Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
Həsənov Müsəllim Qaman oğlu — jurnalist, ssenarist, kino redaktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2018).[mənbə göstərin]
Müsəllim Həsənov | |
---|---|
Müsəllim Qaman oğlu Həsənov | |
Doğum tarixi | 22 dekabr 1958 (64 yaş) |
Doğum yeri | Şiştəpə, Şəmkir |
Fəaliyyəti | ssenarist |
Mükafatları |
Müsəllim Həsənov 1958-ci il dekabrın 22-də Şəmkir rayonunun Şiştəpə kəndində anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub, 1985-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1985–1989-cu illərdə Azərnəşrdə çalışıb, 1989–1992-ci illərdə "Yeni Fikir" qəzeti redaksiyasında şöbə müdiri, redaktor müavini işləyib. 1992-ci ildən 1996-cı ilin sonuna qədər "Müstəqil qəzet"də çalışıb. 1997-ci ilin yanvarından noyabr ayına qədər "Panorama" qəzetində şöbə müdiri, 1997-ci ilin noyabrından 2000-ci ilin aprelinə qədər Azərbaycan Respublikası Prokurorluğunda mətbuat xidmətinin rəhbəri olub.
2002–2008-ci illərdə "Media-Holdinq" şirkətində çalışlb, "Bizim Əsr" qəzetində şöbə müdiri, "Lider" televiziyasında redaktor vəzifələrində işləyib.
"Lider" televiziyasında nümayiş olunan bir sıra sənədli filmlərin ssenari müəllifi və redaktoru olub.
2010-cu ilin yanvarından İctimai Televiziyanın "Carçı-Film" Yaradıcılıq Birliyində redaktor və böyük redaktor vəzifələrində çalışıb.
İctimai TV-də nümayiş olunmuş "Daşdan tikilmiş şəhər", "Amerika və amerikalılar", "Mübariz" (Milli Qəhrəman Mübariz İbrahimov haqqında) filmlərinin ssenari müəllifidir.
İctimai televiziyada nümayiş olunan "Bakı vaxtı" sənədli filmlər silsiləsinin müəllifi və aparıcısı olub.
2014-cü ilin yanvarından Bakı Media Mərkəzinin redaktorudur.
2016-cı ildə Ali Media mükafatı alıb.
1 avqust 2018-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.[1]
İctimai televiziyada nümayiş olunan "XX yüzillik. Faktlar, hadisələr və insanlar" proqramının müəllifi və aparıcısıdır.
Tərcüməçi, dosent Şəhla Nağıyeva ilə evlidir, 3 övladı var.
İtən şəhərlər:
"Amerika etüdləri" silsiləsi:
"Bakı vaxtı" silsiləsi:
"XX yüzillik. Faktlar, hadisələr və insanlar" silsiləsi (İctimai TV)