Ağ göl

Ağ gölAzərbaycanın AğcabədiBeyləqan rayonlarının ərazisində göl.

Ağ göl
Ümumi məlumatlar
Mütləq hündürlüyü 1566 m
Eni 1,5 km
Uzunluğu 25 km
Sahil uzunluğu 25 km
Sahəsi 5000 km²
Həcmi 44,7 mln
Dərin yeri 2,5 m
Orta dərinliyi 0,8 m
Duzluluğu 5-10 
Yerləşməsi
39°59′57″ şm. e. 47°39′24″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon
Yerləşməsi Ağcabədi
Ağ göl xəritədə
Ağ göl
Ağ göl
Ağ göl xəritədə
Ağ göl
Ağ göl
Ramsar yeri

İstinadı: 1075[1] [1] ing.
Daxil edilməsi: 21 may 2001

Ağ göl Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olub, köçəri və yerli quşların, eləcə də digər heyvanların məskunlaşdığı ərazilərdən biridir. Ağ gölün qorunmasının beynəlxalq əhəmiyyəti vardır. Bu da göldə adları Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahı"sınaAzərbaycanın Qırmızı Kitabına daxil edilmiş quşların məskunlaşması ilə bağlıdır.[2] Ağ göl mühüm su-bataqlıq ərazisi kimi miqrasiya edən quş növlərinin qışlama yeri olub, 2001-ci il 25 may tarixində "Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında" Ramsar Konvensiyasının "Ramsar Siyahısı"na daxil edilmişdir.[3][4]

Fiziki-coğrafi şəraiti

[redaktə | mənbəni redaktə et]

Ağ göl dəniz səviyyəsindən aşağıda yerləşir. O, əsasən, Kür və Araz çaylarının mütəmadi daşqınları nəticəsində yaranmışdır. Belə ki zaman-zaman bu çayların mütəmadi və güclü mövsümi daşqınları ətrafdakı böyük çalaları dolduraraq orta dərinlikli, sahəsi o qədər də böyük olmayan göllər yaratmışdır. Mingəçevir hidrosisteminin (1953) və Araz su anbarının (1979) inşaları bu göllərin böyük əksəriyyətinin qurumasına səbəb olmuşdur. Nəticədə Mahmudçala, Ağçala, Şilyan gölləri bataqlıqlaşmış, Sarısu, Ağgöl, Mehman göllərinin hidroloji rejimi köklü dəyişmişdir. Hazırda bu göllərin su balansı duzlu kollektor suları hesabına tənzimlənir.[5]

Göllərin duzluluğu 5-10 q/l, orta dərinliyi 0.8 m, maksimal dərinliyi 2.5 m-dir. Ağgöl vahid açıq su hövzəsi deyil. O, bir neçə adaları birləşdirən böyük (50 ha) su hövzəsidir. Bu hövzələr bir-birləri ilə sıx qamışlıqlarla əhatə olunmuş axarlarla birləşir. Hər bir hövzədə sahəsi 2-10 ha olan çoxlu sayda ada mövcuddur. Bu adalar qamış, şoranotu, taxıl bitkiləri və müxtəlif otların sıx formasiyaları ilə örtülmüşdür. Şərqdən qərbə doğru uzanan, kələ-kötür sahil xətlərinə və xırda "körfəzciklər"ə malik olan bu göllər sisteminin uzunluğu 25 km, eni isə 1,4–5 km-dir.[6]

Lal axan göllərə aid olan Ağ göl suyunun axın sürəti 0.5 – 0.7 m/san-dir. Gölün dibi hamar səthli, boz lildən yaranmış yapışqanlı qruntdan ibarətdir.

Gölün qorunmasında ilk addım 1964-cu ildə 9173 hektar sahədə Ağ Göl Dövlət Təbiət Yasaqlığı yaradılarkən atılmışdır. 1978-ci ilin 2 mart tarixində gölün 4400 hektara bərabər olan su ərazisinə ciddi qorunma statusu verilmiş və Ağ Göl Dövlət Təbiət Qoruğu yaradılmışdır. 2003-cü ilin 5 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Ağ Göl Dövlət Təbiət Qoruğunun sahəsi 17 924 hektara qədər artırılmış və ərazi milli park elan edilmişdir.[7] Milli park əhalinin ekoloji maarifləndirilməsi baxımından da olduqca əhəmiyyətlidir və bu istiqamətdə parkda xeyli iş görülür. Ərazidə vaxtaşırı olaraq ekoloji monitorinqlər keçirilir, zədələnmiş təbiət kompleksləri və obyektlər bərpa olunur.

Milli parkda turizm fəaliyyətilə məşğul olmaq üçün də geniş imkanlar var.[8]

  1. "Agh-Ghol". Ramsar Sites Information Service. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 April 2018.
  2. Azerbaijan – download georeferenced map set Arxivləşdirilib 2022-07-01 at the Wayback Machine Retrieved on October 8, 2010
  3. Socio-economic Situation and Land Use Conflicts in the Ag-Göl National Park Region, Azerbaijan Arxiv surəti 19 iyul 2011 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2011-07-19 at the Wayback Machine
  4. Parks, Reserves, and Other Protected Areas in Azerbaijan Arxivləşdirilib 2023-04-22 at the Wayback Machine Retrieved on October 8, 2010
  5. History of Ganja Arxivləşdirilib 2020-10-23 at the Wayback Machine Retrieved on October 8, 2010
  6. Azərbaycanın çayları, gölləri və su anbarları Arxiv surəti 17 oktyabr 2014 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2014-10-17 at the Wayback Machine Retrieved on October 8, 2010
  7. "Ağ göl Milli parkı". portal.azertag.az. 16 may 2023-cü il 10:57:59 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 iyun 2023.
  8. "Ağ göl Milli parkı füsunkar gözəlliyə malikdir". anl.az. 12 İyun 2023 15:25:45 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 iyun 2023.