92-ci ilin qarı qısametrajlı sənədli filmi rejissor Gültəkin Nəriman tərəfindən 2014-cü ildə çəkilmişdir. Film Bakı Şəhəri İcra Hakimiyyəti Kino Xidməti İdarəsində istehsal edilmişdir. Film 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırım — Xocalı soyqırımından bəhs edir.
92-ci ilin qarı | |
---|---|
92-ci ilin qarı | |
Janr |
sənədli qısametrajlı tarixi müharibə |
Rejissor | Gültəkin Nəriman |
Prodüser | Natiq Əliyev |
Ssenari müəllifi | Gültəkin Nəriman |
Operator | Elman Nəbiyev |
İstehsalçı | Bakı Şəhəri İcra Hakimiyyəti Kino Xidməti İdarəsi |
İlk baxış tarixi | 21 fevral 2014 |
Filmin növü | qısametrajlı sənədli film |
Müddət | 22 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2014 |
Rəng | rəngli |
Film 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırım — Xocalı soyqırımından bəhs edir.[1] Xocalı faciəsi 200 ildən artıq bir müddətdə ermənilər tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik tənzimləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir.
Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.[2] Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.[3]
Filmdə qanlı gecənin şahidlərinin ifadələri də yer almışdır. Film Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuşdur.[4]
Ssenarist: Gültəkin Nəriman
Rejissor: Gültəkin Nəriman
Operator: Elman Nəbiyev
Prodüser: Natiq Əliyev