Orman Əliyev

Orman Çingiz oğlu Əliyev (30 avqust 1980, Bakı) — Azərbaycanlı kinoprodüser, rejissor, Bakı Media Mərkəzinin icraçı direktoru, Avropa Film Akademiyasının üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (2018).

Orman Əliyev
Orman Çingiz oğlu Əliyev
Digər adı Orman Çingizoğlu[1]
Doğum tarixi 30 avqust 1980(1980-08-30) (44 yaş)
Doğum yeri
Atası Çingiz Əlioğlu
Fəaliyyəti kinoprodüser
rejissor
teatrşünas
Təhsili
İstiqamət kino
televiziya
radio
Üzvlüyü
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı — 2018
"Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019)" yubiley medalı — 2019 "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı — 2021 "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992–2022)" yubiley medalı — 2022
IMDb ID7901998
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əliyev Orman Çingiz oğlu 30 avqust 1980-cı ildə Bakıda ziyalı ailəsində anadan olub.[1] Atası Azərbaycanın tanınmış şairi, bədii ədəbiyyatın tərcüməçisi və nasir Çingiz Əlioğludur. Orta təhsilini Bakı şəhərindəki 8 saylı məktəbdə alıb. 1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin televiziya rejissoru ixtisasına daxil olub, 2001-ci ildə bakalavr təhsilini fərqlənmə diplomu ilə bitirib.[1] 2001-2003-cü illərdə həmin universitetdə teatrşünaslıq ixtisası üzrə magistr dərəcəsini də fərqlənmə diplomu ilə başa vurub.[1] Hazırda sənətşünaslıq üzrə fəlsəfə doktorudur.

2000-2001-ci illərdə Azərbaycan Televiziya və Radio Şirkətində rejissor assistenti olaraq işləyib.[1] 2001-2004-cü illərdə Lider televiziyasında rejissor kimi fəaliyyətini davam etdirib.[1] 2005-2006-ci illərdə İctimai Televiziyada rejissor vəzifəsində çalışıb. 2006-2007-ci illərdə İctimai Televiziyada kino, dublyaj departamentinin direktor müavini vəzifəsini icra edib. 2007-2008-ci illərdə həmin televiziyada Musiqi və Əyləncəli verilişlər departamentinin direktoru, 2008-2009-ci illərdə İctimai Televiziyada "Carçıfilm" Yaradılıcıq Birliyinin direktor müavini vəzifələrində fəaliyyət göstərib.[1] 2009-2012-ci illərdə İctimai Televiziyada Rejissor və operatorlar departamentinin baş rejissoru vəzifəsində kanalın yaradıcı məhsullarının formalaşmasında aktiv rol oynayıb.

2008-2012-ci illərdə Avroviziya Mahnı Müsabiqəsinin Azərbaycan nümayəndə heyətinin üzvü olub. 2012-ci ildə Azərbaycanda keçirilən Avroviziya Mahnı Müsabiqəsində işçi qrupunda şounun prodüseri kimi yaxından iştirak edib. Orman Əliyev 2013-cü ildən etibarən Azərbaycanın audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı və innovativ media şirkəti Bakı Media Mərkəzinin icraçı direktorudur.[1][2][3] Bununla yanaşı, Orman Əliyev həm yerli, həm də qlobal brendlərin inkişaf etməsinə kömək edən marketinq kommunikasiya peşəkarlarından ibarət komandanın formalaşdığı "Maverick" reklam şirkətinin idarəetməsini həyata keçirir. Həmçinin peşəkar bacarığını medianın geniş auditoriyaya müraciət edən radio sahəsində də təcrübədən keçirib. Belə ki, 2022-ci ilin noyabr ayında Orman Əliyev rəhbərliyi ilə iki yeni FM radiosu dinləyicilərin istifadəsinə təqdim olunub: 93.3 FM dalğasında BakuRetroFM-də sevilən retro ifalar, 97.7 FM dalğasında olan BakuHitFM-də isə dünya musiqi çartlarının məşhur hitləri səslənir.

Orman Əliyev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Kino Şurasının Layihələrin iqtisadi qiymətləndirilməsi üzrə işçi qrupunun üzvüdür.[4] 2022-ci ildə Avropa Film Akademiyasının üzvü seçilmişdir.[5][6]

