92-ci ilin qarı

92-ci ilin qarı qısametrajlı sənədli filmi rejissor Gültəkin Nəriman tərəfindən 2014-cü ildə çəkilmişdir. Film Bakı Şəhəri İcra Hakimiyyəti Kino Xidməti İdarəsində istehsal edilmişdir. Film 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırım — Xocalı soyqırımından bəhs edir.

92-ci ilin qarı
92-ci ilin qarı
Janr sənədli
qısametrajlı
tarixi
müharibə
Rejissor Gültəkin Nəriman
Prodüser Natiq Əliyev
Ssenari müəllifi Gültəkin Nəriman
Operator Elman Nəbiyev
İstehsalçı Bakı Şəhəri İcra Hakimiyyəti Kino Xidməti İdarəsi
İlk baxış tarixi 21 fevral 2014
Filmin növü qısametrajlı sənədli film
Müddət 22 dəq.
Ölkələr Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2014
Rəng rəngli

Film 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırım — Xocalı soyqırımından bəhs edir.[1] Xocalı faciəsi 200 ildən artıq bir müddətdə ermənilər tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik tənzimləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir.

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.[2] Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.[3]

Filmdə qanlı gecənin şahidlərinin ifadələri də yer almışdır. Film Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuşdur.[4]

Filmin üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]

Ssenarist: Gültəkin Nəriman
Rejissor: Gültəkin Nəriman
Operator: Elman Nəbiyev
Prodüser: Natiq Əliyev

  1. "Xocalı soyqırımı". 2022-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-08.
  2. "AZERIS MARK THE KHOJALY MASSACRE". foreignpolicynews.org. foreignpolicynews.org. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 avqust 2016.
  3. Abbasov, Shahin. "Azerbaijan: Baku Presses Genocide Recognition Campaign for Khojaly". www.eurasianet.org. www.eurasianet.org. 2014-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 avqust 2016.
  4. Xocalı soyqırımı ilə bağlı “92-ci ilin qarı” mövzusunda tədbir keçirilmişdir