Firma ayrıca ATVlər, dəniz mühərrikləri, elektrik generatorları, bağça maşınları da istehsal edir. İldə 14 milyon ilə Dünyanın ən böyük mühərrik istehsalçısıdır. Mərkəzi Tokioda olan Honda, dünya səviyyəsində çox ölkədə istehsal və satış ilə məşğuldur.
1949 - Dream D-type adlı 2 silindrli 98 cc motosikleti çıxardı
1952 - Mərkəz ofisini Tokioya keçirtdi
1959 - Motosiklet yarışlarındakı ilk əhəmiyyətli müvəffəqiyyətini İngiltərədə əldə etdi. Isle Of Man Tourist Trophy GP yarışlarında 6, 7 və 8-ci sıraları tutaraq 125 cc markalar çempionu oldu.
1959 - American Honda Motor Co. Quruldu
1960 - Motosiklet istehsalı üçün Suzuka fabriki quruldu
1946-1963 - İlləri arasında dəyişik motosikletlər çıxarmış və motoyarışlarda əhəmiyyətli nəticələr əldə etmişdir
1963 - İlk idman avtomobili S500-ü və kiçik pikap T360-ı çıxardı
1963 - Belçikada motosiklet istehsalına başladı
1964 - İlk dəfə girdiyi Formula 1 yarışlarında 9-cu oldu
1965 - Mexiko GP-ində ilk zəfərini qazandı
1965 - Portativ generator istehsalına başladı
1966 - S800 modeliylə ixracat hücumuna başladı
1967 - Suzuka fabrikində kiçik vasitələrin istehsalına başlandı