Ağçala gölü

Ağçala — Muğan düzünün cənub şərqində bataqlıq göl.

Ağçala gölü
Ümumi məlumatlar
Eni 21 km
Uzunluğu
  • 28 km
Tökülən çay yoxdur
Minerallaşma tipi Şorsulu
Yerləşməsi
39°27′23″ şm. e. 48°43′41″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Yerləşməsi Biləsuvar rayonu
(Azərbaycan)
Ağçala gölü xəritədə
Ağçala gölü
Ağçala gölü
Ağçala gölü (Azərbaycan)
Ağçala gölü

1896-cı ildə Araz çayı daşıb Muğan düzünü basarkən Ağçala, Mahmudçala və Cavadçala gölləri yaranmışdı. Hazırda Mahmudçala gölü bataqlığa çevrilmiş və öz növbəsində iki hissədən - Mahmudçala və Ağçala göllərindən ibarət olmuşdur. Beləliklə, ərazidə iki Ağçala gölü meydana gəlmişdir. Əvvəllər göl Araz çayı daşan zaman dolurdu. İndi isə gölə su Muğanın suvarma kanallarından və Bolqarçayın artıq sularından toplanır. Hidronim ağ və çala (çökək yer, çuxur yer; dərə, quyu; əkilməmiş yer; yağış və çay sularının doldurulduğu çökək) sözlərindən düzəlmişdir. Tədqiqatçıların bir qismi bu hidronimin suyun keyfiyyəti ilə bağlı olduğunu söyləyir. Bəzi tədqiqatçılar isə çalanın yay fəslində suyunun qurumasından duzların üzə çıxması və ağ rəngdə olması ilə əlaqələndirirlər. Mənbələrdə təkcə Salyan və Biləsuvar rayonları ərazisində 4 Ağçala adlı gölün olduğu göstərilir.[1]

Ağ göl

  1. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007,