55-lər hadisəsi və ya Sivas düşərgəsi[1] — 27 may çevrilişindən sonra şərq və cənub-şərqdən seçilmiş 55 ağa, şeyx və tayfa başçısının Qərbi Anadoluya sürgün edilməsi.
Milli Birlik Komitəsi DP üzvlərini "Kürdüstanda hökumət qurmaqda" ittiham etmişdir.[2][3][4] 31 may 1960-cı ildə MBK-nin "Cümhuriyyət" qəzetində bu mövzuda müxtəlif sənədlər tapdığı, Şeyx Səidin oğlunun DP hakimiyyəti dövründə şərqə təbliğat səfərləri etdiyi məlum olmuşdur.[5]
Çevrilişdən 4 gün sonra şərq və cənub-şərqdən seçilən 485 ağa və şeyx Sivas Kabak Yazısı düşərgəsinə göndərilmişdir.[6][7] Camal Gürsəlin bu mövzuda 2,500 tanınmış kürdü öldürməyi təklif etdiyi iddia olunmuşdur. Sivasdakı düşərgə 19 oktyabr 1960-cı ildə qüvvəyə minən 105 saylı Məcburi Məskunlaşma Qanunu ilə boşaldılmış və Milli Birlik Komitəsi tərəfindən "55 ağa" DP-ni dəstəklədiyi iddia edilərək Antalya, İsparta, İzmir, Afyon, Manisa, Dənizli və Çoruma sürgün edilmişdir. Bu qanun 1962-ci ildə ləğv olunmuşdur.[8][9][10]
Şimal-şərqi İraqda Mustafa Bərzaninin liderliyi ilə Kürdüstan Demokrat Partiyasının başlatdığı hərəkat Türkiyənin Hakkari, Van, Siirt, Mardin, Diyarbəkir, Muş, Şırnak kimi regionlarına təsir göstərmişdir. Bu ərazilərdə Bərzani lehinə yaraqlıların toplanılması cəhdləri edilmişdir.[11]
Molla Mustafa Bərzani mülkədar, şeyx və tayfa başçısı hesab olunurdu. O, Türkiyədə kürd hərəkatını ağa, şeyx və tayfa başçılarının qızışdırdığı düşünülürdü. Bu səbəbə görə onlar hədəfə alınmışdılar.[11]
1961-ci il Konstitusiyasında bəzi dəyişikliklər edilmişdir. 1924-cü il Konstitusiyasının 3-cü maddəsi olan "Suverenlik qeyd-şərtsiz millətindir" ifadəsi "Suverenlik qeyd-şərtsiz türk millətinindir" olaraq dəyişdirilmişdir.[12]