Ağır maye — yüksək sıxlığa və nisbətən aşağı özlülüyə malik məhlul və ya maye kimyəvi maddə. Kövrək və əzilmiş süxurlardan ağır mineralları və üzvi qalıqları (sporlar, tozcuqlar, mikrofauna) ayırmaq üçün istifadə edilir. Ən çox istifadə edilənləri Tüle mayesi (xüsusi çəkisi 3,19), bromoform (xüsusi çəkisi 2,9), Suşin mayesi (xüsusi çəkisi 3,45) və başqalarıdır.[1]
Otaq temperaturunda ən ağır maye civədir. Lakin temperaturdan asılı olmayaraq ən ağır maye ərimə nöqtəsində ikən (3033°C/5491.4°F) Osmiumdur (nadir metal). Osmium sıxlığı 22,59 g·sm-3 olmaqla, civədən 1,65 dəfə ağırdır.[2]