry Division) ABŞ ordusunun 1941-ci ildən mövcud olan taktiki hərbi birləşməsi. Ləqəbi "Tropik ildırım"dır (Tropic Lightning). Bundan başqa, "Elektrikli çiyələk" (Electric Strawberry) də adlanır.

25-ci piyada diviziyası
Ölkə
Daxildir Amerika Birləşmiş Ştatları Quru Qoşunları[d][1]
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

Birləşmə 1 oktyabr 1941-ci ildə Havay adalarında yaradılmışdır. "Od vəftizi" 1943-cü ilin yanvarında Quadalkanal adasında baş vermişdir. Həmin ilin iyul–avqust aylarında Nyu-Corciyada döyüşlərdə iştirak etmişdir. Bundan sonra diviziya Yeni Zelandiyaya, daha sonra isə kadrların istirahəti və təlimi üçün Yeni Kaledoniyaya köçürülmüşdür. 1945-ci ilin birinci yarısında Filippinin azad edilməsində iştirak etmişdir. Müharibənin başa çatması ilə 25-ci piyada diviziyası Yaponiyaya göndərilmiş və orada beş il işğal xidməti göstərmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Ellis J. Section 3, Part I Combat Divisions, Allied - US // World War II: The Encyclopedia of Facts and Figures. 1995. S. 115.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]