  • 2003 — Ən yaxşı etnoqrafik film ("Səsin naxışı" filminə görə)
  • 2003 — İlin ən yaxşı sənədli filmi ("Səsin naxışı" filminə görə)
  • 2021 — VI Türk Dünyası Sənədli Film Festivalının "Peşəkar sənədli film" bölümündə münsiflər heyətinin xüsusi mükafatı ("Biz" filminə görə)[7][8]
  • 2021 — Jahorina Beynəlxalq Film Festivalında "Ən yaxşı sənədli film" nominasiyasının qalibi ("Sonuncu" filminə görə)[9]
  • 2021 — DokuBaku Film Festivalında "Ən yaxşı yerli sənədli film" nominasiyasının qalibi ("Sonuncu" filminə görə)[10]
  • 2022 — 15-ci Beynəlxalq Çeboksarı Film Festivalının baş mükafatı ("Sonuncu" filminə görə)[11]
  1. Duyğu fraqmentləri (2002)
  2. Manej duyumları (2002)
  3. Səsin naxışı (2002)
  4. Səhnə işığına doğru (2002)
  5. Tale çarpazları (2002)
  6. Axırıncı aşırıma qədər (2002)
  7. İlahi bölgü (2002)
  8. Sənətin sehrinə doğru (2002)
  9. Kürə qovuşan ömür (2002)
  10. Azərbaycan faunası: Qafqaz gürzəsi (film, 2002)
  11. Divarın o üzündə (2002)
  12. Şöhrət, yaxud unudulan adam (2002)
  13. Çarpaz budaqlar arasında (2002)
  14. On ilin uğurları (2002)
  15. Sənətin sehrinə doğru (2002)
  16. İşığın rapsodiyası (2002)
  17. Naxışlar (2003)
  18. Gecə zəngi (2003)
  19. İldırımlı yolun yolçuları (2003)
  20. Qərib bir səs (2003)
  21. 63-ün tutqun payızı (film, 2003)[14]
  22. Naxçıvan lövhələri (2003)
  23. Qürbət eskizlər (2003)
  24. Azərbaycan (2005)
  25. Qarabağdan Kölnə aparan yol (2006)
  26. Daşdan tikilmiş şəhər (film, 2008)
  27. Biz (2021)[15][16]
  1. Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu? (film, 2015)
  2. Əbədi ezamiyyət (film, 2016)
  3. Bir günəş altında (film, 2016)
  4. Son iclas (film, 2018)[17]
  5. Miras (2018)[18]
  6. Suğra və oğulları (film, 2021)
  7. Sonuncu (2021)
  8. Şuşa, sən azadsan! (film, 2021)
  9. Mərmər soyuğu (film, 2022)
  1. Papaq (film, 2007)

Televiziya və yayım layihələrində prodüseri olduğu işlər

[redaktə | mənbəni redaktə et]
  1. Avroviziya Mahnı Müsabiqəsi (2008-2011)
  2. Avroviziya Mahnı Müsabiqəsi (2012)
  3. World Music Awards (2008)
  4. Bakı 2015 - Avropa Oyunları (2015)
  5. Tbilisidə 13-cü Avropa Gənclər Olimpiya Festivalı (2015)
  6. Tur d’Azərbaycan (2014-2017)
  7. Bakı 2017 - IV İslam Həmrəyliyi Oyunları (2017)
  8. 2018 UCI BMX Dünya Çempionatı (2018)
  9. "Yol əhvalatı" səyahət verilişi (2018-2019)
  10. Neom şəhərində FİFA-nın təstiq etdiyi çimərlik futbolu üzrə 50-ci dünya çempionatı
  11. “Karate1” Premyer Liqa turniri (2022)
  12. Beynəlxalq Atıcılıq İdman Federasiyasının Dünya Kuboku (2022)
  13. "Rakkadaroom" televiziya verilişi (2022)
  1. 1 2 3 4 5 6 7 8 Nəriman Əbdülrəhmanlı. Azərbaycan kino sənəti tarixi. 4 cilddə. IV cild. Bakı: Qanun, 2020 - səh. 410.
  2. Heydər Əliyev Fondu. "Bakı Media Mərkəzinin inzibati binasının rəsmi açılış mərasimi olub" (az.). Heydər Əliyev Fondu. 02.06.2017. 2017-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-04.
  3. Zəfər. "Zəfər günü" (az.). Zefer.az. 08.11.2022. 2022-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-04.
  4. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Kino Şurası yaradılıb" (az.). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 20.05.2020. 2022-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-04.
  5. AzərTAc. "Kino xadimlərimiz Avropa Film Akademiyasına üzv seçilib" (az.). Azertag.az. 11.05.2022. 2022-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-03.
  6. Nərmin Muradova. "Kinematoqrafçılarımız Avropa Kino Akademiyasına üzv seçildi" (az.). Teleqraf.com. 10.05.2022. 2022-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-04.
  7. Muskarahaber. "6. Türk Dünyası Belgesel Film Festivali'nin Finalistleri Belirlendi" (türk). Muskarahaber.com. 03.10.2021. 2022-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-03.
  8. Manera. "Vətən müharibəsinə həsr olunan film mükafata layiq görülüb" (az.). Manera.az. 15.10.2021. 2022-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-04.
  9. Kulis. "Filmimiz iki beynəlxalq mükafat qazandı" (az.). Kulis.az. 29.11.2021. 2022-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-04.
  10. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. ""Sonuncu" filmi daha iki mükafat qazanıb" (az.). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 29.11.2021. 2022-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-04.
  11. "Mədəniyyət" qəzeti. ""Sonuncu" filmi Rusiyada mükafata layiq görülüb" (az.). "Mədəniyyət" qəzeti. 12.06.2022. 2022-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-04.
  12. President.Az. "Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.08.2018. 2022-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-03.
  13. Azərbaycan Respublikasının Müdafiə nazirinin 26 iyun 2021-ci il tarixli əmri
  14. Etibar Cəbrayıloğlu. "Efirimizin "Bakı vaxtı"" (az.). Azərbaycan Milli Kitabxanası. 09.02.2012. 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-04.
  15. Haber Global. "Bakü Medya Merkezi'nin Başkanı Arzu Aliyeva'ya Korkut Ata Film Festivali'nde ödül" (türk). Haber Global. 13.11.2021. 2022-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-04.
  16. Samirə Abdullayeva. "Haber Global prepares footage about awarding prize of International Festival to Arzu Aliyeva" (ingilis). Report.az. 13.11.2021. 2022-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-04.
  17. Екатерина Милицкая. "Азербайджанской Демократической Республике 100 лет: век демократии" (rus). Журнал «Баку». 01.07.2018. 2022-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-04.
  18. Fact-info. "Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətindən bəhs edən "Miras" bədii-sənədli filminin təqdimatı olub" (az.). Fact-info. 21.12.2018. 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-03.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]