63-ün tutqun payızı qısametrajlı sənədli televiziya filmi rejissor Orman Çingizoğlu tərəfindən 2003-cü ildə çəkilmişdir. Film Lider televiziyasında istehsal edilmişdir. Film 1963-cü ildə Sumqayıtdakı anti-sovet mitinqindən bəhs edir.
63-ün tutqun payızı | |
---|---|
63-ün tutqun payızı | |
Janr |
sənədli qısametrajlı tarixi |
Rejissor | Orman Çingizoğlu |
Prodüser | Elman Dadaşoğlu |
Ssenari müəllifi | Müsəllim Həsənov |
Operatorlar |
Rüfət Məmmədoğlu Rəşad Nuriyev Elşən Əliyev |
İstehsalçı | Lider televiziyası ("Azərbaycan" redaksiyası)[1] |
İlk baxış tarixi | 24 avqust 2003, Lider televiziyası |
Filmin növü | qısametrajlı sənədli televiziya filmi |
Müddət | 24 dəq. |
Ölkələr | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2003 |
Rəng | rəngli |
Film 1963-cü ildə Sumqayıtdakı anti-sovet mitinqindən bəhs edir.[1]
1963-cü il noyabrın 7-də Oktyabr inqilabının növbəti ildönümünə həsr edilmiş nümayiş zamanı Boru Prokat Zavodunun bir qrup fəhləsi əsas dəstədən ayrılaraq şəhər rəhbərliyinin dayandığı tribunaya sarı getmiş, mədəniyyət evinin fasadından Nikita Xruşşovun böyük portretini qopararaq ayaqlar altına atmışdılar. 600-800 nəfərə qədər adam 3 gün ərzində Sumqayıtı bir-birinə qatmışdı.[2][3]
Xruşşov dövrünün son iri kütləvi qarşıdurması kimi dəyərləndirilən Sumqayıt hadisələri kütləvi psixologiyada baş verən incə transformasiyaları anlamaqda əyani nümunədir.[3]
Ssenarist: Müsəllim Həsənov
Rejissor: Orman Çingizoğlu
Operator: Rüfət Məmmədoğlu, Rəşad Nuriyev, Elşən Əliyev
Prodüser: lman Dadaşoğlu