5-ci piyada diviziyası (ABŞ)

5-ci piyada diviziyası (ing. 5th Infantry Division ) — ABŞ ordusunun taktiki hərbi birləşməsi. Ləqəbi "qırmızı almaz"dır (ing. Red Diamond). Bu piyada diviziyasının devizi "Biz edəcəyik" sözləri idi (ing. We Will).

5-ci piyada diviziyası
Ölkə
Daxildir Amerika Birləşmiş Ştatları Quru Qoşunları[d][1]
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

Diviziya 11 dekabr 1917-ci ildə yaradılmışdır. 1 may 1918-ci ildən cəbhədədir. Sen-MiyelMöz-Arqonn əməliyyatlarında iştirak etmişdir. Müharibədən sonra işğal bölmələrinin tərkibində Avropada qalmışdı. 21 iyul 1919-cu ildə ABŞ-yə qayıtmışdır

İkinci Dünya müharibəsi illərində Avropada hərbi əməliyyatların başlaması ilə diviziya briqada generalı Hodces Kempbellin komandanlığı altında yenidən aktivləşdirilmişdi. Üç piyada alayı, bir artilleriya və bir istehkamçı batalyonundan ibarət idi. 1942-ci ilin mayında bölmə İslandiyaya göndərilmiş, lakin sonradan ləğv olunmuş və yalnız bir il sonra, 1943-cü ilin mayında yenidən beşinci piyada olaraq yenidən təşkil edilmişdir.

9 iyul 1944-cü ildə Normandiyaya endi və dekabr ayına qədər döyüşmüşdür. 1944-ci ilin qışında Ardendə alman hücumunu dəf edən ABŞ qoşunlarının bir hissəsi idi. 22 mart 1945-ci ildən Almaniyanın işğalında iştirak etmişdir.

Müharibə zamanı bölmənin itkiləri: 2,298 ölü, 9,549 yaralı, 683 əsir. Daha 288 nəfər itkin düşmüş hesab olunur.

Vyetnam müharibəsində Tet hücumundan sonra diviziyanın 1-ci briqadası Cənubi Vyetnama göndərilmişdir. 1968-ci ilin iyulundan cəbhədə olmuşdur. 22 avqust 1971-ci ildə ABŞ-yə qayıtmışdır.

ABŞ-nin Panama işğalında iştirak etmişdir. Əməliyyat zamanı diviziyanın itkisi 2 nəfərin ölümü olmuşdur. 1992-ci ilin noyabrında ləğv edilmişdir. Diviziyanın qalan hissəsi 2-ci zirehli diviziyaya birləşdirilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Ellis J. Combat Divisions // World War II: The Encyclopedia of Facts and Figures. 1995. S. 115.