Ağşəmsəddin

Ağşəmsəddin və ya Məhməd Şəmsəddin (1389[1], Dəməşq, Osmanlı imperiyası16 fevral 1459, Göynük, Osmanlı imperiyası) — türk alim, təbib, Şəmsîyyə-î Bayramîyyə təriqətinin qurucusu. O, Osmanlı sultanı II Mehmedin müəllimi olmuşdur.

Ağşəmsəddin
Doğum tarixi 1389[1]
Doğum yeri
Vəfat tarixi 16 fevral 1459
Vəfat yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1389-cu ildə Şeyx Həmzənin ailəsində dünyaya gəlmişdir.[2] Rəvayətə görə, Akşəmsəddin ata tərəfdən Ebu Zerr Giffarinin soyundandır. Ilk təhsilini atasından alan Akşemsəddinin 7 yaşında hafiz olduğu iddia edilir. Ailəsi ilə birlikdə Çorum-Osmancık mahalının Sarpın Kavak kəndində məskunlaşıb. Atasının ölümündən sonra Amasya və Osmancık mədrəsələrində təhsilini başa vuran Akşəmsəddin Osmancık mədrəsəsində müəllim işləyir. Eyni zamanda o, təbabət və əczaçılıqla da maraqlanaraq təbabət elmini öyrənib. Akşemsəddin təsəvvüflə maraqlandığı üçün İrana səyahət edir, lakin ümid etdiyini tapa bilmədiyi üçün yenidən Anadoluya qayıtmalı oldu. O, Ankarada Hacı Bayram Velinin yanına gedir.[3] Amma qısa zaman sonra ordan ayrılıb Hələbə gedir. Hələbdə bir gecə yuxusunda boynuna zəncir bağlandığını, zəncirinin o biri ucunun isə Hacı Bayram Vəlinin əlində olduğunu və onu Ankaraya tərəf çəkdiyini görür. Bundan sonra Ankaraya qayıtdı. Qısa müddət ərzində təsəvvüfün bütün yollarını və incəliklərini öyrənən Akşemsəddin bu uğuruna görə Hacı Bayram Vəlidən vəsiqə alaraq onun icazəsi ilə Ankaranı tərk edərək Bəypazarıda məskunlaşır. Beypazarında böyük şöhrət tapan Akşemsəddin qısa müddətdən sonra oradan ayrılaraq İskilipə, buradan da Göynük mahalına köçür. Göynükdə yeni dəyirman, məscid tikdirən Ağşəmsəddin övladlarının təlim-tərbiyəsi ilə məşğul olmuş, digər tərəfdən də əsərlərini yazmış, yeddi dəfə həccə getmək imkanı qazanmışdır. Akşemsəddinin on iki uşağı olduğu qeyd olunsa da, başqa mənbələrdə yalnız on uşağın adı çəkilir.

İstanbulun fəthi

[redaktə | mənbəni redaktə et]

Ağşəmsəddinin əsl şöhrəti, II Muradın əmri və istəyi ilə II Məhmədin müəllimi təyin olunması ilə başlayır. Onun İstanbulun fatehi Fâteh Sultan Məhmədlə tanışlığı hacı bayram Vəli vasitəsilə olmuşdur.[4]Ağşəmsəddinin İstanbulun fəthində rolu böyükdür. O, övladları, tələbələri və davamçıları ilə birlikdə fəth ordusuna qatıldı.

Ağşəmsəddin və tibb

[redaktə | mənbəni redaktə et]

Mənbələrdə Akşemsəddinin tibb elmini necə və kimdən öyrəndiyi barədə dəqiq məlumat yoxdur. Bununla əlaqədar olaraq Şotland şərqşünası Elias Con Gibb "Osmanlı Poeziya Tarixi" əsərində Akşemsəddinin Aşkın Yolculuğu: Hacı Bayram-ı Veli 13–14. Bölümnin yanında olduğu illərdə tibb elminə yiyələndiyini qeyd edir və ondan alim və mübarək bir insan kimi bəhs edir[5]. Onun yalnız fiziki deyil, ruhi xəstəlikləri də müalicə etdiyi bildirilir.

  • Risaletü'n-Nûriye
  • Hall-i Müşkilât
  • Makamât-ı Evliyâ
  • Kitabü't Tıb
  • Maddetü'l-Hayat
  • Def'ü Metain
  • Nasihatnamei
  1. 1 2 Deutsche Nationalbibliothek Record #119386372 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. Yıldız, Mehmet. "BAZI TASAVVUFİ KAVRAMLAR EŞLİĞİNDE BİR ÖRNEK ŞAHSİYET "AKŞEMSEDDİN". Bartın Üniversitesi İslami İlimler Fakültesi Dergisi. 4 (8). 2017: 51.
  3. Yılmaz, Mehmet. "BAZI TASAVVUFİ KAVRAMLAR EŞLİĞİNDE BİR ÖRNEK ŞAHSİYET "AKŞEMSEDDİN"". Bartın Üniversitesi İslami İlimler Fakültesi Dergisi. 4. 2017: 51.
  4. Yılmaz, Mehmet. "BAZI TASAVVUFİ KAVRAMLAR EŞLİĞİNDE BİR ÖRNEK ŞAHSİYET "AKŞEMSEDDİN"". Bartın Üniversitesi İslami İlimler Fakültesi Dergisi. 4. 2017: 6.
  5. Elias John Wilkinson Gibb. History of Ottoman Poetry (İngilis). 3. 1900–1909. səh. 138.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

2. Murat Kimdir? 2. Murat'ın Yaptıkları Ve Başlıca Katkıları Nelerdir? Gün Gün İSTANBUL'UN FETHİ (1453) Fatih Sultan Mehmed #1