Açıq səma altında muzey

Açıq səma altında muzeyMuzeyeksponatlar açıq səma altında nümayiş olunur və qorunur.

Haqqında[redaktə | mənbəni redaktə et]

Açıq səma altında muzeyin təşkil etməyin vacibliyi ideyası və prinsipləri ilk dəfə olaraq isveçrəli alim Ç.Bonsetten tərəfindən XVIII əsrdə irəli sürülmüşdür. İsveçrə 1891-ci ildə isə Qezelius məşhur "Skansen" muzeyini təşkil etdi. AvropaAmerika qitələrində belə muzeylər çoxdur (Kopenhagendə – 1897, Osloda – 1902, Arnxemdə – 1912 və s.). Təkcə Polşada belə muzeylərin sayı 35-ə çatmışdır. Finlandiyada Serasaari adasında ənənəvi kəndli malikanəsi və o cümlədən XVIII əsrə aid zəngin etnoqrafik abidələr saxlanmaqdadır. Burada bütün sənətkarlıq emalatxanaları və dəyirmanlar işlək vəziyyətdə nümayiş etdirilir. Almaniyanın Zanvüst şəhərində alman kəndinin 250 illik tarixini izləmək mümkündür. Buxarestdə yerləşən muzey-kənd də diqqəti cəlb edir. Muzeydə 62 kompleks abidə və 18 min eksponat nümayiş etdirilir. 1940-cı ildə Finlandiyanın Turku şəhərində xalq sənətkarlığına aid xüsusi muzey açılmışdır. Burada onlarca sənətkarlıq sahəsi ilkin variantda nümayiş etdirilir. Keçmiş SSRİ məkanında açıq səma altında ilk etnoqrafik muzey 1928-ci ildə Riqada təşkil olunmuşdur. 1957-ci ildə isə Estoniyada "Rokk-al-Mare" muzeyi açılmışdır. Muzey XVIII-XIX əsrlərdə estonların məişətinə dair gözəl təsəvvür yaradır. Novqorod, Tbilisi, LvovSuzdal şəhərlərində də belə muzeylər fəaliyyət göstərir. Öz miqyasına görə Kiyev yaxınlığında açılmış muzey diqqəti xüsusilə cəlb edir. Muzey 200 hektar sahəni əhatə edir. İri eksponatların sayı isə 200-ə çatır. Burada 400 illik yaşı olan yaşayış evi nümayiş etdirilir.

Mənbə[redaktə | mənbəni redaktə et]