Dörd təkərli idarəetmə (ing: Four wheel steering) əyilmələrdə yol tutma qabiliyyətini artıran, nəqliyyat vasitələrinin yüksək sürətlərdə təhlükəsizliyini və asanlıqla edilməsini təmin edən və şəhərdəki manevrləri və parklamanı asanlaşdıran bir sistemdir.
İlk 4ws sistemi 1905-ci ildə Lotil markalı traktorda tətbiq olunmuşdur. Honda 1987-ci ildə mexaniki idarəetməlisini, Mazda isə elektron idarəetməlisini 1988-ci ildə bazara çıxarmışdır.
Ön təkərləri sağa və ya sola döndərdiyimizdə arxa təkərlər də ön təkərlərin təxminən 5-dən 1-i qədər sağa və ya sola dönərək avtomobilin arxa hissəsinin döngədən qaçmasına mane olurlar. Yüksək sürətlərdə arxa təkərlər ön təkərlərlə eyni istiqamətdə, aşağı sürətlərdə isə əks istiqamətdə dönürlər.